Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


NEFT VƏ QAZ QUYULARI HAQQINDA ÜMUMİ MƏLUMAT. NEFT VƏ QAZ QUYULARININ QAZMA QURĞULARI. QAZMA ÜSULLARINDAN ASILI OLARAQ ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ



Yüklə 6,76 Mb.
səhifə14/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   10   11   12   13   14   15   16   17   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

    Bu səhifədəki naviqasiya:
  • Qazma
NEFT VƏ QAZ QUYULARI HAQQINDA ÜMUMİ MƏLUMAT. NEFT VƏ QAZ QUYULARININ QAZMA QURĞULARI. QAZMA ÜSULLARINDAN ASILI OLARAQ ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ
Quyuların qazılması haqqında ümumi məlumat
İlk quyu qazma tarixi çox qədimdir.Qədim Çində Li Binin rəhbərliyi ilə b.e.ə.254-251-ci illərdə ilk su və qaz quyusu qazılmışdır. İlk dəfə quruda dərinliyi 3 km olan quyu Avropada qazılmışdır.1950-ci illərin sonunda isə artıq dərinliyi 7km-ə qədər olan quyuların qazılmasına başlanmışdır. 1970-1990-cı illərdə Kolskdə Dünyada ən dərin quyu parametrləri olan yüksək dərinlikli (12262 m) quyu (UD-3) qazılmışdır.
Qazma –dağ suxurlarının xüsusi texnika-qazma avadanlıqlarının köməyi ilə dağıdılmasıdır. Qazma 3 formada həyata keçirilir:
1.Şaquli qazma.
2.Çəpəki-istiqamətlənmiş qazma.
3. Horizontal qazma.
Quyuların qazılması suxurların slindrik formada xüsusi avadanlıqlarla yerə istiqamətlənərək qazılması prosesidir.
Qazıma işləri neft və qaz sənayesində böyük əhəmiyyət kəsb etməklə bərabər xalq təsərrüfatının başqa sahələrində də geniş tətbiq edilir. Buna görə də xalq təsərrüfatının inkişafı ilə əlaqədar olaraq, qazıma işləri də inkişaf etdirilir. Neft və qaz hasilatının inkişafı ilk növbədə qazıma işlərinin inkişafından asılıdır. Bu gün qazılan quyu sabah üçün neft və ya qaz deməkdir.
Neft və qaz sənayesindən başqa, xalq təsərrüfatının bir sıra müxtəlif sahələrində dəqazıma işləri aparılır. Ən çox qazıma işləri xüsusilə, dağ, metallurgiya, daş kömür sənayelərində, kənd təsərrüfatında və kurortologiyada tətbiq edilir. Xalq təsərrüfatının müxtəlif sahələrində aşağıda göstərilən quyular qazılır:

  • yerin dərinliklərindən neft, qaz, duz məhlulları, mineral və müalicə sularının çıxarılması üçün qazılan quyular;

  • bərk faydalı qazıntıların çıxarılmasında havadəyişdirici boruların, yeraltı hava xətərinin, kabellərin və s. çəkilməsi üçün qazılan quyular.

  • yeraltı məsaməli laylarda təbii qaz ehtiyyatını saxlamaq məqsədi ilə qazılan quyular;

  • Kömür sənayesində şaxtaların tikilməsi, güclü sulu layların qurudulması və dondurulması məqsədi ilə qazılan quyular;

  • Tikiləcək binaların özüllərinin qoyulması üçün süxurların tədqiq edilməsindən ötrü qazılan dayaz quyuylar;

  • Yaşayış məntəqələrinin, kənd təsərrüfatının su ilə təchiz olunması üçün qazılan su quyuları;

  • Yataqların seysmik üsulla kəşfiyyatı zamanı partlayış aparmaq məqsədi ilə qazılan quyular;

  • Geoloji axtarış və xəritə alma məqsədi ilə qazılan quyular;

  • Dağ-mədən sənayesində tunellərin və şəhərlərdə yerləşən metro yollarının çəkilməsi, karxanaların tədqiq edilib istismara hazırlanması və s. işlərdə köməkçi məqsədlərlə qazılan quyular;

Qazıma quyusu hansı üsulla qazılmasından asılı olmayaraq yerin müəyyən dərinliyindəki laya qazılmış silindirik lülədir. Bu lülənin uçulmadan qorunması üçün araya salınmış boru kəmərinə qoruyucu kəmər deyilir.Lülənin yer səthindəki başlanğıcına quyunun ağzı, yer altındakı qurtaracağına isə quyunun dibi deyilir.
Qoruyucu kəmərlərin funksiyaları aşağdakılardır:

  1. Qeyri -sabit strukturların dağılmasının qarşısını alır.

  2. Zəif formasiyaların tələb oluna biləcək yüksək səviyyələrdə qorunması və növbəli laylara keçidi təmin edır.

  3. Qoruyucu kəmərin elementləri aşağıdakılardır:

  4. Keçiricilər müxtəlif ölçülü borulu kəmərləri qazma boruları ilə birləşdirmək üçün istifadə olunur. Onlar standarta uyğun hazırlanır. Standartda 55 ədəd müxtəlif tipli keçiricilərdən istifadə olunur.

  5. Qoruyucu kəmərin başmağı.  Quyuya buraxılan qoruyucu kəmərin quyu lüləsilə hərəkətinə istiqamət verir.

  6. Əks qlapan qoruyucu kəmərləri quyuya buraxan zaman maye içərisindəki çəkinin azaldılmasına və kəmər arxasına qaldırılmış sement məhlulunun qoruyucu kəmərin içərisinə qayıdaraq daxil olmasının qarşısını alır.

  7. Ayırıcılar  vasitəsilə qoruyucu kəmərlər və yaxud qazma boruları vasitəsi ilə quyruq kəməri quyuya verilir.

Mərkəzləşdirici fənərlər Vasitəsilə quyuya buraxılmış qoruyucu kəmərlərin quyunun bir divara söykənməsinin qarşısı alınır. 
Qoruyucu kəmərlərin növləri aşağıdakılardır
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə