Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə22/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   18   19   20   21   22   23   24   25   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Birşaroşkalı baltalar. Birşaroşkalı baltalar əsasən yerin dərin qatlarında yerləşən plastik və orta abrazivliyə malik süxurları qazımaq üçün 97,140,161,190 və 214mm diametrlər­də hazırlanır. Bir ədəd sferik şəklində şaroşkaya malik olan bu baltaların sapfasının oxu balta oxu ilə 300 –li bucaq təşkil edir.
Qazıma prosesində birşaroşkalı balta öz oxu ətrafında, şaroşka isə sapfanın oxu ətrafında fırlanaraq dişləri ilə süxura sürtülür və onu mikrokəsici-sürtücü təsirlə dağıdır. Bu tip baltanın müxtəlif modifikasiyaları şəkildə göstəril­mişdir. Birşaroşkalı baltanın şaroşkasının öz oxu ətrafında fırlanma sürəti üçşaroşkalı baltanın şaroşkalarının öz oxları ətrafında fırlanma sürətindən çox kiçik olur.

Almazlı baltalar
Geoloji kəsilişdə az və orta abrazivliyə, çox bərk, bərk və orta bərkliyə malik süxurları (əhəng daşı,gilli qum daşları, mergellər, anhidritlər,mərmərlər, dolomitlər, dolomitli qum daşları və s) qazımaq üçün bu baltalardan istifadə edilir. Şaroşkalı baltaların gedişinin 5-10 m olduğu süxurlarda almazlı baltalar 10-15 dəfə, bəzən daha yüksək nəticələr əldə etməyə imkan verir. Almazlı baltalar Rusiya Elmi Tədqiqat Qazıma Texnikası İnstitutu nəzdində fəaliyyət göstərən zavodda (Moskva) və Moskva Sərt Xəlitə­lər Kombinatında hazırlanırlar, diametrləri 140, 159, 188, 212, 241 və 267mm olur.


Almazlı baltanın matrisası üzərində texniki almaz dənələri radial və pilləli şəkildə yerləşdirilir.Almazlı baltalar almazların növü, ölçüləri,forması, dənələrinin matrisadan çıxması, mərkəzi və ətraflarının quruluşu, matrisanın bərkliyi, abrazivliyə qarşı dayanıqlığı və nəhayət, yuma kanallarının quruluşları ilə bir birindən fərqlənir. Matrisada yerləşdirilən almazların ölçüsü adətən 0,35-0,5 karat (1 karat 0,2055 q-dır) arasında olur.Almazlı baltalar quyu dibini bütövlükdə qazıyan və ya süxur nümunəsi götürən sütuncuqlu baltabaşı şəklində istehsal edilir.Almazlı balta ilə işləyərkən onun şərti nömrəsinin hər vahidinə düşən oxboyu yük 0,3-0,4 tondan çox olmamalıdır.Təcrübədən məlumdur ki, şaroşkalı bir balta ilə 10 m-dən çox qazıma işi görmək mümkün olmayan süxurları bir almazlı balta ilə qazıdıqda 325-350 m qazıma işi görmək mümkündür. Almazlı baltalardan turbin üsulu ilə qazımada istifadə edilməsi çox əlverişlidir.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə