|
Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"
|
səhifə | 21/64 | tarix | 28.12.2022 | ölçüsü | 6,76 Mb. | | #97999 |
| NQÇSXvəƏMÇM-1 müh.material. (1)Üç şaroşkalı baltalar. Bu baltalar iki üsulla hazırlanır. Birinci üsulla hazırlanan baltalar bir-biri ilə tikişlə qaynaq edilmiş 3 seksiyadan ibarət, diametri 46¸346mm olur. İkinci növ şaroşkalı baltalar tökmə üsulla hazırlanır (diametrləri 394-490mm olur). Bu növ baltaların yuma dəlikləri də iki cür hazırlanır. Baltalardan bəzilərinin yuma dəliklərindən çıxan maye şırnağı balta dişlərini təmizləmək məqsədilə şaroşkaların üzərinə yönəldilir. Bəzi baltalarda isə maye şərnağı quyu dibinə istiqamətləndirilir ki, bu da quyu dibi süxurların dağıdılmasına və quyu dibinin yaxşı təmizlənməsinə kömək edir. Yuma dəlikləri baltanın mərkəzində və yan səthində açılır. Belə baltalar hidromonitor effektli baltalar adlanır, rotor və elektrik üsulu ilə qazımada daha yüksək nəticələrə nail olmağa imkan yaradır. Qeyd edilməlidir ki, bir çox xarici ölkələrdə, o cümlədən ABŞ-da üç şaroşkalı baltalardan geniş istifadə edilir. Hazırda üçşaroşkalı baltalar aşağıdakı tiplərdə istehsal olunur .
Şaroşkalı baltanın quyu dibi ilə qarşılıqlı əlaqəsi belədir: baltaya verilən oxboyu yükün təsiri nəticəsində şaroşkalar üzərindəki dişlər, süxürün dağılmaya göstərdiyi müqavimətindən çox olan hallarda süxura batır və onu dağıdır. Qazımanın texniki-iqtisadi göstəricilərini yüksəltmək üçün çalışmaq lazımdır ki, qazıma prosesinin əvvəlindən sonunadək oxboyu yük süxurun dağılmaya göstərdiyi buraxıla bilən gərginlik həddindən böyük olsun.
Müasir üç şaroşkalı baltaların ayrı-ayrı elementlərinin dayanıqsız olması, dayaqlarının, işçi səthlərinin, yuma dəliklərinin və onların hazırlandığı materialların yüksək keyfiyyətli olmaması kiçikdiametrli quyu lüləsinin qazılmasında özünü doğrultmur. Odur ki, çox dərin quyuların qazılmasında iki və birşaroşkalı baltalardan istifadə olunur.
İkişaroşkalı baltalar. İkişaroşkalı baltanın gövdəsi bir-biri ilə qaynaq edilmiş iki konusvari seksiyadan ibarət olur .
Bu tip baltalar əsasən yumşaq və sərt süxurları qazımaq üçün 59÷190mm (59÷93,112÷132,151÷190m) diametrlərdə hazırlanır. İkişaroşkalı baltanı eyni diametrli üçşaroşkalı baltadan fərqləndirən əsas üstün cəhət onun şaroşkalarının ölçülərinin nisbətən böyük olması və yuma dəliklərinin yerləşdirilməsi üçün münasib şəraitin olmasıdır.
Dostları ilə paylaş: |
|
|