Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə19/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   15   16   17   18   19   20   21   22   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Yeraltı avadanlıqlar
Süxurdağıdıcı alətlər;
Quyudibi mühərriklər;
Qazma kəməri;
İşlək boru*.
Yerüstü avadanlıqlar
Qazma tikililəri;
Qaldırma-endirmə sistemi avadanlıqları;
Qazma rotoru;
Atkıya qarşı avadanlıqlar;
Quyu ağzı sarğı;
İşlək boru.
(işlək boru hər iki növ avadanlıqlar qrupuna aid edilir.)

Qazma baltası.Qazma baltalarının təsnifatı və növləri
Qazma baltası- yeraltı yataqlara yol açmaq prosesində dağ-mədən suxurlarının deşilməsi üçün tətbiq olunan deşmə alətinin əsas hissəsidir. Neftvə qaz quyularının qazılmasında qazma kəməri­nin ucunda quyu dibinə endirilən alət qazma baltası adlanır.
Baltalar adətən deşmə ştanqının sonunda bərkidilir və ona deşmə avadanlığından fırlanma hərəkəti verilir. Zərbə ilə işləyən qurğularda balta başlığı metal məftilldən asılır və deşmə lazımi yerə zərbə ilə düşərək həyata keçirilir.


Şək. Üç dişli,diyircəkli qazma balatsı
Qazma baltalarının sinifləşdirilməsi onun təyinatı və suxura təsirindən asılı olaraq aparılır. Baltaların əsas təyinatı quyu dibi süxurları dağıtmaqla quyunun dərinləşməsini təmin etmək və quyu lüləsinə silindrik forma verməkdir. Balta quyu dibində süxuru dağıdar­kən iki əsas əməliyyatı –balta dişlərinin, yaxud onun kəsici hissəsinin süxura batması və sona qədər onu dağıtması (kəsmək, qoparmaq və ya doğramaq) işini görür.
Balta dişlərinin süxura batması və onu dağıtması aşağıdakı amillərdən asılıdır
– dağıdılası süxurlar üçün müvafiq balta tipinin düzgün seçilməsindən;
– baltaya verilən ox boyu yükdən;
– baltanın işlək sahəsinin (ağzının və ya dişlərinin) vəziyyətindən;
– qazılan süxurların mexaniki xassələrindən.
Məlumdur ki, balta süxuru eyni vaxtda görülən iki hərəkət nəticəsində dağıdır.Bunlar irəliləmə və fırlanma hərəkətləridir.Yuxarıdan aşağıya doğru uirəliləmə hərəkəti qazıma baltasına veriləcək oxboyu yükün hesabına alınır.Baltaya fırlanma hərəkəti isə quyu ağzında yerləşən rotor vasitəsilə və ya quyu dibində yerləşən turbin, yaxud elektrik qazıyıcısı vasitəsilə verilir.
Quyuların qazılmasında əsasən üç növ balta tətbiq edilir.

  1. Quyu dibi süxurların tamamilə qazılması prosesində işlədilən pərli (tiyəli), şaroşkalı və almazlı baltalar.

  2. Yatağın və yerin təkinin geoloji kəsilişini öyrənmək məqsədilə işlədilən sütuncuqlu baltalar.

  3. Xüsusi məqsədlər üçün işlədilən baltalar.

Suxura təsir etmək xarakterinə görə isə baltalar 3 sinifə bölünürlər: qazma hərəkətli, qazma-ovma və sürtmə-kəsmə hərəkətli. Baltaların əsas elementi olan gövdəsi və işçi hissəsinə görə 3 növ baltalar vardır: diyirlənən, almazlı və kürəkli.
Diyirlənən qazma baltası qaz və neft yataqlarının qaılmasımda tətbiq olunan baltaların 90%-ni təşkil edirlrər. Bu baltalar bir, iki, üç və çox saylı diyircəklərə malik ola bilir. Diyirlənən baltaların kəsən hissəinin parametrləri (dişin hündürlüyü və uzunluğu, ilişmə bucağı, itiləmə bucağı, yeyilməsi, dişlər arasındakı məsafə) onların tətbiq olunduğu şəraitdən asılı olaraq təyin olunur.Gövdələri bütöv və ya yığılabilən hazırlanır.Almaz balatlar polad gövdədən və almaz daşıyan başlıqdan ibarətdir.Baltanın mərkəzi hissəsi konus şəkilli, içəriyə batmış olur.Burada yuyucu mayenin axması üçün kanallar yerləşdirilir.Baltanın kəsən hissələrinə almaz dənəciklər yapışdırılır.Konstruksiyasına görə spiralşəkilli, radial və pilləli almaz başlıqları mövcuddur.
Kürəkli baltalarda verilən gücün təsiri altında kürəklər suxura bataraq onu ovur.Baltanın gövdəsində olan deşikdən yüksək sürətlə verilən maye quyunu yumağa xidmət edir.Bu növ alətlər adətən yumşaq yerlərin qazılmasında tətbiq olunur.Almaz baltaların uzunömürlülüyü diyirlənən başlıqlı baltalara nisbətən dəfələrlə yüksəkdir.

Şək. Diyirlənən başlıqlı balta.
Quyuların tez və keyfiyyətlə qazılması, müxtəlif xasslərə malik süxurları müvəffəqiyyətlə qazmaqdan, balta tipinin düzgüns eçilməsindən, rejim parametrlərinin optimal qiymətlərhəddində saxlanmasından, geoloji-texniki tapşırıq tələblərinin ciddi surətdə yerinə yetirilməsindən və qazıma briqadası üzvlərinin peşə ixtisası səviyyəsindən çox asılıdır.
Buradan aydın olur ki, müxtəlif fiziki və mexaniki xassələrə malik süxurları dağıtmaq üçün istifadə edilən süxur dağı­­dıcı alətlərdə müxtəlif quruluşlara malik olmalı­dır­lar. Məsələn şaroşkalı baltalar bir-birindən diametrləri, şaroşka dayaqları dişlərinin addımı, hündürlüyü, sayı, dişlərin yerləşdiyi cərgələrin sayı, şaroşka oxlarının balta oxuna nəzərən yerləşməsi, şaroşkaların sayı, Yuma dəliklərinin quyu dibindən məsafəsi, forması, diametri, hansı materialdan hazırlandıqları və s. cəhətdən fərqlənirlər. Bu deyilənlər başqa tip baltalarada aiddir.Kəsici tipli baltalar isə diametrləri, pərlərinin sayı, forması, qalınlığı, Yuma dəliklərinin yerləşmə məsafəsi, kəsmə və itilənmə bucaqları, adi və ya pilləli pərlərinin olması və s. cəhətləri ilə fərqlənirlər. Odur ki, qazılacaq interval üçün balta tipinin düzgün seçilməsi qazımanın texniki –iqtisadi göstəricilərini yüksəltmək üçün çox vacibdir.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə