Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


Neft və qaz quyularının qazılması üsulları



Yüklə 6,76 Mb.
səhifə16/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   12   13   14   15   16   17   18   19   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

5. Neft və qaz quyularının qazılması üsulları
Neft və qaz quyuları iki üsulla; vurma və fırlanma üsulları ilə qazılır. Vurma üsulu ilə dağıdılır və dağıdılmış süxur hissəcikləri maye ilə birlikdə qazımada süxurlar şaquli istiqamətdə (yuxarıya və aşağıya) hərəkəti etdirilən baltanın zərbələri nəticəsində quyudan çıxarılır. Hazırda neft və qaz quyularının qazılmasında bu üsuldan istifadə edilmir. Fırlanma üsulu ilə qazımada isə süxurlar fırladılan balta vasitəsilə kəsilir, qoparılır və doğranılır və suxur hissəcikləri qazıma zamanı fasiləsiz dövran edən yuyucu maye vasitəsilə quyudan çıxarılır. Fırlanma üsulu üç növə ayrılır:

  • Rotor qazıması.Bu halda quyudibinə endirilmiş balta, qazma boruları ilə birlikdə quyuağzında yerləşdirilmiş rotor vasitəsilə hərəkətə gətirilir;

  • Turbin qazıması. Bu halda balta və onun üstündə yerləşdirilmiş turbin qazıma boruları ilə quyudibinə buraxılır. Turbin quyudibində qazma borularının içərisinə yüksək təzyiqlə vurulan yuyucu mayenin enerjisi ilə hərəkətə gətirilir və turbinin fırlanma hərəkəti baltaya ötürülür.

  • Elektrik qazması. Bu halda balta, onun üstündə yerləşdirilmiş xüsusi elektrik mühərriki vasitəsilə quyudibində hərəkətə gətirilir.

Neft və qaz quyularının qazılması prosesi, qazma üsulundan asılı olmayaraq, əsasən aşağıdakı işlərdən ibarətdir:
1)Baltanın quyudibinə endirilməsi;
2) Süxurların balta ilə dağıdılması;
3) Baltanın quyudan qaldırılması;
4) Quyunun qoruyucu kəmərlə bərkidilməs və sementlənməsi
Bundan əlavə, qazıma zamanı quyudan süxur və maye nümunələrinin götürülməsi, quyunun əyriliynin ölçülməsi, karataj və digər köməkçi işlər də aparılır.

Şək. Fırlanma üsulu ilə qazma qurğusunun sxemi.


Fırlanma üsulu ilə müasir dərin qazıma qurğusunun sxemi şəkildə göstərilmişdir. Balta (1), yüksək keyfiyyətli poladdan hazırlanmış qazma boruları (2) vasitəsilə quyuya endirilir. Bu borular bir-birilə qazıma qıfılları (3) ilə birləşdirilir. Baltaya fırlanma hərəkəti rotorun (4) mühərriki (11) və işlək boru (5) vasitəsilə ötürülür. Baltanın quyuya endirilib –qaldırılması vışkanın (19) yuxarısında qoyulan kranblok, tal bloku (8), qaldırıcı qarmaq (7), tal kanatı (9) vasitəsilə həyata keçirilir. Tal kanatının işlək ucu (13) qazma bucurqadının (10) barabanına bağlanılır. Qazma prosesi zamanı buruq nasosu (12) yuyucu mayeni qəbul çənindən (14) götürüb, monifold (16), rezin buruq şlanqı (17) və fırlanğıc (6) vasitəsilə qazma boru kəmərinə vurur və baltanın deşiklərindən sürətlə çıxan yuyucu maye süxur hissəciklərini həlqəvi fəzadan yer səthinə çıxarır. Quyudan çıxan məhlulnov sisteminə (15) daxil olur, təmizləyici qurğular vasitəsilə suxurlardan təmizlənir, qəbul çəninə daxil olur, oradan da nasos vasitəsilə qazıma boru kəmərinə vurularaq yuyucu mayenin fasiləsiz dövranı yaradılır. Quyunun konstruksiyası əsasən quyuya endirilmiş şaxta borusu (22),Konduktor( 20), texniki və istismar kəmərlərindən ibarətdir. Həmin kəmərlərin arxasında möhkəm sement qatı(21), yaradılır.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə