Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


Yer qabığının əsas struktur vahidləri



Yüklə 6,76 Mb.
səhifə13/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   9   10   11   12   13   14   15   16   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Yer qabığının əsas struktur vahidləri
Neft və qaz yataqları yer qabığında rast gəlinən ayrı-ayrı elementar struktur formalar (antiklinal, monoklinal və s.) ilə əlaqədar olur. Bir cox hallarda neft və qaz yığımlarının (yataqlarının) əmələ gəlməsində dizyunktiv(qırılma) pozulmalar da muhum rol oynayır. Məhz buna görə də yer qabığında təsadüf edilən struktur formalar və qırılma pozulmaları xüsusi olaraq aşağıda nəzərdən kecirilir.Yer qabığında müşahidə olunan elementar struktur formaların və qırılma pozulmalarının tam və düzgün dərk edilməsi üçün, onların yarandığı geoloji mühiti, yəni yer qabığının əsas struktur vahidlərini ümumi şəkildə də olsa nəzərdən keçirmək lazımdır.
Yer qabığı tektonik hərəkətlərin xarakterinə və strukturların formalarına
gorə muxtəlif xüsusiyyətlərə malikdir. Belə ki, onun quruluşunda geosinklinal və platforma kimi iki əsas struktur vahidlər ayrılır.Bu vahidlərozlərinə məxsus elementar struktur formalar və pozulmalarla xarakterizəolunur.Yer qabığının boyuk şaquli mutəhərrikliyə malik olan və çoxlu miqdarda struktur zonalara bölünmüş sahələrinə geosinklinal deyilir. Belə saһələrdə uzun geoloji zaman ərzində baş verən fəal enmə nəticəsində dəniz mənşəli qalın çöküntü qatları əmələ gəlir. Geosinklinal sahələrinin yuxarıda qeyd edilən xüsusiyyətlərindən başqa bir neçə səciyyəvi cəhətləri də vardır. Bu səciyyəvi cəhətlərdən sahələrin kəskin diferensiasiyasını, çöküntülərin xeyli qalınlığa malik olmasını, depressiyaların uzanmasına perpendikulyar istiqamətdə çöküntülərin litoloji tərkibinin və qalınlıqlarının tez-tez dəyişmələrini və əksinə, uzanma istiqaməti üzrə sabit qalmalarını, platforma zonalarında məlum olmayan xususi çöküntü tiplərinin (fliş, mollas və s.) bu sahələrdə olmasını, intensiv maqmatizmi, əksər hallarda üstəgəlmə tipli pozulmalarla mürəkkəbləşən şiddətli qırışıqlığı və regional metamorfizmi göstərmək olar.
Azərbaycan, Dağıstan, Krasnodar, Turkmənistan, Ozbəkistan, Ukrayna,Saxalin və bir cox digər saələrdəki neft və qaz yataqları geosinklinal tipli hövzələrlə əlaqədardır. Bu saһələrdə neft yataqları az-çox kəskin ifadə olunmuş struktur formalarla əlaqədardır. Geosinklinal saələrindəki neft yataqlarının kəsilişində adətən bir neçə neftli-qazlı lay olur. Yer qabığının digər böyuk struktur vaһidi platform hesab edilir. Yerqabığının az mutəhərrikliyə malik olan, az miqdarda struktur zonalara bölünmüş və zaman etibarilə sabit qalan saələrinə platforma deyilir. Platformanın bu xüsusiyyətlərindən doğan bir neçə səciyyəvi cəhətləri vardır. Bu səciyyəvi cəhətlərdən geosinklinal sahələrinə nisbətən platformalarda qravitasiya maqnit sahələrinin monotonluğunu, sahə uzrə çöküntülərin litoloji tərkibi və qalınlıqlarının sabitliyini, burada kontinental və karbonatlı çöküntülərin çox intişar etməsini, qalınlıqların mutləq qiymətinin az olmasını, qırışıqlığın məhdud inkişaf etməsini (ustəgəlmə hadisəsi, demək olar ki, baş verir), qırışıqların az meyilli olmasını, metamorfizmin baş verməməsini və s. göstərmək olar. Platforma ikimərtəbəli quruluşa malik olması ilə səciyyələnir. Alt mərtəbə Paleozoydan qədim kristallik suxurlardan, üst mərtəbə isə Paleozoy-Dördüncü dövr yaşlı çökmə süxurlardan təşkil olur. Üst mərtəbənin qalınlığı adətən iki-uç kilometr olub, bəzi hallarda isə uç-beş kilometrə çatır.
Platforma sahələrində neft-qaz yataqları çökmə süxurlardan təşkil edilmiş üst
mərtəbəyə aid edilir. Platforma tipli neft-qaz yataqlarına „İkinci Bakı”nın yataqlarını missal göstərmək olar. Bu yataqların kəsilişində neftli-qazlı layların miqdarı geosinklinal sahələrində yataqların kəsilişindəki neft-qazlı layların miqdarına nisbətən xeyli az olur. Lakin platforma saһələrindəki neft-qaz yataqları öz ölçülərinin böyük olması ilə fərqlənir. Belə ki, eni 10-15 km və daha çox olan bu yataqlar yüz kilometrlərlə məsafədə uzanır.


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə