Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə9/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   5   6   7   8   9   10   11   12   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Çökmə süxurlar ən çox dənizlərdə yaranır. Belə ki, dağları, təpələri əmələ gətirən süxurlar külək, su və digər amillərin təsiri nəticəsində dağılıb, müxtəlif ölçülü parçalar və qırpıntılar əmələ gəlir. Çaylar bu süxur parçalarını və qırıntılarını gətirib dənizlərə tökür. Yüz min və milyon illər keçdikcə dənizdə bir neçə on və yüz metrlərlə qalınlığı olan çöküntülər əmələ gəlir. Bu çöküntülər bərkidikdən sonra çökmə süxurlar yaranır.
Çökmə süxurlar sırasına qum, qumdaşı, əhəngdaşı, dolomit, mergel, gil və s. süxurlar daxildir.
Çökmə süxurlar ilk dəfə su hövzlərinin (dənizlərin və s.) dibində əsasən üfüqi vəziyyətdə yatmış laylar əmələ gətirir. Istər çöküntülərin əmələ gəlməsi vaxtı, istərsə də sonra Yer qabığında baş verən gərginlik (tektonik proseslər) nəticəsində laylar üfüqi vəziyyətdən çıxıb, müxtəlif yatım formaları əmələ gətirir.
Dənizin dibi uzun geoloji dövrlər ərzində çökərsə, əmələ gəlmiş süxurlar bir neçə kilometr dərinliyə qədər gömülə bilər. Dəniz dibində əmələ gələn bu çökmə süxurlar böyük dərinliklərə daxil olduqda sıxlaşıb, yüksək təzyiqə məruz qalır. Bunun nəticəsində çökmə süxurlar öz tərkiblərini və quruluşlarını dəyişir. Uzun geoloji vaxt keçdikdən sonra temperaturun və təzyiqin təsirindən çökmə süxurlardan tamamilə yeni tipli süxur-metamorfik süxur əmələ gəlir. Metamorfik süxurlar maqmatik süxurlardan da yarana bilər. Böyük Qafqaz dağlarının mərkəzi hissəsində intişar edən kristallik şistlər metamorfik süxurlara misal ola bilər.
Layların təzyiqi dedikdə, onun daxilindəki mayeyəvə qaza kənardan edilən təzyiq nəticəsində yaranan təzyiq başa düşülür. Adətən bu belə tapılır:

Play=


BuradaH - cari dərinlik, γ - həmin dərinlikdə yerləşən mayenin xüsusi çəkisidir. Dərinlik artdıqca lay dərinliyi dəyişir.
Hər 10m-dən bir yaranan hidrostatik təzyiq hidrostatik qradient adlanır. Geoloji şəraitdən asılı olaraq bu 0,8-1,2 kq/sm2 arasında dəyişir.
Lay təzyiqi neft və qaz quyularının qazılmasında xüsusi rol oynadığına görə onun dəqiq təyin edilməsi əsas problemlərdən biri hesab olunur. Yataqda müəyyən quyular qazıldıqdan sonra bu dəqiqləşdirilə bilir. Kəşfiyyat quyularında geotermiki vahid 1 götürülür. Sonradan onun üzərində düzəlişlər aparılır. Layın təzyiqi əsasən layın qidalandığı mənbənin təzyiqinə bərabər olur.
Süxurda yaranan karbohidrogenlərin bir hissəsi qaz (ən yüngül), bir hissəsi maye (daha ağır), bir hissəsi isə bərk halda olur. Müvafiq olaraq, qaz və maye vəziyyətdə olan karbohidrogenlərin hərəkətli qarışığı təzyiqin təsiri altında keçirici süxurlardan tədricən aşağı təzyiq istiqamətində (bir qayda olaraq, yuxarıya doğru) hərəkət edir. Hərəkət onların yolunda qalın keçilməyən təbəqələrə rast gəlinənə və sonra hərəkəti mümkün olmayana qədər davam edir. Bu, rezervuar təbəqəsi və onu örtən keçirməyən örtük qatının yaratdığı lay-kollektor tələdir. Bu tələdə karbohidrogenlərin qarışığı tədricən yığılaraq neft yatağını əmələ gətirir. Göründüyü kimi, əslində neft yatağı yox, neft yığılma yeridir. Amma nə olursa olsun, ad praktikası artıq inkişaf edib.
Neftin sıxlığı adətən onun tərkibində olan suyun sıxlığından qat-qat az olduğundan (onun dəniz mənşəyinin göstəricisidir), neft daima yuxarıya doğru hərəkət edir və suyun üstündə toplanır. Əgər qaz varsa, o, ən yuxarıda, neftin üstündə olacaq.


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə