Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


Süxurun elastikliyi və plastikliyi



Yüklə 6,76 Mb.
səhifə8/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   4   5   6   7   8   9   10   11   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

1. Süxurun elastikliyi və plastikliyi.Bütün dağ süxurları xarici təsir qüvvəsi nəticəsində deformasiyaya uğrayırlar. Süxur üzərində bu təsir götürüldükdə əgər süxur öz əvvəlki xüsusiyyətinə qayıdırsa bu zaman bu deformasiya elastik deformasiya adlandırılır. Əgər təsir götürüldükdə süxur əvvəlki vəziyyətinə qayıtmırsa bu deformasiya plastik deformasiya adlanır.
2. Süxurun möhkəmliyi.Süxura təsir edən xarici qüvvə təsirindən yaranan deformasiyaya dağılma anında göstərilən müqavimət süxurun möhkəmliyidir. Süxurun müqaviməti aşağıdakılardan asılıdır:
1. Süxurun mineroloji tərkibindən,
2. Dənələrinin ölçüsündən,
3. Məsaməliyindən,
4. Təbəqələşməsindən,
5. Dağıdıcı qüvvənin təsir müddətindən.
3. Süxurun abrazivliyi ( iz salması).Süxurlar dağılarkən onlar süxurdağıdıcı alətə müəyyən müqavimət göstərərək metalı yayır və dağıdıcı aləti kütləşdirir. Süxurun bu xassəsinə abrazivliyi deyilir.
4. Süxurun bərkliyi. Süxurun ona batırılan ştampa göstərdiyi müqavimət və ya kövrəklik süxurun bərkliyi adlanır və belə təyin edilir:
Ps=
Ps - süxurun ştampa göstərdiyi müqavimət, kq/mm2
P0 - kövrək dağılma zamanı yükün qiyməti, kq
Sş - ştampın süxurla təmas sahəsi, mm2
Layların məsaməliyi, keçriciliyi, temperatur və təzyiqi. Geotermiki pillə və qradient.
Məlum olduğu kimi, öz mənşəyinə görə süxurlar çökmə, maqmatik və metamorfik olur. Neft və qaz (layları) yataqları əsasən çökmə süxurlarla əlaqədar olduğundan, bu süxurlar haqqında bir qədər ətraflı məlumat verək. Çökmə süxurlar Yer qabığının üst hissəsi üçün səciyyəvi olan termodinamik şəraitdəki süxurlardır. Belə süxurlar çöküntünün sudan kimyəvi, yaxud mexaniki çökməsi, orqanizmlərin suda və quruda həyat fəaliyyəti, müxtəlif
süxurların fiziki və kimyəvi aşınma məhsullarının yenidən çökdürülməsi və s. nəticəsində əmələ gəlir.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə