Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə25/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   21   22   23   24   25   26   27   28   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Şəkil 3.5. Qazıma qarmaq bloku.
1 – qarmağın mərkəzi buynuzu; 2 – qarmağın yan buynuzu; 3 – bərkidici bənd; 4 – mərkəzi buynuzu lülə ilə birləşdirən barmaq; 5 – qarmaq lüləsi; 6 – qarmağın gövdəsi;7 – tal blokunu qarmaqla birləşdirən barmaq; 8 – yancığın (yan üzlərin) altlığı; 9 – yancıq (yan üzlər);
Fırlanğıc və qazıma şlanqı. Qazıma fırlanğıcı fırlanmayan tal sistemini fırlanan qazıma kəməri ilə birləşdirərək onun sərbəst fırlanmasını və təzyiqlə yuyucu mayeni ştanq birləşməsilə verilməsini təmin edir. Fırlanğıc qarmaqdan ştrop vasitəsilə asılır .
Konstruktiv və texnoloji xüsusiyyətlərinə görə fırlanğıclar 75 və 160-300t-luq olmaqla iki qrupa bölünür.
Qazıma fırlanğıcı - lüləsindən asılı vəziyyətdə olan qazıma məhlulunun vurulmasını təmin edir (şək. ).



Şək. Fırlanğıc
1 - sırğa ; 2 - əyri boru; 3 - kipkəc (gilli məhlul üçün); 4 - yan yastıq; 5 - kipkəc (yağ üçün); 6 - yastığın dayağı; 7 - yönəldicı yastıq; 8 - gövdə; 9 - fırlanan hıssə; 10 - əlaqələndirici
O, yüksək təzyiqli qazıma şlanqı vasitəsiiə manifold xəttinin stabil vertikal dayaq borusunun köməyilə qazıma kəməri arasında hidravlik əlaqə yaradır.
Fırlanğıc əsasən iki qrup elementlərdən (fırlanan və fırlanmayan) ibarətdir. Fırlanmayan elementlərə onun gövdəsi, asqı sırğası, qazıma şlanqı ilə birləşən əyri və kipkəc hissəsi aid edilir. Fırlanan hissəsinə onun lüləsi və keçirici aid olunur.
Fırlanğıcın dayanıqlı işi onun yastıq düyməsinin, kipkəc və basqı borusunun normal işləməsindən asılıdır. Lülənin yastıqlarda yerləşmə konstruksiyasından asılı olaraq fırlanğıc üç və dörd dayaqlı olur. Alçaq yükqaldırma fırlanğıcları ikidayaqlı yastıqlı konstruksiyaya malik olur. Orta yükqaldırmalı fırlanğıclar üç dayaqlı konstruksiyalı olur. Əsas dayaq “radial yastığı”, köməkçi yastıq isə “dayaq yastığı” hesab olunur.
Daha geniş yayılmış konstruksiyaya dörd dayaqlı fırlanğıclar aid edilir. Fırlanğıcı qazıma kəməri ilə birləşdirmək üçün lülənin aşağı ucunda qıfıl yivli mufta qoyulur. Onun yeyilməsini azaltmaq üçün ona keçirici geydirilir. Keçiricinin yivinin istiqaməti qazıma borusunun yivinin istiqamətinin əksinə olmalıdır.
Qazıma kəmərinin endirilib-qaldırılması əməliyyatında ən məsul hissələrdən biri fırlanğıcın asqı sırğasıdır.
Təhlükəsizliyi təmin etmək üçün asqının diametri (dı) aşağıdakı düsturla hesablanır:
d1=
burada, Qp - sırğanın bir qoluna düşən yükdür (o, qarmaqdan asılan ümumi yükün yarısına bərabərdir);

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə