Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə33/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   29   30   31   32   33   34   35   36   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Texnikigöstəriciləri:
• Sıxlıq, kq/m3 - 900 ÷ 2100
Şərti özlülüyü, san - 50 ÷ 60
Plastik özlülüyü, mPa.s - 15 ÷ 20
Statistiksürüşmə gərginliyi, dPa - 20 ÷ 60
Dinamiksürüşmə gərginliyi, Pa - 3 ÷ 10
• Suvermə, sm3/30" - 2.5 ÷ 3.0
• pH - 9 ÷ 1


Deemulqatorluqazmaməhlulu.
Deemulqatorluqazmaməhluluməhsuldarlaylarınqazılması prosesində onlarınilkinaçılması üçünnəzərdə tutulmuşdur. Buqazmaməhluluidarə olunanstruktur-mexanikivə kolloid-kimyəvixassələrisayəsində qazmavaxtı məhsuldarlaylarınkollektorxüsusiyyətlərinisaxlamağaimkanverir
Texnikigöstəriciləri:
• Sıxlıq, kq/m3 - 3850 ÷ 2300
• Şərti özlülüyü, san - 40 ÷ 80
• Plastik özlülüyü, mPa.s - 10 ÷ 30
• Statistiksürüşmə gərginliyi, dPa - 15 ÷ 45
• Dinamiksürüşmə gərginliyi, Pa - 6 ÷ 18
• Suvermə, sm3 /30" - 2.5 ÷ 3.0
• pH - 9 ÷ 10


Nano tərkibli qazma məhlulları
Məhsuldar kəsilişlərin qəza və mürəkkəbləşmələrsiz qazılması istifadə olunan qazma məhlullarının struktur-mexaniki və kolloid-kimyəvi xassələrindən xeyli dərəcədə asılıdır. Məhz qazma məhlulu neftli-qazlı horizontların əsas çirkləndirmə mənbəyi olduğundan müvafiq obyektin göstəricilərinin elmi-əsaslandırılmış surətdə idarə olunmasına, kompleks göstəricilərinin tənzimlənməsinə nail olunmalıdır. Digər tərəfdən neft-qaz quyularının qazılmasında nanotexnologiyanın tətbiq edilməsi qeyd olunan istiqamətlərdə yeni effektlərin əldə olunmasına zəmin yaratmağa perspektiv imkanlar açır.
Nanotexnologiyaların qazmada istifadəsində əsas məqsəd - məhsuldar kəsilişlərin qəza və mürəkkəbləşmələrsiz qazılmasını təmin etmək üçün istifadə olunan qazma məhlullarının kompleks göstəricilərinin idarə olunmasını təmin etmək, layihə dərinliyinə çatdırılan quyuların qısa müddətdə istismara daxil olmasına zəmin yaratmaqdan ibarətdir. Bu məqsədlə «Nano-neft», «Nano-bitum», «Nano-may» sistemləri işlənilmiş və faktiki quyularda tətbiq edilmişdir. Bu sistemlərin üstünlüklərindən biri də ondan ibarətdir ki, onlar lay kollektorlarında duz çöküntüləri yaratmayaraq, gil laylarının şişməsinin qarşısını alır, məsaməli mühitdə müdafiə ekranı yaradır, həlqəvi fəzada dövran edən qazma məhlulunun lazımi tiksotropiya göstəricisinə malik olması hesabına dağıdılmış süxur hissəciklərinin intensiv nəqlini təmin edir .
Təklif olunan qazma məhlullarını səciyyələndirən başlıca xüsusiyyətlərdən biri də müvafiq sistemlərin yaratdıqları gil qabığının minimal sürtünmə əmsalına malik olmasıdır ki, bu da öz növbəsində qazma kəməri və alətinin quyu gövdəsində səlis hərəkətinə imkan yaratmış olur.
«Nano-neft», «Nano-bitum», «Nano-may» tərkibli qazma məhlullarının istifadəsi prosesində:
- əsas hidrodinamiki göstəricini müəyyən edən qazma məhlulu sıxlığının saxlanılmasına nail olunur;
- qazma məhlulunun şərti, plastik, effektiv özlülükləri, statiki və dinamiki sürüşmə gərginlikləri, su verimi tənzimlənərək, artıq reagent sərfini tələb etmir;
- həlqəvi fəzadan dağıdılmış süxur hissəciklərinin intensiv nəqlini müəyyən edən tiksotropiya əmsalı artaraq, nəticədə quyunun yuyulma imkanları yaxşılaşır;
- qazma məhlulunun gil qabığının sürtünmə əmsalı kəskin azalaraq, qazma alətinin və kəmərinin quyu lüləsində səlis hərəkətinə imkanlar yaranır;
- müvafiq qazma məhlullarında köpüklənmə prosesi müşahidə olunmur.



Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə