Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


Karbonatlı ağırlaşdırıcılar və onların təyinatı



Yüklə 6,76 Mb.
səhifə41/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   37   38   39   40   41   42   43   44   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Karbonatlı ağırlaşdırıcılar və onların təyinatı
Karbonatlı ağırlaşdırıcılar su əsaslı qazma məhlullarının sıxlığının 1550 kq/m3 həddinədək artırılması üçün nəzərdə tutulmuşdur və məhsuldar layların açılmasında istifadəsi tövsiyə olunur. Karbonatlı ağırlaşdırıcının turşu ilə işlənməsi zamanı həllolması 98%-ə çatır .
Karbonatlı ağırlaşdırıcının tələb olunan fraksiyaları 10-40, 45-75, 100-160 mkm həddindədir.
Bəzi hallarda qazma məhlulu 0.7-10 mkm fraksiyalarla da ağırlaşdırıla bilər.
Üstünlükləri:
Qazma məhlullarında karbonatlı ağırlaşdırıcının tətbiqi aşagıdakılara imkan verir :
- quyu divarının keçiriciliyinin azalmasına;
- zəif sementlənmiş süxurların əlaqəliliyini saxlamağa və gücləndirməyə;
- qazma və qoruyucu boruların quyu divarlarına sürtünməsinin azalmasına;
- qazma avadanlığının korroziyadan və abraziv yeyilmədən mühafizəsinə;
- məhsuldar horizontların açılması zaman onların keçiriciliyinin saxlanmasına;
- qazma prosesində qazma məhlulun zəruri xarakteristikalarının qorunmasına;
- bərk süxurların qazılmasının yaxşılaşdırılmasına.


Qazma məhlullarının özlülüyünün azaldıcısı olan Abşeron-2T reagenti


Üstünlükləri: Ekoloji təmiz məhsul olaraq quru yataqlarında quyuların qazılması zaman geniş istifadə olunur. Flora və fauna üçün təhlükəsizdir. Təsir effektinə görə dünya səviyyəli analoqlarına uyğundur. Geniş diapazonda dayanıqsız dağ süxurlarının, eləcə də məhsuldar layların qazıması zamanı qazma məhlullarının struktur-mexaniki göstəricilərini tənzimləməyə imkan verir.
Texniki göstəriciləri:
• Sıxlıq, kq/m3 - 1060-1070;
• 10 %-li sulu məhlulda pH - 9.5-10.0;
Səthi gərilmə, mN/m - 52.7;
• Aqreqat halı - pastavari;
Rəngi - qəhvəyi;
• Təhlükəsizlik dərəcəsi - ekoloji təmiz.
Stabilləşdiricilər
Stabilləşdirici reagentlər kimi, kömür qələvi yaxud torf qələvi reagentlərindən istifadə edilir. Bunların tərkibində 35-50% qumin turşuları olur və belə işarə edilir: – KQR-13-2,5. Burada birinci rəqəm boz kömürün, ikinci rəqəm isə quru kaustik sodanın miqdarını göstərir.Bunlar məhlulun özlülüyünü və suverməsini azaldırlar.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə