Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə49/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   45   46   47   48   49   50   51   52   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Sementləmə
Neft və qaz quyularının qazılması neft və qaz layları ilə yer səthi arasında əlaqə yaratmağa imkan verir. Ancaq faydalı qazıntıların çıxarılması üçün etibarlı kanalın olması çox vacibdir. Bu kanal neft və qazın maneəsiz nəqlini təmin etməlidir. Quyuya qoruyucu kəmərlərin endirilməsi və kəmər arxasının sementlənməsi məhz bu məqsədə xidmət edir.Bunun üçün laylar bir birindən təcrid edilməli və quyu divarı möhkəmləndirilməlidir, yalnız quyunun bu halda uzun müddət istismar edilməsi təmin edilir.
Sementləmə və ya quyuların sementlənməsi - qoruyucu kəmərlə quyu divarları arasındakı fəzanın sement məhlulu ilə doldurulmasıdır. Sementləmə neft, qaz və su laylarını bir-birindən ayırmaq, istismar olunan neft və qaz quyularına kənar suların keçməsinin qarşısını almaq, həmçinin kəməri lay sularının korroziyasından qorumaq və quyunun divarlarını möhkəmlətmək məqsədi ilə aparılır. Sementləmədən neft və qaz quyularının əsaslı təmirində, qazma zamanı baş verən qəzalarla mübarizədə və s. hallarda da istifadə olunur.
Qoruyucu kəmər endirilib qurtarandan sonra quyu yuyulur və bilavasitə sementləmə əməliyyatı başlanır. Sementləmə iki mərhələdən ibarətdir: sementləmə aqreqatlarının, sement-qarışdırıcıların, boru kəmərlərinin və s. hazırlanması və bilavasitə sementləmə.
Gecə növbəsində sementləmə aparılması məsləhət görülmür. Məcburiyyət qarşısında qaldıqda iş yeri projektorlarla işıqlandırılmalıdır.
Sementləmə başlığının buruğa çəkilib qurulmasında, atqı xətlərinin təzyiqlə sınanmasında və başqa köməkçi işlərdə təhlükəli momentlər az deyildir.
Sement məhlulunun vurulması və basılması proseslərində təzyiqin dəyişilməsinə müntəzəm nəzarət edilməlidir. Bu məqsədlə sementləmə nəzarət stansiyasından istifadə edilməsi işə düzgün nəzarət etməyə imkan verir.
Sementləmə zamanı atqı xətlərinin hündürdə, asılı vəziyyətdə saxlanılması təhlükəlidir.
Sementləmədə, adətən, iş yerləri sementə və gil məhluluna bulanmış olur. Bu isə, sürüşməyə, yıxılmaya, zədələnmələrə şərait yaratdığına görə əməliyyat qurtarandan sonra xətlərin sökülməsindən qabaq iş yerləri yuyulub təmizlənməlidir.
Sement məhlulu bərkidikdən sonra kəmər hermetikliyə yoxlanılır. Bu iş quyudibi başmaq qazılmamışdan qabaq aparılmalıdır.
Ümumiyyətlə, möhkəmləndirmə prosesi gözlənilməz təsadüflərlə dolu olduğu üçün, hər bir mürəkkəbləşməyə və qəzaya, onların ləğvinə hazır olmalı və təhlükəsizlik tədbirlərinə sözsüz əməl olunmalıdır. Sementləmədə radioaktiv maddələrdən istifadə olunduqda uyğun təhlükəsizlik tədbirləri həyata keçirilməlidir.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə