Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


Bərk kütləyə (daşa) çevrilən Portland sement suspenziyaları



Yüklə 6,76 Mb.
səhifə51/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   47   48   49   50   51   52   53   54   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Bərk kütləyə (daşa) çevrilən Portland sement suspenziyaları
Tarixən neft qazçıxarma sənayesinin inkişafının ilkin mərhələsindən başlayaraq bu günə kimi Portland sement suspenziyalarından neft və qaz quyularının qazılması prosesində quyu gövdəsinin möhkəmləndirilməsi və layların bir-birindən təcrid edilməsi məqsədilə əsas təcrid edici material kimi geniş miqyasda istifadə edilməkdədir. Daha sonralar bu təcrid materialından hasilat quyularında lay sularını təcrid etmək məqsədilə də istifadə edilməyə başlanmış və hal-hazırda da tətbiq olunmaqdadır. Bu halda, ya su əsaslı, ya da neft əsaslı sement suspenziyaları hazırlanır və təzyiq altında laya daxil edilir. Sonradan bərk kütləyə (daşa) çevrilən bu təcrid materialları lay sularının quyuya daxil olmasının qarşısını alır və bununla da quyunun karbohidrogenlər üzrə gündəlik potensial hasilatının bərpa olunmasına şərait yaradır.
Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, müasir dövrdə sulaşmış hasilat quyularına daxil olan lay sularını təcrid etməklə onların karbohidrogenlər üzrə potensial hasilatını bərpa etmək məsələsi neftqazçıxarma sənayesinin ən aktual problemlərindəndir. Bu sahədə çoxlu sayda təcrid materiallarının və elmi-texniki təkliflərin olmasına baxmayaraq, onların istehsalata tətbiqinin səmərəsi qənaətbəxş deyildir. Bütün ölkələrin neftqazçıxarma sənayesində lay sularını təcrid etmək məqsədilə eyni (oxşar) təcrid üsullarından və təcrid materiallarından istifadə olunur. Həmin təcrid materiallarını aşağıda göstərilən üç əsas qrupa bölmək mümkündür:
1. Bərk kütləyə (daşa) çevrilən portlandsement suspenziyaları (su və ya neft əsas-lı).
2. Bərk kütləyə çevrilən müxtəlif tərkibli kimyəvi reagentlər (qətranlar, polimer-lər, qlikollar və ya onların müəyyən nisbətdə qarışığı).
3. Helə çevrilən müxtəlif tərkibli kimyəvi reagentlər (polimerlər, qətranlar, qli-kollar və ya onların müəyyən nisbətdə qarışığı).
Göstərilən əsas təcrid materiallarından təcrübədə istifadə olunmasının nəticələrini qiymətləndirmək məqsədilə aşağıda onların tətbiq texnologiyaları və tətbiqini məhdudlaşdıran amillər nəzərdən keçirilir.


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə