Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


Sementləmə tixacının quraşdırma texnologiyası



Yüklə 6,76 Mb.
səhifə50/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   46   47   48   49   50   51   52   53   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Sementləmə tixacının quraşdırma texnologiyası
Diametri 426 mm-dan 114 mm-dək olan qoruyucu kəmərlərin sementlənməsi üçün olan ayırıcı tıxaclar tamponaj sement məhlulunun basıcı mayedən ayrılması, neft və qaz quyularının qazılması zamanı maye dövranının bərpasının və sementləmə prosesinin bitməsi siqnalının alınması üçün nəzərdə tutulublar.
УКЗЦ -155 qurğusu diametrindən və dərinliyindən asılı olmayaraq qazılan quyularda qazma borularının başlıqlarında istifadə olunur.
УКЗЦ -73 qurğusu diametrindən və dərinliyindən asılı olmayaraq istismar kəmərlərində nasos-kompressor borularının başlıqlarında istifadə olunur.
Müasir dövrdə sulaşmış hasilat quyularına daxil olan lay sularını təcrid etməklə onların karbohidrogenlər üzrə potensial hasilatını bərpa etmək məsələsi neftqazçıxarma sənayesinin ən aktual problemlərindəndir. Bu sahədə çoxlu sayda təcrid materiallarının və elmi-texniki təkliflərin olmasına baxmayaraq, onların istehsalata tətbiqinin səmərəsi qənaətbəxş deyildir. Bütün ölkələrin neftqazçıxarma sənayesində lay sularını təcrid etmək məqsədilə eyni (oxşar) təcrid üsullarından və təcrid materiallarından istifadə olunur. Həmin təcrid materiallarını aşağıda göstərilən üç əsas qrupa bölmək mümkündür:
1. Bərk kütləyə (daşa) çevrilən portlandsement suspenziyaları (su və ya neft əsaslı).
2. Bərk kütləyə çevrilən müxtəlif tərkibli kimyəvi reagentlər (qətranlar, polimerlər, qlikollar və ya onların müəyyən nisbətdə qarışığı).
3. Helə çevrilən müxtəlif tərkibli kimyəvi reagentlər (polimerlər, qətranlar, qlikollar və ya onların müəyyən nisbətdə qarışığı).
Göstərilən əsas təcrid materiallarından təcrübədə istifadə olunmasının nəticələrini qiymətləndirmək məqsədilə aşağıda onların tətbiq texnologiyaları və tətbiqini məhdudlaşdıran amillər nəzərdən keçirilir.
Neft quyularını sementləmək üçün xüsusi quyu sementi işlədilir. Quyunun sementləmə prosesinin keyfiyyətini xarakterizə edən amillər aşağıdakılardır:
1.Sementin tutuşma başlanğıcı və bərkiməsi, onun reoloji xarakteristikası, su verməsi və başqa xassələri;
2.Qazıma məhlulla sement məhlulu arasındakı münasibət və qarşılıqlı əlaqə;
3.Halqavari fəzada qazıma məhlulu və sement məhlulunun hərəkət rejimi;
4.Quyuya verilən sementin miqdarı və sement daşının quyu divarları ilə kontaktı;
5.Bufer məhlulunun keyfiyyəti və miqdarı;
6.Sementləmə prosesində kəmərin yuxarı və aşağı tərpədilməsi(yarımdalma üzən qazıma qurğularında və qazıma gəmilərindən buraxılan kəmərlərdən başqa);
7.Qoruyucu kəmərə mərkəzləşdirici fənər və ərsinlərin bərkidilməsi;
8.Sementləmə prosesinin avtomatlaşdırılması və sürətləndirilməsi.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə