Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə58/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   54   55   56   57   58   59   60   61   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

MAK-DEA reagenti. Bu reagent metakril turşusu polimerinin və onun dietilam-monium duzunun dietilamin mühitdə polimerləşməsi nəticəsində alınır.
MAK-DEA reagentinin tərkibi, %-lə:
metakril turşusu–60
dietilamin–40
Reagentin polimerizasiyası 70° C temperaturda aparılır. Hasilat quyularında lay sularını təcrid etmək üçün onun sulu məhlulundan istifadə olunur. Bu halda reagent təzyiq altında laya daxil edilir və lay daxilində onun lay suları ilə qarışması nəticəsində hel əmələ gəlir. Bu da lay sularının quyuya daxil olmasının qarşısını alır.
Ədəbiyyatda yuxarıda göstərilən reagentlərin digər analoqları da mövcuddur. Onların kimyəvi tərkibləri bir-birindən fərqlənsə də, hel əmələgətirmə və təsir mexanizmləri eyni və ya oxşardır. Rusiya alimləri təcrid materialı almaq məqsədilə poliakrilamidin sulu məhlulu, kalsium bixromat və ikivalentli dəmir ionları qarışığından yaranan heldən istifadə etmişlər. Onlar digər işlərində isə, aşağıdakı kimyəvi reagentlər istifadə etmişlər: CaSO4 –ün 2 %-li sulu məhlulu, CuSO4 –ün 10 %-li məhlulu və etilsilikat.
Bu reagentlərin qarışmasından yaranan helin uzun müddət lay sularının qarşısını ala bilməsi qeyri-mümkündür. Tədqiq edilən digər patentlərdə və texnoloji proseslərdə də bir-birilə müəyyən nisbətdə qarışdırıldıqda hel əmələ gətirən müxtəlif kimyəvi reagentlərdən istifadə olunmuşdur və onların hamısının lay sularını təcrid mexanizmi eynidir.
Hel əmələ gətirən təcrid materiallarının müsbət cəhəti – onların layın dərinliklərinə daxil olmaq xüsusiyyətinə malik olmasıdır, mənfi cəhəti isə, hel halında olduqlarından quyunun istismarı prosesində qısa vaxt ərzində sıxışdırılaraq oradan kənar edilməsidir.
Nəzərdən keçirilən reagentlərin timasalında lay daxilində hel əmələ gətirən təcrid materiallarından istifadə olunmasına aid aşağıdakıları göstərmək mümkündür:
Hasilat quyularında lay sularını təcrid etmək məqsədilə lay daxilində hel əmələ gətirən reagentlərdən istifadə edilməsi qısa müddətli müsbət nəticə verə bilər. Lakin nəzərə alınsa ki, quyunun təmirdən sonrakı istismar mərhələsində lay daxilindəki hel təbəqəsi tədricən quyunun dibinə sıxışdırılaraq onun məhsulu ilə oradan kənar ediləcəkdir, onda hel əmələ gətirən reagentlərdən istifadə olunmasının qeyri-səmərəli olması aşkar olar.
Azərbaycan alimləri isə təcridedici material kimi su əsaslı aktivləşdirilmiş sement suspenziyasından (SƏASS) istifadə etmişlər və onun tərkibinə aşağıdakı komponentlər daxil edilmişdir, kütlə %:
Portlandsement - 28,45 - 66,42;
Kaustik soda - 0,59 - 1,12;
Su –qalanı
SƏASS-нин xarakterik cəhəti ondadır ki, adi suspenziyadan fərqli olaraq onun təzyiq altında kapiliyarlarla laya daxil olmaq və orada bərkiyərək sament daşı əmələ gətirmək xassəsi vardır.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə