Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə56/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   52   53   54   55   56   57   58   59   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

SNPX-83 reagenti. SNPX-83 reagenti epoksid və fenol qətranlarının əsasında yaradılmışdır və onun tərkibi kütlə %-lə: 10÷30 % epoksid, 70÷90 % fenol qətranindan ibarətdir. Komponentlərin miqdarından asılı olaraq reagentin özlülüyü 170-800 mPa∙s arasında dəyişir. Bərk kütləyə çevrildikdən sonra onun sıxılmaya qarşı müqaviməti 20÷50 MPa, metalla adqeziyasının müqaviməti 35÷40 MPa, süxurla adgeziyası isə 7÷12 MPa təşkil edir.
Bu qrupa daxil edilmiş təcrid materiallarının müsbət cəhəti ondadır ki, onları la-yın dərinliklərinə daxil etmək mümkündür, mənfi cəhətləri isə – bərkidikdən sonra onlar layın sulaşmış hissəsini təcrid etməklə bərabər, həm də karbohidrogenli hissəsini də təcrid edirlər. Bununla da, tədbirdən sonrakı mərhələdə hasilat quyularının potensial hasilat imkanlarından səmərəli istifadə etmək şansı itirilir.
Hasilat quyularında lay sularını təcrid etmək məqsədilə təklif olunmuş nəzərdən keçirilən kimyəvi reagentlərdən istifadə üsulları (eləcə də digər analoji üsullar) aşağıda göstərilən çox ciddi nöqsanlara malikdirlər:
1. Lay sularının təcridi prosesində kimyəvi reagentlər təzyiq altında həm layın su-laşmış hissəsinə, həm də onun karbohidrogenli hissəsinə daxil edilir və reagent bərk kütləyə çevrildikdən sonra layın sulaşmış hissəsi kimi, onun karbohidrogenli hissəsi də təcridə məruz qalır. Bununla da, təmirdən sonrakı istismar mərhələsində nəinki quyuların karbohidrogenlər üzrə gündəlik potensial hasilatını bərpa etmək mümkün olmur, hətta bəzi hallarda onların fəaliyyət imkanı da məhdudlaşır.
2. Kimyəvi reagentlər vasitəsilə hasilat quyularında lay sularını təcrid etmək üçün təklif olunmuş mövcud üsullar selektivliyi təmin etmədiklərinə görə, təcrübədə onlardan istifadə etməklə müsbət nəticələrə nail olmaq ehtimalı olduqca aşağıdır.
Lay daxilində helə çevrilən kimyəvi reagentlər .
Hasilat quyularında lay sularını təcrid etmək məqsədilə, təzyiq altında laya maye halında daxil edildikdən sonra helə çevrilən kimyəvi reagentlərdən istifadə edilməsinə aid üsullar da mövcuddur. Bu üsulların mahiyyətini araşdırmaq üçün aşağıda onlardan bəzisi nəzərdən keçirilir.
Qipan reagenti. Qipan reagenti hidroliz edilmiş poliakrilmetil turşusunun natrium natrium qələvi mühitdə polimerizasiyasından alınır. Reagentin tərkibinə aşağıdakılar daxildir, kütlə %-lə:

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə