Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


Neft əsaslı sement suspenziyalarının (NƏSS



Yüklə 6,76 Mb.
səhifə59/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   56   57   58   59   60   61   62   63   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Neft əsaslı sement suspenziyalarının (NƏSS) hazırlanma texnologiyası SƏSS-in hazırlanma texnologiyasından yalnız onunla fərqlənir ki, bu halda sement tozunu həll etmək üçün su əvəzinə kiçik sıxlığa malik maye karbohidrogenlərdən istifadə olunur. Lakin hazırlanmiş NƏSS öz keyfiyyətinə görə SƏSS-dən çox fərqlidir, belə ki, ətraf mühitdəki temperaturun qiymətindən asılı olmayaraq onun bərkiməsi və daşa çevrilməsi baş vermir. NƏSS-in bərk kütləyə çevrilməsi üçün yeganə şərt ondan ibarətdir ki, hər hansı temperaturda onun su ilə qarışdırılmasına şərait yaradılsın. Bu halda NƏSS-in tərkibindəki maye karbohidrogenlər su ilə əvəz olunur və nəticədə sement hissəcikləri ilə suyun qarışmasından SƏSS yaranır, bununla da suspenziyanın bərk kütləyə çevrilməsi prosesi baş verir.
Təcrübədə hasilat quyuylarında lay sularını NƏSS-dən istifadə etməklə təcrid edərkən, təzyiq altında onu həm layın sulaşmış hissəsinə, həm də karbohidrogenli hissəsinə daxil edirlər. Bu halda, layın sulaşmış hissəsində NƏSS lay suyu ilə qarışaraq bərk kütləyə çevrilir və həmin hissəni təcrid edir. Lakin layın karbohidrogenli hissəsin-də NƏSS öz maye aqreqat halını saxlamaqda davam edir və quyunun təmirdən sonrakı istismar mərhələsində onun məhsulu ilə bərabər yer səthinə çıxarılır. Beləliklə də, NƏSS vasitəsilə hasilat quyularında lay sularının təcrid olunması ilə bərabər quyunun karbohidrogenlər üzrə gündəlik potensial hasilatı bərpa etmək mümkün olur.
Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, təcrid materialı kimi portlandsement suspenziyalarının (həm su, həm də neft əsaslı) müsbət cəhəti ondadır ki, lay şəraitində onlar bərkiyərək daşa çevrilir və quyuya daxil olan suların qarşısında sədd yaradır, mənfi cəhəti isə – onların layların mikrokanallarına daxil olmasının qeyri-mümkünlüyüdür (ölçülər nisbətinin uyğun olmaması səbəbindən).
Sementləmənin keyfiyyətinə nəzarət
Sementləmənin keyfiyyətinin yoxlanması dedikdə : layların etibarlı izole edilməsi, kəmərin və kəmərarxası fəzanın hermetik olması başa düşülür. Bunlardan əlavə məhsuldar layın sınaqdan keçirilməsi və laydan quyuya axın yaradılması da
sementləmənin keyfiyyətini arakterizə edir.
Sementləmənin keyfiyyətini müəyyən etmək üşün geofiziki tətqiqat üsullarından istifadə edirlər.
Nəticədə sement məhsulunun kəmər arxası fəzada olan hündürlüyü kəmər arxasının hər tərəfdən sement məhlulu ilə doldurulma dərəcəsi bərkimiş, sementin kəmərlə və quyu divarı iləəlaqəsinin vəziyyəti öyrənilir. Sementləmənin keyfiyyətini müəyyən etmək üşün radioaktiv karotaj akustik karotaj və elektrotermometrik ölçmə işləri aparılır. Termokarotaj üsulunda temperaturanın kəmər boyunca dəyişməsinə əsaslanaraq, kəmər arxasında sementin qalxma hündürlüyünü təyin edirlər.
Qamma karotajın köməyilə isə kəmər arxasındakı sementin perimetr üzrə qalınlığı, kəmər arxasındakı laylar arasında əlaqənin olub olmaması öyrənilir.
Akustik karotajın köməyilə kəmər arxasındakı sement məhlulunun hündürlüyü , sementin kəmər və quyu divarı ilə kontakt dərəcəsi öyrənilir.


Şək.1. Vik cihazı
1 – oturacaq; 2 – nümunə üçün stəkan; 3 – iynə; 4 – ştok saxlayıcısı; 5 – ölçü şkalası; 6 – ştok.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə