Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


Quyuların qazılması və tamamlanması zamanı ətraf mühitin çirklənməsi



Yüklə 6,76 Mb.
səhifə60/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   56   57   58   59   60   61   62   63   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Quyuların qazılması və tamamlanması zamanı ətraf mühitin çirklənməsi


Dənizdə. Dəniz dibinin bütövlüyünün pozulması. Lövbərin salınması, lövbərlərin və lövbər zəncirlərinin, yerləşdirilməsinə görə sahədə bütövlüyün pozulması ilə nəticələnəcək (ŞD- ümumilikdə 190280 m2).
NO2-nin illik orta fon qatılığı= 6mq/m3 olmalı olduğu halda havada təqribən standart göstərici = 40mq/m3 olur.
Drenaj suları – Tərkibi: Drenaj suları, yuyuntu suları və qazma məhlulu sisteminə qaytarıla bilməyən dağılmış SƏQM məhlullar olan qazma qurğusunun döşəməsindəki kanalizasiyadan tullantılar.
Fekal suları -12-13m3/gün (120-130 adam üçün) həcmində fekal suların əmələ gəlməsi gözlənilir.
Məişət çirkab suları – Məişət çirkab suları bilavasitə dənizə atılacaq. Məişət çirkabsularının (duşlardan, camaşırxanalardan və s.) tərkibində əsasən təmizləyici vasitələr (sabunlar və yuyucu vasitələr) olacaq. Heç bir üzən bərk maddənin müşahidə olunmadığını təsdiqləmək üçün atqı zamanı gündəlik vizual yoxlamalar aparılır.
QAZMA ZAMANI BAŞ VERƏN QƏZALAR VƏ MÜRƏKKƏBLƏŞMƏLƏR.
Qazma zamanı yaranan qəzaların səbəbləri müxtəlifdir:
- Təbii fəlakətlər(qasırğa,zəlzələ və s);
- Avadanlığın düzgün quraşdırılmaması sənədləşmə nöqsanları;
- Uyğun olmayan qoruyucu borulardan istifadə;
- İşçilərin texniki savadının aşağı olması və s.
Dənizdə qazmanın aparılması böyük risq tələb edir,burada müxtəlif geoloji xüsusiyyətli gözlənilməz hadisələr baş verə bilər.Statistik məlumatlara görə qəzaları 3 qrupa bölürlər:
-xarici faktorlar;
-daxili faktorlar;
-insan faktoru.
İnsan amili əksər qəza yaradan əsas səbəblərdən biridir .Qəza törədən səbəblərin ümumi sayının 80%-ə qədəri məhz fəhlə və digər işçilərin etinasızlığı texniki savadının aşağı olması və digər amillərlə bağlıdır.
Qazmada baş verən qəzalar qazma kəməri ilə, quyudibi mühərriklər ilə, qazma baltaları ilə, qoruyucu kəmərlər ilə, Kknar cisimlərin quyuya düşməsi ilə baş verə bilir.
Qoruyucu kəmərlərlə bağlı baş verən qəzalara qoruyucu kəmərlərin tutulması ,borunun açılaraq quyuya düşməsi boruları əzilməsi və deşilməsi, yivlərin qopması sement stəkanının , istiqamətləndirici tıxacın qazılması zamanı boruların zədələnməsi ilə baş verən qəzalar aiddir .
Kənar cisimlərin quyuya düşməsi ilə baş verən qəzalara alətin endirilib- qaldırılması zamanı rotor pazının , açarların kuvald ,adi çəkic,pnevmatik buruq açarının hissələrinin və əl alətlərinin quyu ağzında aparılan iş zamanı quyuya düşməsi ilə baş verən qəzalar aiddir .
Quyudibi mühərriklərlə baş verən qəzalara quyudibi mühərriklərin və ya onların hissələrinin bu və ya digər səbəblərdən tutularaq quyuda qalması nəticəsində baş verən qəzalar aiddir .
Aparılmış nəzəri tətdqiqatlar və praktiki materialların araşdırılması nəticəsində sübut olunmuşdur ki , qəzalarla nəticələnən qazma kəməri elementlərinin sınması , əsasən , metalın << yorulması >> ilə izah edilir .Yorulma hadisəsi qazma kəmərinin titrəməsi , kəskin şəkildə əyilmələr və zərbələrdən yaranan müvəqqəti və ya uzun müddət təsir edən gərginliklərdən əmələ gəlir .
Metalın yorulmasını sürətləndirən amillər aşağıdakılardır:
-Boru materialında zədələrin olması ;
-səkkiz saplı yivlərin kiçik radiuslu olması ;
-mürəkkəb geoloji və texnoloji qazıma şəraiti , layihə üzrə nəzərdə tutulan qazıma rejiminin pozulması ;
-Korroziyaya uğraması və s. .
Qazılmaqda olan quyuda mürəkkəbləşmə və qəzaların baş verməməsi üçün çalışmaq lazımdır ki, qazma məhlulunun intervallar üzrə keyfiyyət parametrləri, rəhbərlik üçün qəbul edilən və icrası məcburi olan geoloji texniki tapşırıqda göstərilən parametrlərə uyğun olsun. Əks təqdirdə mürəkkəbləşmə və qəzaların baş vermə ehtimalı çox realdır və bu işdə, ilk növbədə, qazma ustası və qazma briqadası məsuliyyət daşıyır.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə