Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


TƏZAHÜR, FONTAN, QRİFONUN YARANMA SƏBƏBLƏRİ VƏ ONLARIN ƏTRAF MÜHİTİ ÇİRKLƏNDİRMƏSİ



Yüklə 6,76 Mb.
səhifə63/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   56   57   58   59   60   61   62   63   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

TƏZAHÜR, FONTAN, QRİFONUN YARANMA SƏBƏBLƏRİ VƏ ONLARIN ƏTRAF MÜHİTİ ÇİRKLƏNDİRMƏSİ
Neft və qaz quyularının qazılması zamanı qazmaçılar tərəfindən buruğun alt hissəsində və ya ondan müəyyən məsafədə yer üzərinə qaz, neft, su və ya onların qarışıqlarının çıxması müşahidə olunur. Bu hadisəni qrifon adlandırırlar və ya qazın yüksək təzyiqlə boru arxası ilə gözlənilmədən hərəkətinin baş verməsi qrifon adlanır. Fransız sözündən götürülmüş “grffon” “qəribəliklərin şəkli” və ya “yer səthinə çıxan mineral və termal bulaq” mənasını daşıyır.
Xarici görünüşcə qrifon yerdən şırnaq şəklində çıxan maye sütunundan, süxur parçalarından, neftdən, qazdan, sudan və onların qarışığından ibarət olur.
Qrifonun yaranması quyuların qazılması zamanı ən mürəkkəb hadisə hesab olunur. Onun yaranması əsasən, palçıq vulkanları və neft-qaz-su təzahürləri ilə əlaqədardır.
Qrifonlar yaranma mənşəyinə görə təbii və süni olur.
Təbii qrifon neft və qaz quyularının qazılması ilə əlaqəsi olmayan qrifonlardır. Buraya əsasən, palçıq vulkanları ilə əlaqədar olan vulkanlar aid edilir.
Süni qrifonlar neft və qaz quyularının qazılması ilə əlaqədar olan qrifonlardır. Buraya əsasən texnoloji prosesin pozulması və quyuların möhkəmləndirilməsi işlərinin qüsurlu aparılması nəticəsində baş verən qrifonlar aid edilir.Süni qrifonların yaranmasının əsas səbəbləri aşağıdakılardan ibarətdir:
-quyunun kəsilişində qazlı layların olması;
-quyunun kəsilişində olan layla yer səthini birləşdirən çatların olması və bu çatların -konduktor və ya texniki kəmərlə izolə edilməməsi;
-yer səthi ilə bilavasitə əlaqəli olan tektiniki pozuntu zonalarından quyu lüləsinin keçməsi;
-quyunun kəsilişində çınqılşəkilli süxurlu layların olması;
-texniki kəmərin və ya konduktorun keyfiyyətsiz sementlənməsi;
-istismar kəmərinin hermetik olmaması;
-konduktorun kifayət dərinliyə buraxılmaması.
Qrifonun yaranmasında boruarxası təzyiqin böyük roluvardır. Layın qalınlığından, keçiriciliyindən, çatlılıq dərəcəsindən, təzyiqindən, həmçinin tektoniki pozuntuların mövcudluğundan, quyunun konstruksiyasından, istifadə olunan qazıma məhlulunun fiziki-kimyəvi xüsusiyyətindən asılı olaraq qrifon boruarxası təzyiqin (Pqr) müəyyən qiymətində baş verir.
Qrifon məkana görə müxtəlif vaxtda və zamanda baş verə bilər. Bəzi alimlər bunu baş vermiş zəlzələ ilə izah edirlər. Məlumdur ki, zəlzələ zamanı tektonik dalğa episentrdən yer səthinə doğru yayılaraq sönür. Texniki pozuntunun dalğanın hansı hissəsinə düşməsindən asılı olaraq qrifonun yeri və intensivliyi dəyişir.
Qrifonun yaranmasında süni təsirlərin də böyük rolu vardır. Məsələn, qazma zamanı boruarxası fəza qapalı olduqda keyfıyyətsiz sementlənmə nəticəsində yüksək təzyiqli laydan neft-qaz qarışığı quyu ağzına istiqamətlənərək özünə müəyyən yol tapıb buruqdan müəyyən məsafədə və ya onun ətrafında yer səthinə çıxaraq qrifon hadisəsini yaradacaqdır.
Təzahür - quyuların qazılması zamanı lay agentlərinin yuyucu məhlula daxil olaraq yer üzərinə qalxmasıdır.
Neft-qaz təzahürünün əsas səbəbləri bunlardır:
-tətbiq olunan qazıma məhlulunun qazılan quyunun tələbinə uyğun gəlməməsi;
-quyuda qazıma məhlulunun səviyyəsinin aşağı düşməsi;
-qazıma məhlulundan istifadə olunmaması;
-lay agentlərinin qazılmış süxurlarla quyuya daxil olması;
-qazma kəmərini qaldırmazdan əvvəl quyunun kifayət qədər yuyulmaması;
-quyunun uzun müddətli dayanması zamanı laydan qazın quyuya diffuziyası;
-qoruyucu kəmərlərin əks klapanla quyuya buraxılması və quyunun yuyulması zamanı qazıma məhluluna havanın daxil olması;
-qazlı layların qazılması zamanı məhlulun pis qazsızlaşdırılması;
-tutulmuş alətin azad edilməsində tətbiq edilən neft vannasının düzgün qoyulmaması;
-sementin bərkiməsi zamanı laya olan hidrostatik təzyiqin azalması.
Neft-qaz təzahürü aşağıdakı hallarda açıq fontana keçəbilər:
-quyu konstruksiyasının qazılan quyunun geoloji kəsilişinin xüsusiyyətinə uyğun olmaması (layların ziddiyyətli göstəriciləri);
-keyfiyyətsiz sementləmə və üzərində tullanış əleyhinə quyuağzı avadanlıq yerləşdirilən qoruyucu kəmərin zədələnməsi və ya yeyilməsi;
-kifayət qədər ehtiyat qazıma məhlulunun olmaması;
-quyuağzı tullanış əleyhinə avadanlıqdan istifadə edilməməsi;
-quyuağzı avadanlığın hermetikliyi təmin edə biləcək sxem üzrə yerləşdirilməməsi;
-tullanış əleyhinə quyuağzı avadanlığın nasaz olması, ona lazımi nəzarətin olmaması;
-qazıma briqadası üzvlərinin açıq fontanın qabağını ala biləcək razılaşdırılmış hərəkət etməmələri.
Açıq fontan quyuağzından neftin, qazın və suyun idarə olunmayan axınıdır.Açıq fontanın ləğvinə sərf olunan işlərin mürəkkəblik dərəcəsindən və istehsalata dəyən ziyanın ağırlıq dərəcəsindən asılı olaraq, mürəkkəb və sadə olur.
Mürəkkəb açıqfontana sutkada ətrafa 200 t-dan çox neft, 1 mln. m3-dən artıq qaz tullayan üstü tamamilə dağıdılmış quyular aid edilir. Mürəkkəb açıq fontana, həmçinin yanğınla birgə gedən fontan və quyu ətrafında fontanla yanaşı qrifon baş verən quyular da aid edilir.
Sadə açıq fontanlara quyuağzı tullanış əleyhinə avadanlığın sıradan çıxması nəticəsində baş vermiş fontanlar aid edilir ki, bunların ləğvi üçün sıradan çıxmış hissənin bərpası kifayət edir.
Əksər açıq neft və neft-qaz fontanları yanğınla birgə getdikdə quyuağzı avadanlıqların, ətraf quyu avadanlıqlarının və hidrotexniki qurğularının sıradan çıxmasına səbəb olur.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə