Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


Qazma məhlulu ilə əlaqədar quyuda baş



Yüklə 6,76 Mb.
səhifə61/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   56   57   58   59   60   61   62   63   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Qazma məhlulu ilə əlaqədar quyuda baş verə biləcək əsas mürəkkəbləşmələrə quyu divarının uçulub tökülməsi, həmin divarı təşkil edən gilli süxurlarda gillərin şişməsi və nəticədə quyu divarının daralması, quyu divarını təşkil edən süxurların müəyyən müddətdən sonra deformasiyaya uğrayaraq sürüşməsi, divarda novların əmələ gəlməsi, qazma məhlulunun qismən, bəzən isə təmamilə udulması, quyuya qaz, neft, su daxil olmasının əlamətləri, sonra isə qaz, neft, su təzahürləri, qazma kəməri qaldırılan zaman dartılmalarla, endirilmə zamanı isə oturmalarla hərəkət etməsi və s. göstərmək olar.
Qazma prosesində baş verə biləcək mürəkkəbləşmələrdən biri də qazma alətinin tutulmasıdır. Qazma alətinin (qazma və qoruyucu kəmərlərin) tutulmasının səbəbləri aşağıdakılardır:

  • Qazma alətinin və kənar cisimlərin quyuya düşməsi nəticəsində tutulması ;

  • Doğranmış süxur kissəciklərinin və ya gilli məhlulun bərk fazalarının çökməsi nəticəsində ;

  • Qazma məhlulunun axması nəticəsində baltadan tam çıxmayaraq sistemdə dövran etməməsi ;

  • Sement körpüsü qoyulan zaman boruarxası fəzada sement məhlulunun vaxtından əvvəl bərkiməsi nəticəsində ;

-Tullanış , su təzahürləri və ya qazıma məhlulunun udulması nəticəsində quyuda hidrostatik təzyiqin ani dəyişməsi;
-Qazma dəzgahının cəld muhərrikinin sıradan çıxması və ya elektrik enerjisinin kəsilmə;
-Keçiriciliyi yüksək olan laylarda quyuda təzyiq itkisi olduqda , qazıma və qoruyucu kəmərlərin hissələrinin müəyyən müddət ərzində quyu divari ilə əlaqəsi;
-Keçiriciliyi yüksək olan laylarda quyuda təzyiq itkisi olduqda , qazıma və qoruyucu kəmərlərin hissələrinin müəyyən müddət ərzində quyu divari ilə əlaqəsi;
-Uçulma ,süxurun axması və ya lülənin daralması nəticəsində quyu lüləsinin bütovlüyünün pozulması;
-Qazma və ya qazma kəmərinin qaldırılması və endirilməsi prosesində baltada kipkəcin əmələ gəlməsi.
Quyuya düşmüş,quyuda sınıb , yaxud açılıb qalmış hissənin tutulub çıxarılması və ya quyuya düşmüş metal cisimləri doğrayıb çıxarmaq üçün tətbiq edilən alətlərə daxili borututan , kalibr, xarici borututan, boru kəsənlər, müxtəlif növ frezerlər, overşot və yuma imkanlı tutucular daxildir.
Qazma kəmərinin tutulma dərinliyi , onun müəyyən qüvvə ilə dartılmasından alınan nisbi uzanmanın həddi ilə müəyyən olunur . Həmin dərinlik təcrübədə

ifadəsi ilə təyin edilir .
Burada L-alətin tutulma dərinliyi , - dartılma nəticəsində alınan nisbi uzanması , P2 – dartici qüvvə , P1- kəmərin tutulana qədər çəkisi , E – boru materialının elastiklik modulu , F – borunun en kəsik sahəsidir .
Tutulma zonasını daha dəqiq təyin etmək üçün , kabellə quyuya buraxılan tutulmanı ölçən və başqa xüsusi cihazlardan da istifadə olunur . Böyuk olmayan tutulmaları , əsasən , qazma kəmərinin bas-boş edilməsi və rator vasitəsilə döndərilməsi yolu ilə aradan qaldırırlar . Qazma kəmərinin bas-boş edilməsindən əvvəl vişkanın , tal sisteminin , bucurqadın vəziyyəti və möhkəmliyi , həmçinin çəki indiqatorunun vəziyyətidə yoxlanılmalıdır . Əgər aləti bas-boş etməklə tutulmanı ləğv etmək mümkün olmasa , onda sonra görüləcək işlər tutulmanın növündən asılı olacaq . Belə ki , təzyiq düşküsü nəticəsində baş verən tutulmalar, əsasən maye vannaları tətbiq etməklə azad edirlər . Gilli məhlul neftin tez yuxarı qalxmasını məhdudlaşdırır və neft vannası müsbət nəticə verir . Gilli məhlulu neftlə əvəz etdikdə tullanışa gətirib çıxara bilər , əgər tutulma zonasında qazma kəməri maqnium və natrium duzlarında tutulub və ya pərçimlənibsə , su vannası o vaxt effektli ola bilər . Əgər neft vannası müsbət nəticə verməsə , o zaman turşulu məhlul və ya su ilə yumaya keçirlər . Su ilə düzünə yuma dayanıqlı süxurların qazılması zamanı mümkündür .
Müxtəlif tipli tutulmaları ləğv etmək üçün isə effektli vasitə hidroimplus üsuludur . Əgər qazma məhlulunun sıxlığı 1,35q/sm3 az olduqda , qazma boruları hermetik olmadıqda , balta quyu dibinə sıxıldıqda və ya qazma məhlulunun tam dövranı olmadıqda bu üsulu tətbiq etmirlər .

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə