Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


Portlandsementlərin aşağıdakı növləri var



Yüklə 6,76 Mb.
səhifə53/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   49   50   51   52   53   54   55   56   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Portlandsementlərin aşağıdakı növləri var:
1.Teztutuşan;
2.Normal bərkiyən;
3.Plastifikator(polimerlərə aşağı molekulyar azuçucular) əlavə olunmuş;
4.Hidrofoblu;
5.Sulfata qarşı dayanıqlı;
6.Yollar üçün;
7.Ağ və rəngli;
8.Mülayim ekzotermiki;
9.Orqaniki SAM-li əlavəli.
Əsas tutuşdurma qovuşdurucu materiallarına görə tamponaj sementləri aşağıdakı qruplara bölünür:
1.Portland sementləri bazasında istehsal edilən tamponaj sementləri;
2.Domna şlakları doğrantıları əsasında istehsal edilən tamponaj sementləri;
3.Belit-kremnozem sementləri;
4.Yüngülləşdirilmiş sement qarışıqları;
5.Əlavələr kimi başqa sementlərə qarışdırmaq üçün hazırlanan və işlədilən xüsusi sementlər.

Tamponaj materiallarının istifadə məqsədləri aşağıdakılardır:


1. Qazılan quyulara buraxılan qoruyucu kəmərlər arxası fəzanı doldurmaq və keçiriciliyi olan bütün layları bir-birindən ayırmaq;
2. Kəmər arxası fəza ilə maye və qazın bir laydan o biri laya və ya atmosferə keçməsinin qarşısını almaq;
3.Qazıma məhlulu udula bilən çatları, kavernaları və başqa kanalları doldurub bağlamaq;
4.Lay suları təsirindən qoruyucu kəmərlərin xarici səthində əmələ gələn korroziyadan onları mühafizə etmək;
5.Tökülən süxurlardan ibarət quyu divarlarını müvəqqəti və ya daimi sement körpüsü ilə bağlamaq;
6.Qoruyucu kəmərlərə daha çox dayanıqlıq vermək və s.


Sement suspenziyalarının hidrotasiya və bərkimə mexanizmi.
Sement suspenziyalarını digər adi suspenziyalardan fərqləndirən əsas cəhət ondan ibarətdir ki, onlar müəyyən vaxtdan sonra bərk kütləyə çevrilirlər. Bu xüsusiyyətindən istifadə edərək onlardan tikinti sahələrində, o cümlədən də neft-qaz quyularının inşasında geniş miqyasda istifadə olunur.
Elmi cəhətdən sement suspenziyalarının bərkimə mexanizminin öyrənilməsi olduqca maraqlıdır və yüz ildən artıqdır ki, bu sahədə çalışan tədqiqatçıların diqqətini cəlb etməkdədir. İndiyə kimi bu sahədə çox sayda və geniş miqyaslı elmi-tədqiqat işləri aparılmış, monoqrafiyalar çap olunmuşdur. Lakin bu prosesin mexanizmi hələ də kifayət qədər açılmamışdır .
Akad. A.A.Baykovun nəzəriyyəsinə görə sement məhlulunun tutuşma və bərki-məsində aşağıdakı üç mərhələ mövcuddur:
1. Həll olma mərhələsi. Bu mərhələdə sement tozunun bir hissəsi suda həll olmaqla kimyəvi reaksiya gedir və maye fazası reaksiyanın məhlulu ilə doymuş olur. Bununla əlaqədar həll olmamış bərk fazanın səthində silikatların hidrotasiyası yaranır və kalsium-hidrooksid məhlula keçir.
2. Kolloid mərhələsi. Suda həll olmağa imkanı olmayan bərk fazanın kiçik hissələri hel strukturu yaradır.
3. Bərkimə mərhələsi. Bu mərhələdə yaranmış kolloid-dispersiya sementində kristallaşma-hidrotasiya prosesi gedir və sistemin bərkiməsi baş verir.
Akademik P.A.Rebinder və onun əməkdaşlarının apardıqları tədqiqatların nəticəsində tutuşaraq bərkiyən sistemlərin nəzəriyyəsi daha də təkmilləşdirilmişdir. Bu sahədə A.Q.Bulatov, L.S.Məlikaslanov, A.V.Voljenski, R.Kondo, K.Tpin və b. görkəmli alimlərin də çox dəyərli elmi-tədqiqatları olmuşdur.
Tamponaj məhlulu hazırlanarkən onun parametrləri elə həddə olmalıdır ki, nasos vasitəsilə onun quyuya vurulması mümkün olsun və lazımi yerə çatdırıldıqdan sonra az vaxt ərzində bərkiyərək daşa çevrilməsi təmin edilsin.
Sement məhlulunun tələb olunan parametrlərini almaq üçün çox saylı təcrübələr aparılmış, müxtəlif şəraitlərə uyğun vasitələr və kimyəvi reagentlər təklif edilərək sınaqdan çıxarılmışdır.
Müəyyən olunmuşdur ki, lazımı keyfiyyətdə sement suspenziyası hazırlanmaq üçün birinci növbədə portlandsement tozunun tərkibi kifayət qədər xırda dənəciklərdən ibarət olmalıdır. Bu məqsədlə, portlandsement tozunun keyfiyyətini yoxlamaq üçün onu hər 1sm2 sahəsində 4900 deşik olan ələkdən keçirirlər. Yoxlama zamanı götürülmüş nümunənin 15%-dən azı ələkdə qalarsa, belə sement tozu istifadə olunmaq üçün yararlı hesab edilir.
Hasilat quyularında lay sularını təcrid etmək üçün portlandsement tozundan suspenziya hazırlanarkən iki növ mayedən istifadə olunur: sudan (içməli və ya dəniz suyundan), ya da kiçik sıxlığa malik maye karbohidrogenlərdən (dizel yanacağı, kerosin, qaz kondensatı və s.).
Sement suspenziyası sudan istifadə olunmaqla hazırlandıqda belə suspenziyalara su əsaslı suspenziyalar deyilir. Əgər bu halda maye karbohidrogenlərdən istifadə olunarsa, onlar neft əsaslı suspenziyalar adlanır.
Fiziki və kimyəvi xassələrinə görə su və neft əsaslı sement suspenziyaları bir-bi-rindən əsaslı dərəcədə fərqlənirlər. Hasilat quyularında lay sularının təcrid edilməsində onların bu xassələrindən düzgün və məqsədyönlü istifadə olunması olduqca vacibdir.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə