Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


BƏRK KÜTLƏYƏ ÇEVRİLƏN MÜXTƏLİF TƏRKİBLİ KİMYƏVİ REAGENTLƏR



Yüklə 6,76 Mb.
səhifə55/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   51   52   53   54   55   56   57   58   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

BƏRK KÜTLƏYƏ ÇEVRİLƏN MÜXTƏLİF TƏRKİBLİ KİMYƏVİ REAGENTLƏR
Hasilat quyularında lay sularını təcrid etmək məqsədilə kimyəvi reagentlərdən istifadəyə əsaslanan çoxlu sayda üsullar mövcuddur. Bu üsullardan ən çox diqqət çəkənləri maye halında laya daxil edilən və orda bərk kütləyə çevrilməklə suların təcrid olunmasını təmin edənlərdir . Aşağıda onlardan bəzilərinin tərkibi və əsas göstəriciləri nəzərdən keçirilir.
TSD-9 reagenti. Bu reagent polimer əsaslı fenol-formaldehid qətranından ibarət olub, onun bərk kütləyə çevrilməsi üçün əlavə olaraq formalin və ya paraformaldehid reagentlərindən də istifadə olunmalıdır. Normal şəraitdə TSD-9 reagentinin əsas göstəriciləri: maye halında sıxlığı – 1010÷1100 kq/m3, özlülüyü – 60÷90 mPa∙s-dir. Həll olması: spirtdə – yaxşı, suda 1/3 nisbətində həll olur, maye karbohidrogenlərdə isə həll olmur. Bərkiməsi – 20÷40° C temperaturda mümkündür.
TS-10 reagenti. TS-10 termoreaktiv fenolformaldehid qətranının mürəkkəb tər-kibli polimerlərindən ibarətdir. Bu reagentin bərk kütləyə çevrilməsi üçün əlavə olaraq formalin və ya urotropin, ya da onların müəyyən nisbətdə qarışığından istifadə olunma-lıdır. Maye halında TS-10 reagentinin sıxlığı 1160 kq/m3 olub suda yaxşı həll olur, lakin maye karbohidrogenlərdə həll olmur. 50÷80° C temperaturda bərkiyir.
SNPX-81 reagenti. Bu reagent poliefiruratendiizosionat əsasında toliolendiizosionat və polioksiterametilenqlikoldan ibarətdir. Reagentin asetonda həll olmuş 50 %-li məhlulundan istifadə olunur ki, onun da adi şəraitdə özlülüyü 48 mPa•s təşkil edir. Reagentdən əmələ gəlmiş bərk kütlənin sıxılmaya qarşı müqaviməti 1.8 MPa təşkil edir. Adqeziya müqaviməti isə metalla 7.4 MPa, süxurla 3.3 MPa-dır.
SNPX-82 reagenti. Bu reagent metakril polimeri turşusu və dietilammonium duzlarının əsasında yaradılmışdır. Reagent ağ rəngli toz halında olub, suda yaxşı həll olur və onun 1 %-li sulu məhlulundan istifadə olunur ki, adi şəraitdəki özlülüyü 3.5 mPa∙s təşkil edir. Bu məhlulun lay suları ilə qarışdırılması nəticəsində çöküntü yaranır.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə