Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


TAMPONAJ SEMENTLƏRİ, NÖVLƏRİ, SEÇİLMƏSİ. QUYUNUN SEMENTLƏMƏ ÜSULLARI.SEMENTLƏMƏNİN ƏTRAF MÜHİTƏ TƏSİRİ



Yüklə 6,76 Mb.
səhifə52/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   48   49   50   51   52   53   54   55   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

TAMPONAJ SEMENTLƏRİ, NÖVLƏRİ, SEÇİLMƏSİ. QUYUNUN SEMENTLƏMƏ ÜSULLARI.SEMENTLƏMƏNİN ƏTRAF MÜHİTƏ TƏSİRİ.
Tamponaj sement materialı (klinkeri) əsasən əhəng daşı və gilin xüsusi qurğularda (sobalarda) 1400÷15000C temperaturda bir-birilə birləşənə kimi qızdırılması (bişirilməsi) nəticəsində alınır.
Tamponaj sementi müəyyən nisbətdə su ilə qarışdırıldıqda suspenziya alınır vəhəmən suspenziya həm havada, həm də sulu mühitdə tutuşma və bərkimə xassəsinə malikdir. Həmin materialın tərkibində müəyyən nisbətdə aşağıdakı oksidlər vardır: kalsium (CaO), silisium (SiO2), alüminium (Al2O3) və dəmir (Fe2O3). Göstərilən oksidlər sərbəst halda deyil, kimyəvi birləşmələr halında olurlar.
Sobalarda sement materialının bişirilmə prosesində kalsium, silisium, alüminium və dəmir oksidləri bir-birilə reaksiyaya girərək klinker adlandırılan materialı əmələ gətirirlər. Həmin materialın tərkibi aşağıdakı minerallardan ibarət olur:
üç kalsium silikat 3CaO·SiO2;
iki kalsium silikat 2CaO·SiO2;
üç kalsium alüminat 3CaO·Al2O3;
dörd kalsium alüminferrit 4CaO·Al2O3 ·Fe2O3;
Üç kalsium silikat – portlandsement klinkerinin əsasını təşkil edir. Bu mineral klinkerin tərkibində 40÷60%-dir. Onun molekulyar kütləsi 228,3 olub, bunun da 73,7%-ni CaO və 26,3%-i SiO2 təşkil edir.
Portlandsement materialının tərkibindəki digər maneralların miqdarını dəyişməklə həm sement suspenziyasının, həm də yaranmış sement daşının göstəricilərini istənilən istiqamətdə dəyişmək (tənzimləmək) mümkündür.
Tamponaj sementləri tərkibinə görə aşağıdakı növlərə ayrılır.
klinker tərkibli portlandsement;
gil tərkibli klinker;
klinkersiz tərkib.
Neft və qaz quyularının inşası prosesində əsasən QOST 1581-85-ə uyğun portlandsementlərdən istifadə olunur.
Portlandsement materialları tərkibinə görə aşağıdakı növlərə ayrılır:
əlavə mineral qatılmayanlar;
əlavə mineral qatılanlar.
Əlavə mineral kimi domna şlakları (20 %-ə qədər), vulkanik və ya çöküntü süxurları (20 %-ə qədər), kvars qumları (10 %-ə qədər), əhəng daşı tozlarından (10 %-ə qədər) istifadə olunur.
İstehsalatda istifadə edilmək üçün sement suspenziyalar sıxlığına (kq/m3) görə aşağıdakı kimi hazırlanır:
yüngül (1400-dən az);
yüngülləşdirilmiş (1400-1600);
normal (1600-1850);
ağırlaşdırılmış (1950-2300);
ağır (2300-dən çox).

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə