Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə47/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   43   44   45   46   47   48   49   50   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Qazma məhlulunun təmizlənməsi
Qazma prosesində qazılan süxur hissələri ilə çirklənmiş məhlul təmizlənməli, əvvəlki parametrləri bərpa edildikdən sonra yenidən quyuya vurulmalıdır. Başqa sözlə desək, qazma prosesində quyudan çıxan məhlul təmizləyici qurğuların vasitəsilə qazılmış süxur hissəciklərindən təmizlən­məlidir. Tarixən əvvəllər quyudan çıxan qazma məhlulu çökdürücü ambarlara axıdılırdı. Ambar üsulu ilə təmizləmədən tezliklə imtina edildi. Onun əvəzində, quyudan çıxan qazıma məhlulunu arakəsmələri olan nov sistemi ilə axıtmaqla təmizləməyə başladılar. Bu üsulda nov sistemi ilə hərəkət edən qazma məhlulu 25 sm/san sürətilə hərəkət etməli (struktur axın rejimində), novun uzunluğu mümkün qədər uzun və nov ikicərgəli olmalı idi. Bu ona görə lazım idi ki, qazma zamanı quyudan çıxan çirkli məhlulu ikinci cərgəyə yönəltməklə, qazma prosesini dayandırmadan birinci cərgədə novun dibinə çökmüş süxur hissəciklərini təmizləmək mümkün olsun. Bu üsulun da ömürü uzun çəkmədi, çünki təbii üsulla çirkli məhlulu qazılmış süxur hissəciklərindən yaxşı təmizləmək mümkün olmurdu, odur ki, nov sisteminin yolu üzərində mexaniki qurğular yerləşdirmək və qazma prosesi zamanı quyudan çıxan məhlulu həmin qurğularda təmiz­lədikdən sonra nov sistemi ilə nasosların qəbul çəninə göndərmək təklif edildi (şək.5.5). Bu məqsədlə konveyer ələyi (KƏR – 650), özü fırlanan ayırıcı (seperator), titrəyən ələk (TƏ-1) (şək.5.5), qoşalaşdırılmış titrəyən ələk (QTƏ-2) və hidrosiklon qurğuları yaradıldı. Hazırda bunların köməyi ilə qazma məhluluna qarışmış ən kiçik ölçülü hissəcikləri də qazma məhlulundan ayırmaq mümkündür .

Şək.Qazma məhlulunun 4(dörd) pilləli təmizləmə sistemi
1.Qəbul çəni 6.Boru birləşmə qovşağı
2.Titrəyən ələk 7. Örtük
3.Qumayrıcı 8. Sentrifuqa
4.Lilayrıcı 9.Şlam nasosu
5.Nasos aqreqatı 10.Qarışdırıcı


a)


b)
Şək. Qazma məhlullarının şlamdan (a) və qazdan (b) təmizlənməsi



Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə