Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə43/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   39   40   41   42   43   44   45   46   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Sulfit spirt cecəsi (SSC).Əgər qazıma məhlulu kalsium­lu gillərdən ibarətdirsə, yaxud əhənglə emal edil­mişsə, onda SSC-dən məhlulun özlülüyünü azaltmaq üçün istifadə olunur.
Polifenol və ya meşəkimyəvi polifenol maddəsi.Özlülüyü azaltmaq üçün istifadə olunan Meşəkimyəvi polifenol maddəsi (PFMK-PFLX)- ağacın oduncağının qətranından fenolun kodensasiyası (formaldehidlə ağacların oduncağından qaz hasil etmə ilə) alınır və gilsiz qazma məhlullarının özlülüyünü tənzimləyir.Polifenol, Sulkor, Sintan – 5 küknar ağacı ekstraktının reagentlərindən hazırlanır.
Ağır neftin çıxarılmasında da PFMK maddəsindən istifadə olunur.


Kalsuim ionları əmələgətirən reagentlər
Söndürülmüş əhəng Ca(OH)2 – əhəng südü adlanan sulu suspenziya şəklində işlədilir. Qazma məhlulunun özlülüyünü azaltmaq lazım gəldikdə, əhənglə işlənmiş qazıma məhluluna SSC, nitroliqnin və s., suverməni azaltmaq lazım olduqda isə KQR, KSSB, KMS və s. əlavə edilir.
Gips (CaCO4) – 1300C temperaturdan yuxarı əhənglə işlənmiş qazma məhlulunun keyfiyyəti pisləşir, belə ki, bu zaman həll olunmayan kalsiumun alümosilikatları əmələ gəlir və məhlul qatılaşmağa başlayır. Bu hadisənin qarşısını almaq üçün əhəng əvəzinə gipsdən istifadə edirlər. Özlülüyü azaltmaq üçün məhlula SSC-nin törəmələrindən olan xromliqnosulfanatlardan birisi əlavə edilir.
Kalsium xlorid (CaCl2) – bu reagent çoxlu sayda kalsium ionları əmələ gətirə bilir. Qazıma məhlulunun filtratında daha çox kalsium ionları əldə etmək üçün xlorlu kalsiumdan istifadə edirlər. Bu reagent stabilləşdiricilər olan KSSB yaxud KMS ilə birlikdə işlənir.


Struktur əmələ gətirənreagentlər
Xörək duzu (NaCl) – qazma məhlulunun struktur-mexaniki xasslərini gücləndirmək üçün istifadə edilir.Bu reagent məhlulun suverməsini bir qədər artırır.
Maye şüşə (Na2SiO3) – struktur əmələ gətirir.Bu reagent əsasən qazıma məhlulunun udulması ilə mübarizə aparmaq məqsədilə istifadə olunur.



Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə