Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə44/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   40   41   42   43   44   45   46   47   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Səthi aktiv maddələr
Bu maddələrdən istifadə olunmasında məqsəd məhsuldar qatın keçiriciliyinə qazma məhlulunun filtratının zərərli təsirini və qazma zamanı süxurların dağılmağa göstərdiyi müqaviməti azaltmaq, qazma məhlulunun yağlama qabiliyyətini artırmaq, qazıma məhlulu tərkibində olan nefti emulsiyalaşdırmaq, qazıma məhlulunu aerizələşdirmək və qazsızlaşdırmaqdır.
Səthi aktiv maddələr – qazma məhlulunun filtratı ilə neft sərhəddində səthi gərilməni azaltmaq və bununla da məhsuldar qatların açılması və onlardan istifadəni yaxşılaş­dır­mağa xidmət edir.Bunlardan OP-7, OP-10, NÇK, UFE-8, DS-RAS, Sulfanol, M-20 katapi, karbozalin və başqalarını göstər­mək olar.
Biz Azərbaycan və MDB ölkələrində geniş istifadə edilən reagentlər haqqında qısa məlumat verdik.Kimyəvi reagentlərin ümumi sayı 200-dən çoxdur.Onların hamısı barədə ətraflı məlumat əldə etmək üçün «Qazma məhlulları» kitabına müraciət etmək olar.
Yağlayıcı əlavələr
Quyu dibində işləyən baltanın ən zəif hissəsi olan dayaq­larının tez sıradan çıxmaması, qazma məhlulu tərkibində abraziv hissəciklərin zərərli təsirinin azaldılması və kəmərlərin quyu divarına sürtünərək hərəkəti nəticəsində metalın yeyilməsinin qismən də olsa qarşısının alınması məqsədilə qazıma məhluluna ilk növbədə yağlayıcı əlavələr daxil edirlər. Bu əlavələri nəzərdən keçirək:
SMAD-1 – bütün növ qazma məhlullarına əlavə edilə bilər.Bundan korroziyaya qarşı, bəzi hallarda köpüksöndürücü kimi də istifadə edilir.
Petroyıl ER – yüksək təzyiq şəraitinə davamlıdır. Onun maye halında olması qazıma məhluluna əlavə edilməsini tezləşdirir və asanlaşdırır.
Petroyil X – tutulmuş kəmərləri azad etmək üçün istifadə edilir, qısa müddətdə su-neft emulsiyası yarada bilir.
OPXB – kimyəvi aşqarların tullantısıdır, SMAD-1-ə nisbətən daha effektlidir. Qazma məhluluna əlavə etdikdə onun xüsusi çəkisi və PH-ı artır, suverməsi, gil qabığının qalınlığı və SNS-i isə azalır.
Karpatol – qazma məhlulunun yağlama qabiliyyətini artırır, qazıma alətinin qaldırıb endirilməsi zamanı kəmərin dartılmalarla gəlməsini və endirmə zamanı oturma hallarını aradan qadırır.Turbin qazıyıcısının və qazıma nasoslarının təmirarası müddətini də artırır.
Dodilube – qazma alətinin tutulma ehtimalını azaldır, ətraf mühiti çirkləndirmir və qazıma məhlulunun filtrasiyasını azaldır.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə