Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


NEFT VƏ QAZ QUYULARININ MÖHKƏMLƏNDIRILMƏSI



Yüklə 6,76 Mb.
səhifə48/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   44   45   46   47   48   49   50   51   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

NEFT VƏ QAZ QUYULARININ MÖHKƏMLƏNDIRILMƏSI
QUYULARIN MÖHKƏMLƏNDİRİLMƏSİ
Quyuların möhkəmləndirilməsi bir-birini tamamlayan iki əməliyyatdan - qoruyucu kəmərlərin endirilməsi və sementlənməsindən ibarətdir. Quyunun ümumi müqəddəratı işin düzgün təşkilindən, quyu lüləsinin vəziyyətindən, eləcə də tətbiq olunacaq material, alət və avadanlıqların texniki vəziyyətindən asılıdır.
Dərin neft və qaz quyularının inşasında quyuların möhkəmləndirilməsi mühüm yer tutur. Quyuların layihə dərinliyinə qədər çatdırılması və uzun müddət istismar edilməsi, quyu divarının əsasən düzgün seçilmiş qoruyucu kəmərlərlə möhkəmləndirilməsindən və sementlənməsindən asılıdır.
Qazma zamanı litoloji tərkibi, fıziki-mexaniki xassələri, doyma dərəcəsi, doyduran mayenin növü və lay təzyiqi müxtəlif olan lay süxurlarına rast gəlinir. Quyu divarı dəyanətli süxurlarla yanaşı dəyanətsiz süxurlardan da təşkil olunur. Belə süxurlar çox hallarda tektonik pozuntular baş vermiş zonalarda yerləşirlər. Bu cür süxurlar asanlıqla uçulmaya meylli olurlar. Lay suları bir horizontdan digərinə axa bilir ki, bu da yolverilməzdir. Çünki layların təbii enerjisi azalır, onların kollektorluq xassələri dəyişir, açıq tullanışlar və qrifonların əmələ gəlməsi üçün əlverişli şərait yaranır, lay suları çirklənir, avadanlığın korroziyaya uğraması yüksəlir. Bu baxımdan, məhsuldar laydan neft və qazın yer üzərinə çıxarılması üçün möhkəm hermetik və etibarlı bir kanalın yaradılması tələb olunur. Quyu divarının dəyanətli olmasını təmin etmək məqsədilə quyuya qoruyucu kəmər buraxılmalı və onun arxası sementlə bərkidilməlidir.
Beləliklə, quyunun möhkəmləndirilməsində əsas məqsəd, quyunun istismarı dövründə maye və qazın yer üzərinə maneəsiz hərəkəti üçün uzun müddətli, etibarlı və hermetikkanalın yaradılması; quyunun bütün işləmə dövrü üçün divarının dəyanətli olmasını təmin etmək; lay sularının bir horizontdan digərinə axmasının qarşısını almaq; atqı əleyhinə və istismar avadanlıqlarının quyu ağzında yerləşdirilməsini təmin etməkdən ibarətdir.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə