Fənn:İqtisadiyyat Müəllim: Talıbov Axilles


Karl Marks 05-05-1818—14-03-1883



Yüklə 30,4 Kb.
səhifə3/6
tarix23.12.2023
ölçüsü30,4 Kb.
#155218
1   2   3   4   5   6
Serbest iş İqtisadi Nəzəriyyənin predmenti və metodu

Karl Marks
05-05-1818—14-03-1883
Fridrix Engels
28-11-1820--05-08-1895
İqisadi həyat kimi iqtisadi nəzəriyyə də bir yerdə donub qala bilməz, o dəyişən şəraitdə uyğun olaraq inkişaf edir və yeni nəzəri fikirlərlə zənginləşir. Buna görə də iqtisadi nəzəriyyənin predmetinə və öyrəndiyi obyektə verilən nəzəri tariflərdə də dəyişikliklər baş verir.
Sovet, kommunist ideologiyasının süqutundan sonra iqtisad elminin qarşısında duran başlıca vəzifə, onu keçmişdən qalan siyasi, ideoloji yükdən azad etmək, ehkamçılığdan və şüarçılıqdan qurtarmaq, daha obyektiv elm sahəsinə çevirməkdən ibarətdir. Bunun üçün dünya iqtisad elminin ən yaxşı münasibətlərindən istifadə etmək də lazım gəlir. Müasir dünya iqtisad elmində iqtisadi nəzəriyyənin predmeti və funksiyaları daha çox bazar iqtisadiyyatının real vəziyyətlərinə uyğun şəkildə şərh edilir. Bu baxımdan ABŞ-da və bir çox başqa ölkələrdə dəfələrlə nəşr olunan və yayılan, Nobel mükafatına layiq görülmüş prof. P.Samuelsonun “Ekonomiks” dərsliyi maraqlıdır. Onun bu dərslkdə iqtisadi nəzəriyyənin predmetinə verdiyi təriflər daha çox proqmatik, praktiki xarakter daşıyır. O, iqtisadi nəzəriyyənin vəzifəsini istehsalın və xidmətin səmərəli fəaliyyətinin öyrənilməsində görür. O göstərir ki, iqtisadi həyatda başlıca məsələ nə istehsal etmək, nə qədər istehsal etmək, kimin üçün və hansı vasitələrlə istehsal etməkdən ibarətdir
yazır ki, iqtisadi nəzəriyyə insanların və cəmiyyətin müəyyən vaxt ərzində... məhdud resurslardan seçib istifadə edə bilməsini, istehsal olunan məhsulların cəmiyyət üzvləri arasında bölgüsü və istehlakını öyrənən elmdir. K.Makkonnell və S.Bruyunun dəfələrlə dərc edilən “Ekonomiks” dərsliyində də iqtisadi nəzəriyyənin predmetinə təxminən buna uyğun gələn tərif verilmişdir. Orada deyilir ki, iqtisad elmi “məhdud ehtiyatlar şəraitində maddi nemətlərin və xidmətlərin istehsalı, bölgüsü və istehlakı prosesində insanların davranışının təhlilidir”. Bu elm “...insanın maddi tələbatlarının ən yüksək səviyyədə ödənilməsi məqsədi ilə məhdud istehsal ehtiyatlarından səmərəli istifadə olunması yaxud onların idarə edilməsi problemlərini tədqiq edir”.
Müasir iqtisadi ədəbiyyatda, dərsliklərdə klassiklərin iqtisad elminə verdiyi təriflər inkar edilmir. Maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı yeni iqtisadi şərait baxımından araşdırılır, insan və onun tələbatının ödənilməsi ön plana çəkilir. Bir sözlə, müasir iqtisadi elmi ən çox sərbəst bazar iqtisadiyyatını, onun fəaliyyət müxanizmini, modellərini, qanunlarını və prinsiplərini tədqiqat obyektinə çevrilmişdir. Lakin, unudulmamalıdır ki, iqtisadi nəzəriyyə həyatın cari məsələlərini, keçici, təsadüfi hadisələri, ayrı-ayrı fərslərin davranışını, tək-tək müəssisələr və firmaların iqtisadi fəaliyyətini öyrənmir. Bu elm necə deyərlər, tək-tək ağacları deyil, bütün meşəni öyrənir. Başqa sözlə o, bütövlükdə iqtisadiyyatın inkiafının başlıca qanunauyğunluqlarını və prinsiplərini müəyyənləşdirir. Müəssisə, firma, şirkət, ayrı-ayrı fərdlər və idarəetmə orqanları bu nəzəriyyənin verdiyi nəticələrdən faydalana bilərlər.
Hər bir elm öz predmetini müəyyən metodların vasitəsilə öyrənir. Metod yunanca “methodos” sözündən olub tədqiqat yolu deməkdir. Məşhur ingilis filosofu F.Bekon (XVII əsr) demişdir ki, metod yolçunun yolunu işıqlandıran bir fanardır. Elmin və alimin yolunu işıqlandıran bu “fanar” çox mürəkkəb metod və üsulların vasitəsilə yandırıla bilər. Elmdə hamar və açıq bir yol yoxdur. O, real gerçəkliyi araşdırmalı, onun mahiyyət və qanunlarını aşkara çıxarmalıdır. İqtisadi nəzəriyyə bir elm kimi iqtisadi hadisələrin və proseslərin araşdırılmasında özünəməxsus metodlardan istifadə edir. Bu elmin predmetinin xarakteri (iqtisadi münasibətlər) elədir ki, bunun dərk edilməsində müasir laboratoriyalardan, mürəkkəb texniki vasitələrdən istifadə etmək çətindir. Fizika, kimya, biologiya kimi elmlər bu metodlardan geniş istifadə etmək imkanına malikdir. İqtisadi münasibətlər sistemini öyrənən iqtisadi nəzəriyyə isə öz predmetini müəyyən laboratoriya çərçivəsində parçalayıb hissələrə bölə bilməz.
İqtisadi nəzəriyyədə bütün bu funksiyaları nəzəri təfəkkür və onun əsaslandığı metodlar yerinə yetirməlidir.

Yüklə 30,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə