Fənn:İqtisadiyyat Müəllim: Talıbov Axilles



Yüklə 30,4 Kb.
səhifə5/6
tarix23.12.2023
ölçüsü30,4 Kb.
#155218
1   2   3   4   5   6
Serbest iş İqtisadi Nəzəriyyənin predmenti və metodu

Analiz və sintez metodu
İqtisadi nəzəriyyənin istifadə etdiyi üsullardan biri də tarixi və məntiqi metoddur. Bu metod vasitəsilə iqtisadi nəzəriyyə müəyyən etdiyi anlayışları, kateqoriyaları, onların yarandığı tarixı ardıcıllıqla şərh edir. İqtisadi nəzəriyyə bu usulla iqtisadi hadisələrin törəməsi, inkişafı və dəyişməsi prosesinin tarixi şəraitini nəzərə almaqla onları məntiqi metodun vasitəsilə araşdırır. Bu­nunla bağlı F.Engels göstərir kı, “Tarix nədən başlayırsa, fikir cərəyanı da bundan başlamalıdır və onun sonrakı hərəkəti tarixi prosesin absrakt və nəzəri cəhətcə ardıcıl inikasından başqa bir şey deyildir».
İqtisadi həyat hadisələri müəyyən tarixi şərait, zəminində mey­dana gəlir, inkişaf edır və dəyişikliklərə uğrayırlar. Məsələn, əmək bölgüsü, mübadilə, bazar kimi iqtisadi formalar müəyyərı tarixi şəraitdə yaranan və fəaliyyət göstərən hadisələrdir. Bu hadisələr tarixi şərait baxımından nəzərdən keçirilir və məntiqi metodla təlılil edilir. Burada tarixi metodla məntiqi metod bir-bi­rini tamamlayır və vəhdət təşkil edir.
Tarixi və məntiqi metod,İqtisadi həyat
Müasir iqtisadi nəzəriyyədə araşdırma vasitələrindən biri də induksiya və deduksiyadır.
İnduksiya-latınca «yönəltmə» mənasını ifadə edən bir anlayış­dır. Bu metod vasitəsilə əvvəlcə iqtisadi problemlərə dair faktlar toplanır, seçilib sistemləşdirilir. Bu iş hələ «iqtisadi qanun», «prinsip* və «modellər” çıxarmaq üçün kifayət deyildir. Bundan sonra iqtisadi nəzəriyyənin vəzifəsi toplanmış faktları ümumiləşdirmək və izahını verməkdir.
Deduksiya - latın dilindən alman və «hasiletmə» mənasını da­şıyan bir sözdür. Bu metod vasitəsilə toplanan faktlar əsasında nə­zəri nəticələr, ümumiqtisadi prinsiplər və əməli fəaliyyət üçün töv­siyələr hazırlanır. Beləliklə, bu üsulla nəzəriyyədən həyatın faktlarına, bu faktlardan isə nəzəri ümumiləşdirmə və nəticələrə gəlmək mümkün olur. Bu həm deduksiya, həm də induksiya metodlarının tətbiq edilməsi deməkdir.
İnduksiya və deduksiya
İqtisadi hadisə və proseslərin keyfiyyət və kəmiyyət tərəfləri mövcuddur. Bu hadisələrin keyfiyyət tərəfləri, mahiyyətləri yuxarıda göstərilən üsullarla dərk olunursa, kəmiyyət tərəfləri statistikanın, riyazi üsulların, modelləşdirmə və s. üsulların vasitəsilə dərk olunub aşkar edilir. Bu üsullar müasir iqtisadi nəzəriy­yələrdə, makro və mikroiqtisadiyyat problemlərinin öyrənilməsin­də geniş istifadə olunur.
İqtisadi nəzəriyyə fundamental, metodoloji bir elm sahəsidir. Onun əsas funksiyası iqtisadiyyatı bütövlükdə tədqiq etmək və nə­zəri təhlilini verməkdir. Bu baxımdan o, insanların iqtisadi təfəkkürünün formalaşmasına, onların məqsədyönlü iqtisadi fəaliyyətinə və davranışlarına fəal tə’sir göstərir. İqtisadi nəzəriyyə istehsalın, xidmətin və tələbin cari məsələlərinin həlli uçün tövsiyyələr vermir. O, bu proseslərin inkişafının və səmərəliliyinin nəzəri əsaslarını işləyib hazırlayır. XX əsrin məşhur ingilis iqti­sadçısı C.Keyns göstərir ki, iqtisadi nəzəriyyə bilavasitə təsərrü­fat siyasətində tətbiq olunmaq üçün hazır tövsiyələr yığımı deyil, metodoloji elmdir. O, intellektual instrumentdir, təfəkkürün texnikasıdır. Bu elm ona yiyələnənlərə, düzgün nəticələrə gəl­məyə kömək edir.

Yüklə 30,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə