Fərdi kompyuterlərin diaqnostikası 3 Ümumi təyinatlı diaqnostik proqramlar 3


PCIe genişləmə yuvasına qoşulan və əlavə enerji ehtiyacı olan qrafik kartlar üçün 6



Yüklə 1,6 Mb.
səhifə30/48
tarix29.11.2023
ölçüsü1,6 Mb.
#139327
1   ...   26   27   28   29   30   31   32   33   ...   48
Diaqnostika

PCIe genişləmə yuvasına qoşulan və əlavə enerji ehtiyacı olan qrafik kartlar üçün 6 və ya 8 pinli konnektorlar nəzərdə tutulmuşdur.

6 pin 75 Watt8 pin 150 Watt güc vermə qabiliyyətinə malikdir.
Floppy disk sürücüləri 4 pin xüsusi qoşulma istifadə edir.

Bütün bu qoşulmalardan başqa konnektor ceviriciləri də vardır.
Çeviricilər ən çox Molex qoşulmanı SATA qoşulmaya çevirmək üçün istifadə olur. Keys fanları (soyutma) üçün də Molexqoşulma 3 pinli fan qoşulmaya çevrilə bilir.


Kompüterin donmasının qarşısının alınması və sürətinin artırılması üsulları


İlk olaraq kompüterin tozunu sıxılmış hava vasitəsi ilə təmizləmək lazımdır. Əgər kompüter PC’dirsə, soyuducuları (cooler), korpusda elə yerləşdirmək lazımdır ki, hava dövr edə bilsin, korpusda qalmasın. Daima dəyişsin. Hava axını tam olaraq kompüter hissələrinə təsir göstərməlidir. Sistem blokun temperaturunu stabil saxlamaq üçün maye soyuduculardan da istifadə olunur. Amma bu baha başa gəldiyindən, daha çox cooler vasitəsi ilə soyutma üsulundan istifadə olunur. Əgər kompüter notebook’dursa, açılıb təmizlənməlidir və altlıq istifadə olunmalıdır (notebooku sökə bilməyənlər bunu yaxşısı usta yanına aparmaqla edə bilər, əks halda, söküb yığanda bir topa əlavə şurup qalacaq). Notebook’u (netbook və digər bu tipli cihazları) işlədərkən alt hissəsində soyuducu olan yeri açıq saxlamaq lazımdır ki, hava içəri keçə bilsin. Kompüterin təmizlənmə müddəti işləndiyi şəraitdən asılıdır. Çarpayının üstünə qoymaq və ya yataqda işlətmək olmaz. Notebook qızır, donmağa başlayır.
PC’nin donma səbəblərindən biri də , termal pastanın qurumasıdır. Termal pasta processor ve heatsink arasına vurulur.Heatsink – processor ve cooler arasındakı dəmirdir. Heatsink’in üstündə soyuducu (cooler) dayanır. Cooler heatsink’i soyudur , o da öz növbəsində termal pasta vasitəsi ilə soyuq kütləni prosessora ötürür. Heatsink və prosessoru, təmizləyib üzərinə termal pasta vurub bağlamaq lazımdır.
Sərt disklər də kompüterin sürətini azalda və onu dondura bilər. İlk olaraq onu deyim ki, kompüterin sürətinə sərt disklərin fırlanma tezliyi də təsir edir. HDD fırlanma tezliyi RPM ilə ölçülür.
RPM – Revolutions Per Minute – 1 dəqiqədəki dövrlərin sayı deməkdir. 5400/7200/10500 rpm. 
RPM nə qədər yüksək olsa, sərt diskə informasiyanın yazılması və oxunması bir o qədər sürətli olar.
Əgər kompüter gec açılırsa və ya gec sönürsə, sərt diskləri diaqnostika etmək lazımdır. Bunun üçün sərt diskin üzərinə mouse’un sağ tərəfini tıklayıb properties (свойства) hissəsində tools (cервис) bölməsinə daxil oluruq.
Tools (cервис) bölməsində, sərt diski defragmentasiya etmək və səhvlərə (bad sector) görə yoxlamaq olur (check disk). Bad Sector – zədələnmiş sahə, istifadəyə yararsız sektor deməkdir.
Defragmentasiya – sərt diskdə olan faylları ardıcıllıqla yığır. Kompüterdə olan hər hansı bir fayla müraciət edərkən, faylın hissələri bir yerdədirsə, həmin fayl tez açılır. Bunun üçün mütəmadi olaraq sərt diskləri defragmentasiya etmək lazimdir. SSD – solid state drive – tipli sərt disklərə defragmentasiya lazım deyil. Çünki bu disklər çip şəklindədir. HDD – hard disk drive – isə disk şəkilli olduğundan, cluster və sector’lardan ibarət olduğu üçün defragmentasiya tələb edir.
Əgər mouse tərpədəndə, kursor ilişirsə , deməli sərt diskdə problem var, hər an xarab ola bilər. Məsləhətdir ki məlumatlarınızı götürəsiniz. Bu sərt diskdə bad sector’un olduğuna işarədir. SSD disklərdə əlavə 1-2 mb rezerv yer olur, hansı ki, bad sector yaransa həmin sektorları əvəz edir. Defragmentasiya və check disk əməliyyatlarını cmd vasitəsi ilə etmək olar. Bunun üçün start (Пуск) cmd yazıb administratorun adıyla açırıq.
Defragmentasiya və check disk barəsində ətraflı məlumati almaq istəyiriksə , cmd’də defrag /? , chkdsk /? yazıb enteri sıxırıq. Cmd bizə defragmentasiya və check disk etmək üçün seçimlər verəcək. Defragmentasiya etmək üçün standart olaraq defrag C: /H /X əmrini vermək olarCheck disk etmək üçün isə chkdsk C: /f /r əmrini veririk. Defrag və chkdsk yazısından sonra hansı sərt diski yoxlamaq istəyiriksə onun hərfini yazırıq. Əməliyyat sistemi olan diski bad sector’a görə yoxlamaq üçün, chkdsk C: /f /r cmd əmrini verib sistemi yenidən başlatmaq və ya shutdown –r əmrini verib gözləmək lazımdır. Bu yalnız ƏS olan sərt diskə aiddir. Digər diskləri yoxlayarkən sistemi yenidən başlatmaq lazım deyil.
Əgər bad sector tapılsa , chkdsk C: /f /r /b əmri ilə həmin sahəni bağlaya (block) bilərik. Onu da deyim ki, check disk əməliyyatının müddəti, sərt diskin vəziyyətindən və həcmindən asılıdır və bu əməliyyatı yarıda saxlamaq olmaz.

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə