Fərdi kompyuterlərin diaqnostikası 3 Ümumi təyinatlı diaqnostik proqramlar 3



Yüklə 1,6 Mb.
səhifə31/48
tarix29.11.2023
ölçüsü1,6 Mb.
#139327
1   ...   27   28   29   30   31   32   33   34   ...   48
Diaqnostika

Bad Sector’u yalnız bağlamaq olur (block). Yəni həmin sektora informasiyanın yazılmasını qadağan etmək olar. Onu düzəltmək və ya sectorların yerini dəyişmək mümkün deyil.
Sərt diski defektlərə və bad sector’a görə yoxlamaq üçün ən yaxşı üsul, Hiren Boot istifadə etməklədir. HDD regenerator, Acronis, Victoria kimi proqramlarla sərt diski tam yoxlamaq olar.
QEYD : Kompüterin gec açılması , yəni işçi stolun (desktop) gec gəlməsi video kartin sürücüsündən (VGA driver) asılı ola bilər. Məsələn: kompüter yandı, qara ekran gəldi sonra desktop açıldı. Bu zaman video kartin sürücüsünü yoxlamaq lazımdır (win+R >>devmgmt.msc yazıb enter sıxaraq yoxlaya bilərik). Ekran kartının (VGA) sürücüsü rəsmi saytından yüklənməlidir. Əgər desktop’da fayl çoxdursa, bu da ekranın açılmasını gecikdirir. Desktop’un gec açılmasına təsir edən amillərdən biri, kompüter işə düşərkən arxa fonda istifadəçi profili ilə birlikdə yüklənən artıq proqramlardır. Bu tip lazımsız proqramları deaktiv etmək üçün Win+R >> msconfig əmrini yazıb enter sıxırıq. Açılan pəncərədə Startup (Автозагрузка) bölməsində əlavə proqramları ləğv etmək olar. Bundan əlavə əməliyyat sistemini CCleaner , WinOptimizer kimi proqramlar vasitəsi ilə təmizləmək lazımdır. Start bölməsində (yada win+R) %Temp% yazıb enter sıxaraq həmin qovluqdakı faylları silə bilərsiz. Silinməyən faylları skip (пропустить) etmek lazımdır. Çünki həmin fayllar hal-hazırda işlənir. Temp (temporary) qovluğunda müvəqqəti istifadə olunan fayllar yığılır. Hər download gördüyünüz yerdən proqram yükləmək məsləhət deyil. Proqramları install edərkən advanced rejimdə install edin. Çünki automatic rejimdə onlar əlavə lazımsız utilitlər və ya səhifə yönəldiciləri yükləyir. Ask bar , yandex bar , mail.ru kimi axtarış sistemləri browserlərin açılmasını ləngidir. VK, internet, OK , kimi əlavə keçidlər də işçi stoluna yüklənir. Viruslar da kompüterin sürətini zəiflədə bilər. Prosessoru və RAM’ı yükləyir, nəticədə kompüter tutulmağa başlayır. Bunu yoxlamaq üçün ctrl+shift+esc tıklayaraq açılan pəncərədə Processes (процессы) bölməsinə nəzər salmaq lazımdır. Ola bilər ki virus işləyir və sistemi yükləyir. Daha dəqiq baxmaq üçün Performance (быстродействие) bölməsində Resource Monitor (монитор ресурсов)yazılan yerə daxil olaraq prosessoru və RAM’i hansı proqramların və proseslərin yüklədiyinə ətraflı baxa bilərik. Şəkildən göründüyü kimi mənim kompüterimi chkdsk əməliyyatı yükləyib.
Kompüterin gec işləməsinin səbəblərindən biri kimi , RAM’ın tozlanmasını göstərmək olar. Kompüteri təmizləyərkən , RAM’ı çıxarıb, slotlarını sıxılmış hava ilə, RAM’ın özünü isə, yəni pin’lərini pozan vasitəsi ilə təmizləyib yerinə taxmaq lazımdır.
Son olaraq, əgər prosessor Hyper-threading texnologiyasını dəstəkləyirsə, BİOS tənzimləmələrindən onu aktiv edə bilərsiz. Bu texnalogiya məntiqi prosessorun sayını 2 dəfə artırır və informasiyanı daha tez emal etməsinə imkan yaradır.



Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə