AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
118
burada orta sinfin, sahibkarların təsis etdiyi və ya xeyriyyə vəsaiti əsasında yara-
dılan təsisatlar yoxdur. Adətən, xarici təcrübədə bu mərkəzlər sahibkarlar, ictimai
xadimlər və alimlərin təşəbbüsü ilə yaradılır və bir qayda olaraq qeyri-hökumət
mənbələrindən maliyyələşirlər. Digər tərəfdən, milli xeyriyyəçilik ənənələrinin bu
sahəyə yönəldilməsi üçün qanunvericiliklə möhkəmləndirilmiş stimullar, səmərəli
iqtisadi təşəbbüs və təşviqlər də yoxdur. Milli biznes üçüncü sektora xeyriyyəçi
yardımlar edilməsində maraqlı deyil. Bu, Azərbaycan reallığının ən qabarıq
göstəricisidir. Belə ki, kitabın əvvəlində qeyd edildiyi kimi, dünyada BM-lərin
yaranması və inkişafı tarixi sübut edir ki, bu institutun fəaliyyəti sahibkarlar və iş
adamlarının dəstəyi olmadan mümkün ola bilməzdi.
Orta sinfin bu istiqamətdə işlərə həssaslığına təkan vermək üçün ilk
növbədə müəyyən qanunverici-hüquqi baza təmin olunmalıdır. Bununla bağlı
qanunvericiliyə dəyişikliklər edilməli, ABM-lərə, özəl sektorun QHT-lərə dəstək
verməsinə mane olan obyektiv və subyektiv müddəalar təhlil edilməlidir.
Ölkədə vətəndaş cəmiyyəti və sahibkarlar arasında hər hansı münasibətlərin
inkişafı və mövcudluğu haqqında danışmaq çətindir. Lakin bir sənəd ilk nümunə
kimi qeyd edilə bilər.
“2011-ci ildə Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafına Yardım Fon-
du” QHT-lərin məsuliyyət Xartiyasını hazırlamışdır. Xartiyanın imzalanmasın-
da məqsəd ümumi iş prinsiplərini müəyyən etmək, daxili və xarici hesabatlılığı,
maraqlı tərəflərlə qarşılıqlı münasibətləri möhkəmləndirmək, dünya təcrübəsini
nəzərə almaq və s. olmuşdur. Lakin Xartiyanın imzalanmasından keçən dövrdə
hər hansı nəzərəçarpacaq müsbət dəyişikliklər olmamışdır”.
5
Analitik mərkəzlərin müasir şəraitdə xarici donorlar və ya dövlət tərəfindən
maliyyələşməsi yeganə maliyyə mənbəyi və çıxış yolu ola bilməz.
Qanunvericilikdə bu məsələləri tənzimləyən məqamların əksini tapmama-
sı analitik mərkəzlərin fəaliyyətini məhdudlaşdıraraq problem yaradır. Beləliklə,
məlum olur ki, bu sektorda “
xarici amilin güclü olması” hər şeydən əvvəl daxili
mühit və amillərin nəticəsidir. Ölkənin hazırkı inkişaf meyillərini nəzərə alaraq
demək olar ki, belə bir vəziyyətin aradan qaldırılması olduqca vacib, eyni zaman-
da həlli mümkün məsələdir.
3.5. Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin ideoloji statusu
Analitik mərkəzlər aşkar şəkildə olmasa da müxtəlif siyasi, ideoloji, yaxud
metodoloji yönlü ola bilər. Bu onların vətəndaş cəmiyyəti qurumlarından mü-
hüm fərqlərindən biridir.Ümumiyyətlə, dünyada ABM-lərin müxtəlif ideoloji
5 İSİM. QHT Davamlılıq İndeksi-Azərbaycan, s.7.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
119
oriyentasiyalara xidmət etməsi, daha doğrusu, onların növləri içərisində ideo-
loji istiqamətli qurumların olması təbiidir. Dünya təcrübəsində, məsələn, ABŞ-da
ideoloji status BM-lərin təsnifat meyarları sırasında ən mühümlərindən biri sayı-
lır. Hətta tamamilə yeni ideologiyanın yaranması və dünyada yayılmasına xidmət
etmək funksiyasını daşıyan BM-ri də var. (Məsələn, ABŞ-dakı “İrs” (Heritage)
fondu kimi)
Hər il aparılan reytinqlərdə davamlı olaraq birinci yerdə duran Brukinqs İnsti-
tutu BM-zi mərkəzçi (sentrist) ideoloji mövqeyə malikdir.
6
Amerikada BM-lərin ideoloji oriyentasiyasını digər bir meyil də izah edir:
“XX əsrin sonlarından BM-lərin sırasında mühafizəkar yönümlülər liberal
yönümlüləri 2 dəfə üstələyib. Yerli və regonal BM-lər sırasında isə bu rəqəm
3:1-ə nisbəti kimi olub. İdeoloji baxımdan neytral olan BM-lər resursların daha
çox hissəsini - ümumi maliyyə həcminin yarısı qədər - alırlar. Bu həm də onunla
əlaqədardır ki, nəhəng tədqiqat qurumları (məsələn, RAND və s.) bu qəbildən
olan BM-lərdir. Bununla belə, “müəyyən ideoloji oriyentasiyaya malik olmayan”
mərkəzlər çıxılarsa, qalan resursların ümumi həcmindən dörddən üçünü konser-
vativ yönümlü BM-lər alırlar. Narahatlıq doğuran isə belə bir məsələdir ki, BM-
lərin ideoloji qarşıdurmasının qütbləşmə formasını alması müasir dövrdə onların
inkişafına qlobal xas olan xüsusiyyətdir. Bu meylə Qərb ölkələrinin, daha çox isə
Almaniyanın BM-lərində rast gəlinir.
7
XX əsrin 90-cı illərindən etbarən dünyada ideoloji oriyentasiyalı BM-lərin in-
kişafında yüksəliş müşahidə edilmişdir.
Qərb ölkələrində analitik mərkəzlərin tədqiqatlarının siyasi istiqamətləri
haqqında danışarkən bir çox ekspertlər müxtəlif ideoloji yönlü mərkəzlər üçün
informasiya əldə edilməsində bəzi maneələrin olduğunu qeyd edirlər. “Sol”
yönlü analitik mərkəzlərdən fərqli olaraq mühafizəkar yönlü analitik mərkəzlər
(öz rəhbərlərinin əlaqələrindən istifadə edərək) əsasən korporasiya və iri
biznesmenlərdən həm maddi, həm də siyasi dəstək (“ianə”, şəxsi və korporativ
yardımlar, tədqiqat sifarişləri formasında) alırlar. “Sol” baxış isə əsasən bir qayda
olaraq universitetlər hesabına yaşayan akademik mərkəzlərdə üstünlük təşkil edir.
Şərqi Avropa ölkələrində liberal-demokratik istiqamətli analitik mərkəzlər sayca
nisbətən çoxdur. Bu analitik mərkəzlərin keçid ölkələrindəki mövcud rolu müvafiq
olaraq davamlı və birmənalı demokratiya subyektinə olan tələbatla bağlıdır.
BM-lər demokratik cəmiyyətin atributlarından biri kimi ictimai siyasət institut-
ları sırasında aparıcı mövqeyə malikdirlər. Lakin nədənsə xarici donor təşkilatları
bu qəbildən olan qurumların yaradılmasında fəallıq göstərmirlər. Maraqlıdır ki,
6 http://fair.org/extra-online-articles/think-tank-spectrum-revisited/Fairness & Accuracy in reporting (FAIR’s)
7 McGann, J.G. Global trends in think tanks and policy advice.
Philadelphia, PA: TTCSP, 2007. - 17 p.