AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
114
göstərən QHT və alyansların gücləndirilməsi məqsədi ilə layihələr həyata ke-
çirmişdir. Sitat: “ 2008-ci ildən başlayaraq, siyasət tədqiqatlarının keyfiyyətinin
artırılması və ölkədə müstəqil siyasət araşdırmaları mərkəzlərinin davamlı in-
kişafını təmin etmək üçün “Analitik Mərkəzlərə yardım proqramı” fəaliyyətə
başlamışdır. ACİ–Yardım Fondunun analitik qruplara (think tank) yardım proq-
ramının 2009–cu il müsabiqəsinin nəticəsində təqdim edilən 8 siyasi araşdırma
təklifi dəstəklənmişdir. Təklifləri : İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi, İc-
timai Vəsaitin Monitorinqi Mərkəzi, Siqma Mərkəzi, İntellekt İB, AKTAM İB,
Azərbaycan Hüquqşünaslar Assosiyasiyası, İqtisadi Tədqiqatlar Mərkəz və İqti-
sadi İnnovasiya Mərkəzi təqdim etmişdir”.
ABM-lərini ictimai siyasət və ümumiyyətlə, siyasi aktorlardan fərqləndirmək
üçün metodoloji yanaşma kimi təşkilatlanma və subyekt amillərindən çıxış etmək
lazım gəlir. Bu amillərin uğurlu təhlili isə (əvvəldə qeyd edilən) struktur və funk-
sional yanaşmada aşkara çıxa bilər.
Ölkə miqyasında məhz təşkilatlanması və fəaliyyətində analitik, tətbiqi
tədqiqatlara istiqamətlənən, daxili inkişafının daha səmərəli strategiyaları-
nı planlaşdıran, siyasi məkanda iştirakını və qərar qəbul edən şəxslərə təsirini
hiss ediləcək dərəcədə artıran, bu təsiri cəmiyyətdə etiraf edilən mərkəzlər artıq
fərqlənir.
Bu baxımdan, formalaşdıqları ilk dövrlərdə Azərbaycanda araşdırma
mərkəzləri öz üzərlərinə onlara xas olmayan missiyanı, yəni siyasi
dəyişikliklərin
həyata keçirilməsi kimi taktikanın daşıyıcıları olmaq, ictimai-siyasi maraqları
yönləndirmək (maraq qruplarının, siyasi partiyaların və s.) kimi siyasi funksiyanı
götürmüşlər.
Son dövrdə QHT-lərin fəaliyyətində sosial sifarişlərə çevik cavab verə bilən
kreativ layihələrin işlənməsinə, vətəndaş-dövlət dialoqunun əsas məkanına
çevrilməsinə cəhdlər göstərilməsi müşahidə edilir.
Bu prosesdə özlərini Qərb standartarına müvafiq “beyin mərkəzləri” ilə
identikləşdirən təşkilatlar da var və onlar seçdikləri istiqamətdə inkişaf etməkdə
iddialıdırlar. Real və obyektiv araşdırmalarla siyasi proseslərə praqmatik təsir
etmək məqsədi olduqda problemlər də həllini tapa bilir.
Qeyd edilən cəhət hələlik
bu gün ənənəyə çevrilməsə də, davamlı olduğu halda, dünya təcrübəsində rast
gəlinən BM-lərin keyfiyyət xüsusiyyətlərinə transformasiya prosesləri başlanğı-
cını götürə bilər.
ABM-lər, qeyd edildiyi kimi, bilavasitə cəmiyyətin elitaları, o cümlədən
başlıca olaraq siyasi elita ilə işləyir və öz analitik məhsullarını ona ünvanlayırlar.
Azərbaycanda bu xüsusiyyət, yəni elita ilə ABM-lər arasında münasibətlərin
infrastrukturu hələlik formalaşmamışdır.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
115
3.4. Azərbaycanda qeyri-dövlət analitik mərkəzlər:
fəaliyyətin xüsusiyyətləri
Azərbaycanda “beyin mərkəzləri”ni ictimai birliklər kimi hər hansı məlumat
kitabında izah edən oxşar söz birləşməsi yoxdur. Milli qanunvericilikdə də “qeyri-
dövlət analitik “beyin mərkəzləri”nin”izahı verilmir. Bu o deməkdir ki,
de-yure
olaraq BM-ləri hazırda cəmiyyətin intellektual qüvvəsi kimi dərk edilməmiş fe-
nomen şəklində qalır. Eyni zamanda BM-ri
de-fakto olaraq indiki dövrdə ölkənin
ictimai-siyasi proseslərinə mühüm təsir göstərən və xüsusilə gələcək üçün əvəzsiz
perspektivlərə malik olan qurum kimi mövcuddur.
Vətəndaş cəmiyyəti sistemində ABM-nin mövcudluğunun dünya təcrübəsinə
nəzər salsaq, məsələn, Qeyri-Hökumət Təşkilatlarının Qlobal İndeksinin statis-
tik məlumatlarına görə ABŞ-dan bu reytinqdə əks olunan 5329 QHT-nin 1815-i
analitik mərkəzlərdir. Dünya Bankının məlumatına görə, ABŞ-da
əhalinin ümumi
sayına düşən QHT-lərin sayı 240 nəfər əhaliyə 1 QHT, (1/240), müvafiq olaraq,
Polşada-1/900, Fransada—1/80,Ukraynada-1/1500, Estoniyada 1/150-dir, Be-
lorusda-1/4500 kimidir. Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və
təşkilatlanması kəmiyyət baxımından da bir çox MDB və başqa dövlətlərindən
öndə olması ümuməm qəbul edilmiş qənaətdir. Bununla belə, “Demokratiyanı
Öyrənmə İctimai Birliyinin hesablamalarına görə, Azərbaycanda hər 10 min
nəfərə 3 QHT düşür”. Fikrimizcə bu rəqəmin dədqiqləşdirilməsinə ehtiyac var.
Son illərdə qeyri-hökumət analitik strukturları şəbəkəsi genişlənib, “Qeydə
alınan 2725 QHT mövcuddur. Eyni zamanda, onların ancaq yarısı aktiv fəaliyyət
göstərir, 1350 QHT maliyyə hesabatı verir. Təqribən 1000 QHT qeydiyyatsız
fəaliyyət göstərir”.
4
Azərbaycanda orta qeyri-hökumət analitik mərkəzi dedikdə göz önünə nə
gəlir? “Beyin mərkəzi” anlayışına hansı qeyri-dövlət subyektləri aid ola bilər?
Ümumiyyətlə, hər hansı bir QHT “beyin mərkəzləri”nin funksiyalarının yalnız
bir
qismini yerinə yetirirsə, onu
BM kimi qiymətləndirmək olar, ya yox?
Vətəndaş cəmiyyəti əsasında yaranan analitik mərkəz dedikdə göz önünə yığ-
cam ştatlı (10-15 nəfərlik) müstəqil struktur gəlir. Onun əməkdaşlarının 60-70%-i
xarici dil bilir. Zəruri hallarda ekspert resursları kənardan cəlb edilməklə sayı iki
dəfə
çoxala bilər ki, bu da tədqiqatların keyfiyyətini və çevikliyini təmin edir.
Bir qayda olaraq, mərkəz iki-üç istiqamətli tədqiqatlara köklənir (əsasən
iqtisadi, daxili və xarici siyasət, sosial sahə). Analitik məhsul əsasən hazırlıqlı
auditoriyaya ünvanlanır, kütləvi fəaliyyət isə ictimai rəyə təsir etməyə yönəlir.
4 İSİM. 2011-ci il üçün QHT-lərin Davamlılıq İndeksi. iyun 2012