Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə52/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   48   49   50   51   52   53   54   55   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
138
həm də Mərkəzi və Şərqi Avropanın 60 ən yaxşı beyin mərkəzinin siyahısında 
Azərbaycandan yeganə təmsilçi olaraq 32-ci yeri tutur. Bu siyahıda da MDB-de 
Rusiya beyin mərkəzləri istisna olmaqla SAM-in rəqibi yoxdur.
SAM-ın  yer  aldıgı  daha  bir  reytinq  dünyanın  ən  yaxşı  dövlət  beyin 
mərkəzlərinin siyahısıdır. Bu siyahıda SAM dünyada 32-ci, Avropada isə 10-cu 
yeri tutur. Dünyanın ən yaxşı dövlət beyin mərkəzlərinin siyahısında postsovet 
məkanından yalnız Rusiya təşkilatları SAM-la rəqabət apara bilib. Pensilvaniya 
Universitetinin  hesabatında  SAM  həmçinin    dünyanın  51-ci  ən  yaxşı  vəkillik 
kampaniyası aparan təşkilatı seçilib.
Müqayisələr  əsasında  müəyyənləşdirmək  olar  ki,  yaranmasının  5-ci  ilində 
SAM Cənubi Qafqazın ən güclü beyin mərkəzinə çevrilə bilmişdir.
 
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu
   Azərbaycan SSR Nazirlər Sovetinin 2 oktyabr 1964-cü il tarixli 685 saylı qərarı 
ilə Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat 
İnstitutu  yaradılmışdır.  Azərbaycan  Respublikası  Prezidentinin  “Azərbaycan 
Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı 
tədbirlər haqqında” 28 dekabr 2006-cı il tarixili 504 saylı Fərmanı ilə Azərbaycan 
Respublikası  İqtisadi  İnkişaf  Nazirliyinin  İqtisadi  İslahatlar  Mərkəzinin  və 
Azərbaycan  Elmi-Tədqiqat  Elmi-Texniki  İnformasiya  və  Texniki  Tədqiqatlar 
İnstitutunun  bazasında  Azərbaycan  Respublikası  İqtisadi  İnkişaf  Nazirliyinin 
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu (İİETİ) yaradılmışdır.
İİETİ-nin qeydiyyatı Azərbaycan Respublikası İqtisadi İnkişaf  Nazirliyinin  
04  may  2007-ci  il  tarixli  216  saylı  əmri  ilə  təsdiq  edilmişdir.  İnstitutun  indiki 
rəhbəri  i.e.d. Vilayət Vəliyevdir.
İİETİ-nin əsas fəaliyyət istiqaməti sosial-iqtisadi profillidir.
İnstitutun əsas məqsədi və vəzifələri Azərbaycan Respublikasında sosial-iqtisadi 
inkişaf siyasətinin strategiyasının elmi əsaslarının işlənilib hazırlanması, ölkədə davamlı 
və  dinamik  iqtisadi  inkişafın  təmin  olunmasının,  o  cümlədən  iqtisadi  islahatların 
həyata keçirilməsinin strategiya və taktikasının elmi əsaslarının   işlənilməsidir.


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
139
İİETİ-nin illik büdcəsi 700.000 manatdan artıqdır. Qərargahı AZ 1011, Bakı 
şəhəri, H.Zərdabi prospekti, 88a ünvanında yerləşir. Qərargahda otaqların sayı 42-
dir, müasir tələblərə cavab verən 75 dəst kompüter və 6144 / 1024 kbps sürətli 
internetlə təchiz olunmuşdur. Rəsmi internet səhifəsi www.ier.az-dır. Daimi işləyən 
əməkdaşlarının sayı 77 (o cümlədən 40-dan çox tədqiqatçı), müqavilə əsasında 
işləyən əməkdaşlarının sayı  7-dir.
İnstitutda 10 şöbə fəaliyyət göstərir. Elmi-tədqiqat şöbələri: 1) Makroiqtisadi 
tədqiqatlar; 2) Sahibkarlıq və regional inkişaf problemləri; 3) Qeyri-neft sahələrinin 
inkişaf problemləri; 4) Davamlı inkişaf problemləri; 5) Statistika və analitik təhlil; 
Digər  şöbələr:    6)  Tədris  və  koordinasiya;  7)  Kitabxana;  8)  Mühasibatlıq;  9) 
Ümumi şöbə; 10) Təsərrüfat-təminat.
İnstitut  xarici  ölkələrdə  fəaliyyət  göstərən  aşağıdakı  təhsil,  elmi-tədqiqat 
və  digər  qurumlarla  rəsmi  əməkdaşlıq  edir:  Türkiyə  Respublikasının 
Kalkınma  Bakanlığı  (keçmiş  Dövlət  Planlama  Təşkilatı),  Mərmərə,  Qazi, 
İstanbul  universitetləri,  Almaniyanın  İqtisadi  Tədqiqatlar  İnstitutu  (DIW 
ECON),  Çin  Sosial  Elmlər  Akademiyasının  İqtisadiyyat  İnstitutu,  Moldova 
Elmlər Akademiyasının  İqtisadiyyat,  Maliyyə  və  Statistika  İnstitutu,  Ukrayna 
İqtisadiyyat  Nazirliyinin  Elmi-Tədqiqat  İqtisadiyyat  İnstitutu,  Koreyanın 
Beynəlxalq İqtisadi Siyasət İnstitutu (KİEP), Qazaxıstanın “İqtisadi Tədqiqatlar 
İnstitutu”  Səhmdar  Cəmiyyəti  və  Brüssel  Universitetinin  təsisçisi  olduğu 
“EcoMod” mərkəzi və s. 
İnstitutun  əməkdaşları  xarici    ölkələrə  il  ərzində  20-dən  çox  rəsmi  səfər 
edirlər. Son 1 ildə 10-a yaxın tədqiqat layihəsi həyata keçirilmişdir. Bu tədqiqat 
layihələri əsasən aşağıdakı mövzuları əhatə etmişdir: ümumi tarazlıq modellərinin 
işlənilməsi,  iqtisadi  modelləşdirmə,  investisiyalar,  regionların  inkişafı,  kənd 
təsərrüfatı,  aqrar-sənaye,  qeyri-neft  sektorunun  rəqabətqabiliyyətliliyi,  davamlı 
inkişaf, insan inkişafı və s.
İİETİ-nin təşkil etdiyi elmi konfranslar:
1)  “Regionlarda  ixrac  yönümlü  məhsul  istehsalı:  mövcud  potensial  və 
perspektivlər”;
2)  “Azərbaycanda  milli  iqtisadiyyatın  modernləşmə  problemləri:  mövcud 
vəziyyət və gələcək prespektivlər”;
3)  “Qloballaşma şəraitində sosial-iqtisadi inkişaf”;
4) “Azərbaycan Respublikasının regionlarının investisiya potensialından səmərəli 
istifadənin artırılması imkanları” və “Azərbaycan Respublikası regionlarının 
2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı”  çərçivəsində 
görülən işlər, nailiyyətlər və perspektivlər”;


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
140
 5) “Regional sahibkarlığın inkişafında təbii fəlakətlərlə bağlı risklər, onların idarə 
edilməsi və dövlət dəstəyi”.
İİETİ  tərəfindən  çap  edilmiş  hesabatların,  məqalələrin,  kitabların  sayı  və 
onların mövzuları:
1 kitab: “Xətti cəbr və iqtisadi modellər”, 5 əsas nəticə: 1. Qeyri-neft sektorunun, o  
cümlədən kənd təsərrüfatının 55 məhsul  növü üzrə “Məhsul istehsalı və xidmətlərin 
göstərilməsinin məhsullararası  balans cədvəlləri”  tərtib edilmiş və onun əsasında 
müvafiq “Xərclər-buraxılış” modeli və onun qoşması, “Tarazlı qiymətlər” modeli 
realizasiya edilmişdir; 2. “Xərclər-buraxılış”, “Tarazlı qiymətlər” modeli 25 və 101 
iqtisadi fəaliyyət sahəsi üzrə, “Əmək balansı” modeli isə 15 sahə üzrə qurularaq 
realizasiya edilmişdir; 3. İqtisadiyyatın müxtəlif sahələrinin inkişafına investisiya 
qoyuluşunu stimullaşdıran birbaşa vergi dərəcəsinin optimal səviyyəsinin müəyyən 
edilməsinin iqtisadi-riyazi modeli təklif edilmişdir; 4. Resursla zəngin olan ölkələrdə 
resurs gəlirlərinin təsiri altında formalaşan  inflyasiya səviyyəsini müəyyən etmək 
üçün  ənənəvi  metodologiyalara  alternativ  olan  yeni  metodoloji  yanaşma  təklif 
edilmişdir;  5.  Qeyri-neft    sektorunun    fiskal  və  monetar  siyasət  elementlərindən 
asılılığının ekonometrik modelləri qurulmuşdur.
Qeyd edək ki, İİETİ-nin əldə etdiyi elmi nailiyyətlər hər il Azərbaycan Milli 
Elmlər Akademiyası tərəfindən tərtib edilən respublikada aparılan elmi-tədqiqat 
işlərinin  əsas  nəticələri  haqqında  illik  Hesabatda  əksini  tapmışdır.  Mərkəz 
əməkdaşlarının 10-a yaxın məqaləsi müxtəlif elmi jurnallarda dərc edilmişdir. 
İİETİ  tərəfindən  İqtisadi  İnkişaf  Nazirliyinə  mütəmadi  olaraq  makroiqtisadi 
siyasət,    investisiyalar,  sahibkarlıq,  regionların  inkişafı,  sosial  və  digər  sahələr 
üzrə təhlil və tövsiyələr təqdim olunur.
Həyata keçirilmiş layihələrin əsas maliyyə bazası dövlət büdcəsi və beynəlxalq 
təşkilatlardır.
İnstitut  BMT-nin  İnkişaf  Proqramının  (UNDP-in)  dəstəyi  ilə  “Qeyri-neft 
sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi” layihəsini həyata keçirmişdir. 
Hazırda dövlət büdcəsinin vəsaiti hesabına 4 layihə və iş planına uyğun olaraq 5 
istiqamətdə tədqiqat işi həyata keçirilir. 
İnstitut  5  il  ərzində  20-dən  çox  tədqiqat  layihəsi,  10-a  yaxın  elmi  konfrans 
həyata keçirmiş, 3 kitab, 30-dan çox elmi məqalə çap etdirmişdir. 
İİETİ Azərbaycanda fəaliyyət göstərən “beyin mərkəzləri” arasında daha sıx 
əməkdaşlığın  tərəfdarı  kimi  çıxış  edir  və  mütəmadi  olaraq  dəyirmi  masaların 
və konfransların keçilməsini dəstəkləyir. İnstitutda tərfdaşlarla birgə layihələrin 
həyata  keçirilməsi  təcrübəsi  mövcuddur  və  yerli  tədqiqat  mərkəzləri  ilə  də 
əməkdaşlıqda maraqlıdır.


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə