FəSİl I. BİZnes konsepsiyasi və onun hazirlanmasinin


STRATEJİ ÜSTÜNLÜKLƏR PROFİLİ



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#41657
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

 

47

STRATEJİ ÜSTÜNLÜKLƏR PROFİLİ 



Biznesin təhlili  

funksiyaları 

DAXİLİ 

Güclü tərəflər 

             Zəif tərəflər 

 

+ 1                                           - 1 



İstehsal 

• 

 



Menecment 

 

• 



Marketinq 

 • 


 

Maliyyə 


 

• 

Kadr potensialı 



• 

 

Sxem 4. Strateji üstünlüklər profili matrisası 

Strateji  üstünlüklər  profili  matrisası  mühüm  əlavə  faydalılığa  da  malikdir.  Bu 

faydalılıq  ondan  ibarətdir  ki,  matrisanın  quruluşunun  əsasını  təşkil  edən  ideya 

firmanın əldə etdiyi səviyyənin  müqayisə  bazasına  nisbətən kəmiyyətcə ölçülməsinə 

imkan verir. 

Xarici  mühit  amillərinin  təhlili  dünya  təcrübəsində  GETS  modeli  əsasında 

aparılır.  GETS  modelinin  adı  ingilis  sözlərindən  əmələ  gəlmişdir:  Goverment 

(Hökümət); Economy (İqtisadiyyat); Technology (Texnologiya); Society (Cəmiyyət). 

Hökümət  firmaların  fəaliyyətinə  vergilərin,  vergi  dərəcələrinin,  vergi 

güzəştlərinin  müəyyən  edilməsi,  inhisarçılıq  fəaliyyətinin  məhdudlaşdırılması,  ətraf 

mühitə  təsirin  məhdudlaşdırılması  və  tənzimlənməsi,  gömrük  rüsumlarının  tətbiq 

edilməsi və s. vasitələrlə təsir göstərir. 

Ölkədə  mövcud  olan  iqtisadi  vəziyyət  firmaların  fəaliyyətinə  böyük  təsir 

göstərir.  Sahədə  və  bütövlükdə  ölkədə  müşahidə  edilən  iqtisadi  artım  firmaların 

səmərəli  fəaliyyəti  və  imkanlarının  reallaşdırılması  üçün  münbit  şərait  yaradır. 

İqtisadi  tənəzzül  və  staqnasiya  isə,  öz  növbəsində,  əlavə  təhlükələrin  yaranması  ilə 

müşahidə  olunur.  Məsələn,  inflyasiyanın  yüksək  səviyyəsi  bəzi  sahələr  üçün  (bank 

biznesi)  əlavə  imkanlar  yaratsa  da,  digər  sahələr  üçün  (sənaye)  təhlükələr  yaradır. 

Biznes  sahəsində  mövcud  olan  vəziyyət  də  firmanın  fəaliyyətində  mühüm  rol 




 

48

oynayır. 



Bu 

vəziyyətin 

təhlil 

edilməsində 



rəqiblərin, 

istehlakçıların 

və 

malgöndərənlərin araşdırılmasına xüsusi diqqət yetirilməlidir. 



        

Biznesin  strateji  idarə  edilməsi  kəskin  bazar  münasibətləri  və  rəqabət 

şəraitində  uğurlu  fəaliyyət  göstərmək  və  yaşamaq  üçün    ən  vacib  amillərdən 

biridir. Ətraf mühitin dəyişməsi təşkilatın yeni mühitə adaptasiyasını zəruri edir və 

mühit  tələbləri  dəyişilir.  Yeni  tələblərə  uyğun  optimal  kompaniya  fəaliyyət 

sisteminin  qurulması  biznesin  strateji  idarə  edilməsinin  başlıca  vəzifəsidir. 

Biznesin strateji  idarəedilməsinin əsas  məqsədi  uzunmüddətli  perspektivdə  uğurlu 

firma  fəaliyyətini  təmin  edərək  ali  təşkilati  məqsədlərə  nail  olaraq  arzu  edilən 

mövqelərə  yiyələnmə,  onun  qorunub  saxlanılması  və  təşkilatın  strateji  inkişafıdır. 

Və  bu  aydın  məqsədlərə  çatmaq  üçün  biznesin  strateji  idarəedilməsisnin  konkret 

vəzifələrinin icrası lazımdır. Müxtəlif ölklərin biznes subyektləri üçün strateji idarə 

edilmə konsepsiyasının  məqsədi  və  vəzifələri  umumilik  təçkil etsə  də, bu  məqsəd 

və vəzifələrə nail olma çox spesifik səciyyə daşıyır.

 

   



Biznes taktikası, strategiyanın tərkib elementi kimi dedikdə, əvvəl biznes 

strategiyaları və onun tərkibində iştirak edən taktikalar başa düşülür. Burada bir 

sıra  ümumi  strategiyaların  rəqabət  strategiyası,  məhsulun  satış  strategiyası, 

bazarı  əhatə  etmə  strategiyası,  qiymət  əmələgəlmə  strategiyası  və  s.  kimi 

strategiyaların  adını  çəkmək  olar.  İdarəedicilərin  bu  strategiyaları  həyata 

keçirməsi  üçün  taktikaları  bilməsi  vacibdir  və  eyni  zamanda  taktikları  həyata 

keçirməsi üçün isə bir sıra ünsürəri bilməyi vacibdir 

      Fəaliyyətə  yeni  başlayan  və  səlahiyyətlərin  savadlı  qaydada  bölüşdürülməsini 

istəyən menecerlər aşağıdakı təkliflərə əməl etməlidirlər: 

1.  Səlahiyyətləri  bölüşdürən  zaman  gözlənilən  icra  səviyyəsini,  işçilərin 

məcburetmə  dərəcəsini,  təşəbbüskarlığın  gözlənilən  səviyyəsini  və  tələb 

olunan fəaliyyətin tipinin aydın və tam müəyyən edilməsi; 




 

49

2.  Verilmiş tapşırıqların həyata keçirilməsi üzrə fəaliyyətin nəticələri haqqında 



məlumat vermək üçün işçilərə vaxtın təyin edilməsi

3. 


Biznesin  strateji  idarə  edilməsi  mexanzminin  təkmilləşdirilməsi  müvafiq 

istiqamətlərdə göstərilən zəruri tədbirlərin həyata keçirilməsi ilə baş verir: 

a.  İnnovasiya tipli idarəetmə sistemi qurulmalıdır - innovasiyalarla iş  strukturları 

yaradılmalı,  yeni  məhsul  buraxılışı  həyata  keçirilməli,  strategiya  portfelində 

innovasiya  strategiyalarının  sayını  çoxaltmalı,  ETTKİ  xərcləri  artırılmalı,  yüksək 

yaradıcılıq  potensialı  olan  biznes  komanda  formalaşdırılmalı  və  onların  unikal 

motivasiyası sistemi düşünülməlidir.  

b.  Təşkilatı  idarəetmə  strukturunun  təkmilləşdirilməli  –  müasir    biznesdən 

kompaniya  strukturunun  nisbətən  sadə  olmasını,  səlahiyyətlərin  mərkəzləşməsindən 

qaçmağı,  nisbətən  funksional  müstəqilliklərin  verilməsini,  peşəkarlardan  ibarət 

bölmələrin  təşkilini,  məqsədli  layihə  qruplarının  yaradılmasını,  kompyuterləşmə  və 

avtomatizasiyaların, biznes reinjinirinq və restruktruzasiya aparılmasını istəyir. 

c.  Strateji  kontrollinqin  tətbiq  dairəsi  genişləndirilməlidir  -  idarəetmə  sisteminin 

effektiv fəaliyyəti və strategiyanı kənar mənfi təsirlərdən qoruyaraq uğurla realizasiya 

etmək  üçün  idarəetmə  uçotu  təkmilləşdirilməli,  idarəetmə  fəalyyətinin  zəruri  strateji 

informasiya  təminatı  üçün    daha  müasir  matris  analitik  modelləri  tətbiq  edilməli, 

xərclərin  strateji  idarə  edilməsi  mexanizmlərinin  təkmilləşdirilməli,  strateji 

kontrollinqdə  təkcə  cavabdeh  hər  hansı  bir  strukturun  deyil  bütün  idarəetmə 

bölmələrinin  optimal  və  səmərəli  surətdə  iştirakı  təmin  edilməli,  idarəetmənin 

funksiyaları  arasında  koordinasiyaya  nail  olunmalı  və  əks  əlaqə  gücləndirilməli,  

strateji  keyfiyyət  göstəricilərinin  müntəzəm  analizi  aparılmalı  və  qiymətləndirilməli, 

strateji kontrollinqin tətbiq dairəsi daha geniş elementləri əhatə etməlidir.  

       Biznes takikaları və metodları birinci növbədə iqtisadi qanunların və tələblərin  

həyata  keçirilməsi  metodudur.  Biznes  takikaları  və  metodlarında    qanun  və 

prinsiplərdən    necə  istfadə  edilərsə,  yəni  burada  prisip  metoda    nisbətən    daha 

yumuşaq məna kəsb edir və o, daha istiqamətləndirici rola malikdir. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə