FəSİl I. BİZnes konsepsiyasi və onun hazirlanmasinin



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#41657
1   ...   18   19   20   21   22   23   24   25   26

 

74

Eyni  zamanda,  Bazar  imkanlarının  qiymətləndirilməsi  və  satış  bazarının 



araşdırılması  bolməsində,  qabaqcadan  Təşəbbuskar  və  ya  onun  cəlb  etdiyi 

ixtisaslaşdırılmış  muəssisənin,  bazarın  oyrənilməsi  məqsədilə  istehlakcı  rəylərinin 

oyrənilməsi istiqamətində həyata kecirdiyi sorğu, fokus qrup və digər araşdırmaların 

nəticələri də əks oluna bilər. Bu amil, satış bazarı haqqında məlumatların daha dəqiq 

və əsaslandırılmış olmasını təmin etmək iqtidarındadır. 

Sozsuz  ki,  Bazar  imkanlarının  qiymətləndirilməsi  və  satış  bazarının 

araşdırılması  həyata  kecirilərkən,  məhz  Təşəbbuskar  tərəfindən  bazarın  coğrafiyası 

muəyyənləşdirilir. Daha doğrusu, yeni ideyanın məhsulunun satılması nəzərdə tutulan 

ərazidə  (rayondaxili,  regiondaxili,  olkədaxili  və  s.)  movcud  bazar  imkanlarının 

qiymətləndirilməsi və satış bazarının araşdırılması həyata kecirilir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

75

Nəticə və təkliflər 



 

 

       Biznes  –  istehlakçıların  tələbatının  ödənilməsi  və  mənfəətin  (gəlirin)  əldə 

edilməsi 

məqsədilə  təşəbbüskar 

insanlar  arasında 

işgüzar 


münasibətlərin 

məcmusudur.  Biznes  və  onun  mühüm  istiqaməti  olan  sahibkarlıq  fəaliyyəti  bazar 

iqtisadiyyatının  ayrılmaz  tərkib  hissəsidir,  iqtisadi  artım  tempini,  ümumi  daxili 

məhsulun  strukturunu  və  keyfiyyətini  müəyyən  edir.  Biznesin  inkişafı  demokratik 

prinsiplərə və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşması 

və davamlı inkişafına kömək edir. 

Biznesin  məqsədinə  çatmaq  üçün  konkret  vəzifələrin  həlli  nəzərdə  tutulur. 

Biznes  məqsədlərinin  düzgün  seçilməsi  və  yerinə  yetiriləcək  konkret  vəzifələrin 

müəyyənləşdirilməsi müəssisənin potensial imkanlarının tam səfərbərliyə alınmasına, 

əmək,  material  və  maliyyə  resurslarından  daha  səmərəli  istifadə  edilməsinə  imkan 

verir. 

Konsepsiya  əvvəlki  illərdə  əldə  olunmuş  nailiyyətlər  hesabına  qlobal  inkişaf 



meyillərinə  qoşularaq  diversifikasiya  etmiş,  səmərəli  və  rəqabətqabiliyyətli 

iqtisadiyyatı  formalaşdırmağı  hədəfləyir  ki,  bu  da  özündə  makroiqtisadi  sabitliyin 

qorunması, biznes mühitinin yaxşılaşdırılması, özəl təşəbbüsün dəstəklənməsi, xarici 

iqtisadi  əlaqələrin  genişləndirilməsi,  ölkədə  investisiya  mühitinin  yaxşılaşdırılması, 

səmərəli dövlət tənzimlənməsinin qurulması, ixrac yönümlü iqtisadiyyatın qurulması 

kimi çoxsaylı məqsədləri əhatə edir 

Biznes  konsepsiyası    dedikdə    isə  müəssisənin  (firmanın  )  məqsəd  kimi  onun 

bütün fəaliyyətini birləşdirən davranış xəttidir. Bunsuz müəssisə və hər hansı təşkilat 

fəaliyyət  göstərə  bilməz.  Konsepsiya  müəssisə  üçün  daha  geniş  anlayışdır. 

Biznesmen  və  ya  sahibkar  öz  işini  təşkilini  planlaşdırarkən  bu  və  ya  digər  sahəyə 

daxil  olmaq  üçün  müəyyən  iqtisadi  məhdudiyyətləri  də  nəzərə  almaq  lazımdır. 

Bununla yanaşı həmçinin sahədə və nəzərdə tutulmuş regionda iqtisadi konyukturanı 

da yaddan çıxarmaq olmaz. Konyuktura tələb və təklif arasında nisbətləri, qiymət və 

məhsul  ehtiyatlarının  hərəkətini,  digər  göstəriciləri  özündə  əks  etdirən  formalaşmış 




 

76

iqtisadi  şəraitdir.  Adətən  elə  hallar  olur  ki,  bəzi  bölgələrdə  güclü  inkişaf  olduğu 



halda,  digərləridə  durğunluq  müşahidə  olunur.  Həmişə  biznesmen  və  sahibkar  çox 

vaxt  inkişafda  olan  regionlara  can  atırlar.  Səmərəli  və  iqtisadi  cəhətdən  seçilmiş 

konsepsiya  müəssisəyə  qarşı  müsbət  fikir  yaradır.  Hər  bir  məqsədyönlü  sistem  bir 

neçə  qolları  ifadə  edir.  Məsələn  istehsalçı,  istehlakçı,  tədarükçü,  muzdlu,  ticarətçi 

vergi ödəyicisi rolunu yerinə yetirir. Konsepsiyaya daxildir: 

- Biznesin məqsədinin müəyyənləşdirilməsi; 

-  Fəaliyyət  strategiyasının  işlənməsi  və  ya  məqsədlərə  çatmaq  üçün  konkret 

yolların tapılması; 

- Qarşıda duran məqsədlərə təcrübi nail olmaq vasitələrinin seçilməsi. 

Konsepsiyanın  işlənməsi  biznesin  qurulmasında  və  inkişafında  mühüm  rol 

oynayır. Onun biznesin uğuruna təsiri aşağıdakıları müəyyən edir: 

1.  Konsepsiyanın  işlənməsi  prosesi  böyük  əhəmiyyət  kəsb  edir,  çünki 

müəssisənin  rəhbərliyinə  onun  fəaliyyətinin  əsasında  olan  amilləri  hərtərəfli 

qiymətləndirməyə imkan verir. 

2.  Konsepsiyanın  dərk  edilməsi  biznesin  geniş  sahələrini  əldə  etməyə  kömək 

edir  ki,  bu  da  həm  firmanın  rəhbərliyinə,  həm  də  heyətinə  baş  verənlərə  yaxından 

baxmaq imkanı verir. 

3. Konsepsiya müəssisədaxili, kənarda əlqələr üçün böyük imkanlar yaradır. 

 

Firmanın  strategiyası  müəyyən  edilərkən  aşağıdakı  üç  əsas  məsələ  ilə 



qarşılaşır: 

1.  hansı biznesə xitam verilsin. 

2.  hansı biznes davam etdirilsin. 

3.  hansı biznesə keçirilsin. 

Bu o deməkdir ki, strategiyada əsas diqqət aşağıdakılara yönəldilir: 

a) təşkilat nəyi edir və nəyi etmir. 

b) fəaliyyətin həyata keçirilməsində nə mühümdir, nə vajib deyil. 

Bizneslə  məşğul  olmağa  qərar  verən  hər  bir  sahibkarın  vəzifəsi  ümumi 

görünüşdə  ona  gətirib  çıxarır  ki,  öz  fəaliyyət  sferasını  müəyyənləşdirsin,  uğura 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə