FəSİl I. BİZnes konsepsiyasi və onun hazirlanmasinin



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#41657
1   ...   18   19   20   21   22   23   24   25   26

 

65

fəaliyyətini,  qərarlarını  tələb  edir.  Məsələn,  mühüm  elmi-texniki  kəşflər,  sahə,  ərazi 



problemləri, sahə və sahələrarası, respublikalar, qloballaşmış problemlər hər hansı bir 

müəssisə,  yaxud  şirkətin  qəbul  etdiyi  qərarlarla  tənzim  oluna  bilməz.  Deməli, 

problemlər müxtəlif səviyyələrdə öz həllini tapmalıdır. 

      Mürəkkəb  təsərrüfat  situasiyalarının  meydana  gəlməsi  yalnız  obyektiv  iqtisadi 

qanunların  tələblərinin  pozulması  ilə  deyil,  həm  də  idarəetmə  məqsədlərinin  düzgün 

müəyyən  edilməməsi,  habelə  sosial-iqtisadi  inkişafın  öz  qanunauyğunluqlarından  da 

irəli  gələ  bilər.  Belə  ki,  ölkənin  iqtisadiyyatının  cari  və  perspektiv  inkişaf 

istiqamətləri  obyektiv  olaraq  xalq  təsərrüfatı  sahələrində  struktur  dəyişikliklərini, 

təbii  resurslardan  kompleks  istifadə  olunması,  məhsuldar  qüvvələrin  səmərəli 

yerləşdirilməsi,  əmək  ehtiyatlarından  tam  istifadə  edilməsi,  əhalinin,  ölkənin  ərazisi 

üzrə miqrasiyası meydana çıxır. Məsələn, respublikada əhalinin təbii artımı ilə yeni iş 

yerlərinin yaradılması arasında xeyli uyğunsuzluqlar vardır. Bundan başqa məktəbləri 

qurtaran mütəxəssislər də işlə təmin olunmalıdır. 

      Sosial-iqtisadi  situasiyalar  hadisələrə,  onları  əmələ  gətirən  səbəblərə,  amillərə 

sistem  və  konkret-tarixi  halda  yanaşmaları  tələb  edir.  Yalnız  tarixi  halda  yanaşma 

nəticəsində,  əvvəllər  mövcud  olan  ziddiyyətlərin  səbəblərini  aşkar  etmək  və  qəbul 

edilmiş qərarların mümkün olacaq nəticələrini müəyyən etmək olar. 

      İdarəetmə qərarlarının  düzgün  dərk edilməsi  və onun  xüsusiyyətlərinin  hərtərəfli 

öyrənilməsi  həmin  qərarlara  aspektli  yanaşmağı  tələb  edir.  Aspektli  yanaşma 

idarəetmə  qərarlarının  elmi  cəhətdən  əsaslandırılması  üçün  də  çox  vacibdir. 

İdarəetmə  qərarları  müxtəlif  elmlər,  o  cümlədən  fəlsəfə,  iqtisadiyyat,  hüquq, 

sosialogiya,  psixologiya tərəfindən öyrənilir.  Hər  bir elmi sahə  idarəetmə qərarlarını 

öz  müddəaları  əsasında  izah  edir.  Nəinki  müxtəlif  məsələlər,  hətta  eyni  idarəetmə 

məsələləri də müxtəlif cəhətdən izah edilir və ona görə də həmin məsələlərin həllinə 

kompleks yanaşmaq zəruriyyəti meydana çıxır. 

      İdarəetmə qərarlarına siyasi, iqtisadi, sosial, psixoloji,  hüquqi  və təşkiletmə  və s. 

aspektlərdə yanaşmaq olar. 



 

66

Səlahiyyət 



və 

məsuliyyətin 

bölüşdürülməsi:- 

Təşkilati 

qərarların 

əksəriyyətinin  qəbul  edilməsi  üçün  başlıca  elementlərdən  biri  təşkilat  daxilində 

səlahiyyətlərin 

(hakimiyyətin) 

adamlar 

və 


istehsal 

vahidləri 

arasında 

bölüşdürülməsidir.  Səlahiyyətlərin  adamlar  arasında  bölüşdürülməsi  nəticəsində 

hakimiyyət menecerlərdən işçilərə keçir. Menecerdən işçilərə yönələn bu hakimiyyət 

bölgüsü  adətən  səlahiyyətlərin  həvalə  olunması  adlanır.  Hakimiyyət  həmçinin 

təşkilatın  daxilində  müxtəlif  səviyyəli  istehsal  vahidləri  və  ya  şöbələri  arasında  da 

bölüşdürülür.  Təşkilati  səviyyələr  arasında  hakimiyyətin  bölüşdürülməsi  qeyri-

mərkəzləşdirmə  adlanır.  Bu  yollardan  hər  hansı  birinə  müraciət  etməzdən  əvvəl 

hakimiyyətin təbiətini öyrənmək lazımdır. 

      Hakimiyyətin müxtəlif tərifləri vardır. Onlardan ikisini göstərim: 

1.  Hakimiyyət  –  müəyyən  məqsədin  həyata  keçirilməsi  ilə  əlaqədar  ictimai 

münasibətlərin  meydana  gəlməsinə,  dəyişilməsinə  və  ya  dayandırılmasına  gətirib 

çıxaran və adamların davranışına təsir edən sosial idarəetmə alətidir. 

2.  Hakimiyyət  –  təşkilatın  daxilindəki  hər  bir  mövqe  ilə  əlaqədar  olan 

qanuniləşdirilmiş  qüvvədir.  O,  adətən  əmr  etmək,  icra  etmək,  qərar  qəbul  etmək  və 

resursları sərf etmək hüququnu əhatə edir. 

      Hakimiyyət  konsepsiyasının  hər  cür  müzakirəsi  hakimiyyətin  və  qüvvənin  hansı 

nisbətdə  olmasının  başa  düşülməsini  tələb  edir.  Adamlar  adətən  hakimiyyəti  və 

qüvvəni  eyniləşdirirlər.  Lakin  əgər  qüvvə  fəaliyyət  göstərmək  və  ya  təsir  etmək 

qabiliyyətidirsə,  hakimiyyət  isə  bunları  məhz  belə  etmək  hüququdur.  İnsan  lazımi 

hakimiyyətə  malik olmasa da o,  müəyyən  işi  görmək  gücünə  malik ola bilər. Qüvvə 

müxtəlif  tip  resurslara  nəzarətdən  doğur  və  beləliklə  insanın  təşkilatdakı 

mövqeyindən  asılı  deyildir.  Lakin  təşkilatdakı  mövqe  insanı  qanuni  qüvvə  adlanan 

xüsusi qüvvə tipi ilə təmin edir. 

      Hər  bir  təşkilatda  menecerin  qarşılaşdığı  ən  vacib  problemlərdən  biri 

tabeliyindəki  işçilərə  səlahiyyətlər  vermək  və  yuxarı  səviyyəli  rəhbərlikdən 

səlahiyyətlər  almaqdır.  Səlahiyyətlərin  verilməsi  tabeliyində  olan  işçilərə  müəyyən 




 

67

tapşırıqların və hakimiyyətin verilməsi prosesidir. Bu zaman həmin fəaliyyət növləri 



üçün məsuliyyəti də işçilər öz üzərilərinə götürürlər. 

      Səlahiyyətlərin bölüşdürülməsi dörd əsas səbəbə görə vacibdir: 

1.  O,  menecerin  qabiliyyətini  və  səriştəliliyini  genişləndirir.  Əsas  qulluqçulara 

müxtəlif  vəzifələri  həvalə  etməklə  menecer  daha  ciddi  problemləri  öz  üzərinə 

götürmək və öz fəaliyyətini daha yaxşı planlaşdırmaq imkanına malik olur. 

2. Səlahiyyətlərin verilməsi potensial menecerlərin tədrisi və testləşdirilməsi üçün əla 

imkanlar  təmin  edir.  Yuxarı  səviyyəli  rəhbər  əgər  müəyyən  idarəetmə  öhdəliklərini 

tabeliyində olanlara həvalə etdikdə bu işçilər istehsal vahidlərinin fəaliyyəti haqqında 

daha çox məlumat almaq və idarəçilik ustalığını artırmaq imkanı əldə edirlər. 

3.  Səlahiyyətlərin  verilməsi  işçilərin  xüsusi  sahələrdəki  unikal  təcrübəsindən  və 

biliklərindən istifadə etməyə imkan yaradır. 

4. Səlahiyyətlərin verilməsi menecerlərin işində ixtisaslaşdırmaya imkan verir. Başqa 

sözlə,  bu,  menecerin  vəzifələrini  bölüşdürməyə  və  onların  xüsusi  biliklərinə 

əsaslanaraq bəzi işçiləri menecer təyin etməyə imkan verir. 

      Səlahiyyətlərin  müəyyən  hissəsinin  menecerlərdən  tabeliyindəki  işçilərə  həvalə 

olunması üç mühüm elementi əhatə edir: 

  Öhdəlikləri (tapşırıqları) bilavasitə öz tabeliyindəki işçilərə vermək; 

  Tabeliyindəki  işçilərə  bu  öhdəlikləri  yerinə  yetirmək  üçün  lazım  olan 

hakimiyyəti vermək; 

  Öhdəliklərin uğurla yerinə yetirilməsi üçün məsuliyyəti müəyyən etmək. 

      Öhdəliklərin  verilməsi  səlahiyyətlərin  bölüşdürülməsi  prosesinin  bir  elementidir. 

Öhdəlik  isə  menecerin  və  ya  təşkilatın  başqa  üzvünün  həyata  keçirəcəyi  tapşırıq, 

göstəriş,  hərəkət  və  ya  qərardır.  Bilmək  lazımdır  ki,  menecer  işçisinə  həvalə  etdiyi 

öhdəlikdən  faktiki  imtina  edə  bilməz.  Hətta  menecer  çalışsa  belə  işçi  öhdəlikləri  öz 

üzərinə götürsün, yenə də məsuliyyət menecerin üzərində qalır. 

      Qeyd  etdik  ki,  hakimiyyət  əmr  etmək,  icra  etmək,  qərarlar  qəbul  etmək  və 

resursları  xərcləmək  hüququdur.  Səlahiyyətlərin  verilməsində  ikinci  addım  ondan 

ibarətdir  ki,  menecer  hakimiyyəti  tabeliyindəki  işçiyə  həvalə  edir,  işçi  isə  öz 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə