FəSİl I. BİZnes konsepsiyasi və onun hazirlanmasinin



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#41657
1   ...   18   19   20   21   22   23   24   25   26

 

62

və  əlverişlı  vəziyyətdə  isə  istehsalın  texnoloji,texniki  silahlanma  səviyyəsinin 



yüksəldilməsini  nəzərdə  tutur.Müdafiə  strategiyasının  qarşısında  duran  vəzifələr 

ənənəvi  strategiya  və  inhisarçı  strategiya  seçməklə  həll  edilə  bilər.Əgər  müəssisə 

bazara    təklif  etdiyi  məhsullaın  keyfiyyətini  yaxşılaşdırmağa  çalışırsa  ,onda  ənənəvi 

strategiyanı  ,uzun  müddət  bazarda  inhisarçı  çövqe  tutmaq  istəyirsə  inhisarçı 

strategiyanı seçməlidir. 

 

Biznes  növünün  azalması  və  dəyişilməsi  strategiyası    firmaya  uzunmüddətli 



dövrdən  sonra  öz  qüvvəsini  bərpa  etmək  və  yenidən  qruplaşdırmaq  lazım  gəldikdə 

,lakin  iqtisaiyyatda  köklü  dəyisikliklər  və  böhranlar  baş  verən  zaman  işin 

səmərəliliyinin  artırılması  tələbi  meydana  çıxdıqda  və  digər  situasiyalarda  həyata 

keşirilir.Onların  reallaşdırılması,adətən  ,ağrisız  ötüşmür.Lakin  o  da  həqiqətdir  ki,bu 

tədbirlər  sistemi  artım  strategiyası  kimi  firmanın  inkişafına  yönəlmişdir  və  bu 

məqsədə  xidmət  edir.sadəcə  olaraq  müəyyən  şərtlər  daxilində  və  müəyyən  zaman 

kəsiyində ondan qaçmaq mümkün olmur.Hətta bəzən elə olur ki, bu,biznesin yenidən 

qurulması  və  “təzələnməsi”üçün  yeganə  çıxış  yolu  olur.Praktikada  firmalar  eyni 

zamanda bir deyil ,bir neçə strategiyadan yararlana bilərlər.Bu, xususilə də ,çoxsahəli 

şirkətkərdə daha tez-tez rast gəlinir.  

 

3.2. Biznesdə  mövqelərin təhlili və səlahiyyətlərin bölüşdürülməsi 

 

Menecmentin  texnologiyası  baxımından  idarəçilik  qərarları  aşağıdakı  üç 

mərhələdən ibarətdir: 

a) Qərarların hazırlanması; 

b) Qərarların qəbul edilməsi; 

c) Qərarların həyata keçirilməsi. 



İdarəetmə qərarların hazırlanması prosesinin ümumi məzmunu: 1) Problemin, 

situasiyanın,  vəzifələrin  təhlili,  aydınlaşdırılması  və  məqsədin  formalaşması;  2) 

Ümumi  məlumatların  əldə  edilməsi  və  təhlili;  3)  Qərarların  qəbul  edilməsi 

zəruriyyətinin aşkara çıxarılması; 4) Meyarların seçilməsi; 5) Vəzifələrin parametrinə 




 

63

təsir  edən  amillərin  əsaslandırılması;  6)  Vəzifələrin  müəyyənləşdirilməsi;  7)  Qərar 



modellərinin  hazırlanması; 8) Qərar  modelinin əlverişliliyinin qiymətləndirilməsi; 9) 

Alqoritmin tərtib edilməsi; 10) Proqramın tərtib edilməsi; 11) Qərarın qəbulu zamanı 

şəraitin  qiymətləndirilməsi;  12)  Variantların  seçilməsi  və  qiymətləndirilməsi;  13) 

Əlverişli qərar variantının seçilməsi; 14) Qərarın konkretləşməsi, hissələrə ayrılması, 

yekun  qərarın  qəbul  edilməsi;  15)  Qərarların  sənədləşməsi;  16)  Qərarların  icraçılara 

çatdırılması; 17) Qərarın icrası üzərində nəzarət qaydasının müəyyənləşməsi. 



İdarəetmə qərarlarının qəbul edilmə mexanizmi. İdarəetmə qərarlarının qəbul edilmə 

mexanizmi  menecment  qaydaları  və  menecment  texnologiyası  ilə  üzvi  şəkildə 

əlaqədardır. İ.N.Qreçikova mexanizm dedikdə aşağıdakıları nəzərdə tutur: 

1)  Qərarların  qəbul  edilməsinə  ümumi  rəhbərlik;  2)  Qərarların  qəbul  olunması 

qaydası;  3)  Qərarların  qəbul  olunmasında  planın  rolu;  4)  Rəhbər  işçilərin  (eyni 

səviyyəli)  ikitərəfli  qərarların  fərdi qaydada qərar  qəbul etməsi; 5) Məqsədli qruplar 

və qərarların qəbulunda onların rolu. 

      Lakin  qeyd  etmək  lazımdır  ki,  yuxarıda  adı  çəkilənlərin  hamısını  idarəçilik 

qərarlarının qəbul edilməsi mexanizminə aid etmək düzgün olmazdı. Burada iqtisadi, 

hüquqi, mənəvi, motivləşdirmə forma və metodlarının da böyük əhəmiyyəti vardır. 



Qərarların  qəbul  edilməsi  metodları.  İdarəetmədə  qərarların  qəbul  edilməsi 

metodları müxtəlif olsa da nəticə etibarilə aşağıdakı üç qrupa ayrılır: 

a) qeyri-formal (evristik) metod; 

b) kollektiv (qrup adamlar, komisiya, müşavirə və s.); 

c) kəmiyyət (riyazi funksiyalar, modellər) 

Qeyri-formal  (evristik)  metod  menecerin  analitik  yaradıcı  qabiliyyətinə,  məntiqi 

mühakiməsinə  əsaslanır.  Burada  menecerlərin  şəxsi  intuisiyası  başlıca  rola  malik 

olur. 


Kollektiv  metod  qərarların  kollektiv  formada  qəbul  edilməsi  ilə  bağlıdır.  Müvafiq 

adamlar  qrupu  hər  hansı  bir  problemin  həlli  üzrə  qərarlar  qəbul  edirlər.  Burada 

ideyalar irəli sürülür, mütəxəssislər tərəfindən araşdırılır. Qərarların kollektiv qəbulu 

bəzən “beyin hücumu” adlandırılır. Sənayecə inkişaf etmiş eləcə də Yaponiyada Delfi 




 

64

metodu  (Yunanıstanın  Delfi  şəhərinin  adıdır-gələcəyi  görə  bilən  müdrik  adamlar 



şəhəri) geniş yayılmışdır. Burada ideyalar, sorğular ekspert qaydasında təsdiq edilir. 

Kəmiyyət  metodunun  əsasında  informasiya  massivi  durur.  Burada  xətti 

modelləşdirmənin,  dinamik  proqramlaşdırmanın  oyunlar  nəzəriyyəsinin,  statistik 

modellərin böyük əhəmiyyəti vardır. 

      Menecment  sistemində  səmərəli,  ardıcıl  qərarların  qəbul  edilməsinin  böyük 

əhəmiyyəti  vardır.  Bunsuz  ümumi  menecment  funksiyalarının  lazımi  nəticələri  də 

mümkün  olmazdı.  İdarəetmə  qərarları  da  informasiyalar  kimi  keyfiyyətli  olmalıdır. 

Bu məqsədlə idarəetmə qərarlarına qarşı aşağıdakı əsas tələblər qoyulur: 

  Məqsədli meylə, istiqamətə malik olması; 

  Sistemli, kompleksli əsaslandırılması; 

  İyerxiyalı qaydada subardinasiya olunması; 

  Konkret ünvanlı olması; 

  Direktivliyi; 

  Müvafiq resurslarla təminatı. 

      İdarəetmə  qərarları  bir  çox  prinsiplər,  əlamətlər  üzrə  təsnifata  ayrılır.  Aşağıdakı 

sxemdə  qərarlar  idarəetmə  funksiyaların,  situasiyaların,  hadisələrin  müəyyənlik 

səviyyəsi və s. əlamətlər baxımından nəzərdən keçirilir: 

                                                                             Sxem 5.İdarəetmə funksiyaları. 



İdarəetmənin 

funksiyalarına görə 

Situasiyaların müəyyənlik 

səviyyəsinə görə 

Funksional 

məzmununa 

görə 

Vəzifələrin həlli 

xarakterinə görə 

Planlaşdırma 

müəyyənlik şəraitində 

maliyyə 


operativ 

təşkiletmə 

qeyri-müəyyənlik şəraitində 

Vergi 


strateji 

motivləşdirmə 

risk şəraitində proqramlaşdırılan  Istehsal 

--- 


uçot,  nəzarət  və  s. 

funksiyalar üzrə 

Proqramlaşdırılmayan 

kommersiya 

--- 

 

      İdarəetmə  problemləri  bir  qayda  olaraq  idarəetmə  qərarlarını  tələb  edir.  Bu 



xüsusən  mürəkkəb  təsərrüfatçılıq  situasiyalarına,  problemlərinə  aiddir.  Həmin 

problemlərin,  situasiyaların  məzmunu  müxtəlif  idarəetmə  orqanlarının  konkret 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə