FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə38/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

Salayev Yusif
Yusif Saleh  oğlu  Salayev  1885-ci 
ildə  Naxçıvan  şəhərində  yoxsul  bir 
ailədə  anadan  olmuşdur.  Az  yaşla­
rından  dəmir yolunda  fəhləlik  etmə­
yə  başlamışdır.
Naxçıvan  zəhmətkeşləri  bu  qə­
dim  diyarı  daşnaklardan  qorumaq 
üçün  könüllü  olaraq  qırmızı  qvardi­
ya,  qırmızı  partizan  dəstələri  təşkil 
edərək  düşmənlə  döyüşə  girirlər.
Yusif  Salayevin  rəhbərlik  etdiyi 
takımm  (dəstə)  fəal  iştirakçısı,  Nax­
çıvan  şəhərində  yaşamış  mərhum  Qasım  Tağıyev  xatirələrinin 
birində yazır:
"Naxçıvanı  erməni  daşnaklarından  təmizləmək  üçün  fəhlə, 
muzdur  və  yoxsul  kəndli  gənclərindən  ibarət  qırmızı  qvardiya 
yaradıldı.  Yusif Salayev,  Miseyib  Nərimanov,  Hümbət  Məm­
mədov,  Ələsgər  Qəmbərov,  Nehrəmli  Mirəli  Seyidov,  Ələsgər 
Məmmədov,  Muxtar  Həsənov və başqaları  ilə  birlikdə  mən  də 
Yusifin  təşkil  etdiyi dəstəyə  könüllü  olaraq  daxil  oldum.
1920-ci  ilin  oktyabr,  noyabr  aylarında  Yusif Salayevin  dəs­
təsi,  rota  komandiri  İbrahim  Fərzəliyevin  rəhbərliyi  ilə  Xok- 
Qarabağlar,  Sust  istiqamətində  daşnaklarla vuruşur.
1922-ci ildə hərbi xidmətdən  tərxis  olunan Yusif Salayev ye­
nidən dəmir yoluna işə girir.  1930-cu  ildən  isə şəhər  idarələrin­
də müxtəlif işlərdə  çalışır.
Qırmızı partizan və qırımızı qvardiya işləri üzrə mərkəzi ko­
missiya  Yusif Saleh  oğlu  Salayevin  təqdim  etdiyi  sənədləri  nə­
zərdən  keçirərək  23  sentyabr  1934-cü  ildə  ona  Naxçıvanın  qır­
mızı  partizanı  adım  vermişdir. 1.  O,  1943-cü  ildə  Naxçıvan  şə­
hərində  vəfat  etmişdir.
l . N a x . M R D A .   f .5 7 4 . s iy .2 .  iş .9 1 .  v ə r .3 -4
1 1 7


Sadıqov  Ələkbər
Mübarizənin  alovları  içərisində şöh­
rət qazanmış Ələkbər Sadıq oğlu  Sa­
dıqovun  da  adı  xalqımızın  mərd 
oğulları  arasında  böyük  hörmətlə 
çəkilir.
Ələkbər  Sadıq  oğlu  Sadıqov 
1888-ci  ildə  Şərur  qəzasının  Sədərək 
kəndində  dünyaya  göz  açmışdır. 
Yoxsul  kəndli  ailəsində  böyüyən 
Ələkbər  uşaq  yaşlarında  iqtisadi 
çətinliklərlə  üzləşir.
Xarici  müdaxilə  nəticəsində  ölkə­
də  hərc-mərclik,  talançılıq  gücləndi.  Vedibasar,  Şərur  və  Zən- 
gibasar  ərazilərində  qarşıdurmam  aradan  qaldırmaq,  daşnak 
quldurlarının  qarşısını  almaq  üçün  Vedidə  Abbasqulu  bəy 
Şadlinskinin,  Şərur  qəzasının  Sədərək  kəndində  isə  Şahverdi 
oğlu  Həsənin  başçılığı  altında  silahlı  partizan  dəstələri  mey­
dana gəlir  ki,  həmin  dəstədə  Ələkbər  Sadıqov  da  vuruşurdu.
1918-ci ilin ortalarında daşnak qoşunları böyük qüvə ilə hü­
cuma  keçir.  Böyük-Vedidə  müvəffəqiyyətsizliyə  uğrayan  daş­
nak  qoşunları  Şərura  can  atırlar.  Şərurda  onların  ilk  qarşısını 
kəsən  Sədərək partizanları olur.  Kəndin bütün əhalisi düşmənə 
qarşı  miıdafiyəyə  qalxır.  Özünümüdafiə  dəstələri  təşkil  edilir. 
Uç  gün  şiddətli  vuruşma  gedir.  Ələkbərgil  özlərindən  qat-qat 
güclü  düşmənə  qarşı  rəşadətlə  vuruşsalar  da,  düşmənin  ağır 
təyziqi  altında dağlara çəkilməli  olurlar.  Düşmənin atlı ordusu 
kəndə  girərək  ələ  keçən  partizanları,  o  cümlədən  kənd  özünü­
müdafiə  dəstəsinin  rəhbəri  olan  Şükür Abdulla  oğlunu  və Rza 
Zamanovu  camaatın  gözü  qarşısında  ağır  işgəncələr  ilə  öldü­
rürlər.  Üç  gündən  sonra  Sədərəklilər  Şərurun  kəndlərindən  və 
Naxçıvandan  köməyə gəlmiş  partizanlarla  birləşib  düşmən  or­
dusunu  Arazdəyənə  qədər  qovurlar.
1.  N a x .  M R D A .  f .5 7 4 .  siy .2 .  iş.  8 7 .  v ə r .3 -4 .
118


Lakin  1919-cu  ildə  düşmən  yeni  qüvvə  toplayaraq  Şərur- 
Dərələyəz  istiqamətndə  hücuma  keçir,  yerli  əhalini  Şahtaxtı 
kəndinə  qədər sıxışdırır.
Partizan  Qasım  Hüseynov  həmin  illəri  xatırlayaraq  yazır: 
"İngilis  hərbçiləri  ilə  əlbir  olan  daşnak  qoşunları  böyük  qüvvə 
ilə  hücuma  keçir.  Həsən  Şahverdi  oğlu  başda  olmaqla  mütə­
şəkkil  surətdə  kəndi  tərk  etdik.  İzdihamlı  mühacir  axını  Şah­
taxtı  kəndində  Abbasqulu  bəy  Şadlinskinin  dəstəsi  ilə  birləşə­
rək  İranın  Xoy  şəhərinə  getdik".1
1920-ci  ilin  yayında  düşmən  hücumu  və  amansızlığı  nəticə­
sində  Vedibasar,  Zəngibasar  və  Şərur  kəndlərinin  əhalisi  öz 
doğma  yurd-yuvalarım  tərk  etməyə  məcbur  oldular.
Şərur dekabr ayının 2-də daşnaklardan təmizləndi.  "Qırmızı 
tabor"a  Dərələyəz  cəbhəsi  tapşırıldı.  Bu  vuruşmada  3-cü  ro- 
tanın  komandiri  Ələkbər  Sadıqov,  Cəlal  Məmmədov,  Qasım 
Hüseynov,  Nəcəf  Əliyev,  Zeynalabdin  Həsənov,  Ələsgər  Kə­
rimov və  başqaları xüsusi  ilə  fərqləndilər.
Dərələyəzdə məharətlə vuruşub düşmənin üstün  qüvvələrini 
darmadağın  edənlərdən  19  nəfər  mübariz  döyüşçü  mükafat­
landırıldı,  onların  arasında  Ələkbər  Sadıqov  da  var  idi.1 2
Daşnaklar  Qafan-Meğri  və  Karçevan  istiqamətlərində  top­
lanır.  İndi  başlıca  məsələ  Araz  kənarını  möhkəmləndirib,  daş­
nak qalıqlarının  xaricə  qaçmasına yol  verməmək  idi.  Bu  tapşı­
rığı  yerinə  yetirmək  üçün  başqa  hissələr  kimi  Ələkbər  Sadıqo­
vun  başçılıq  etdiyi  3-cü  rota  Karçevan  istiqamətinə  göndərilir. 
Burada  qızğın  döyüşlər  gedir.  Düşmənin  qüvvəsi  sarsılır.
Ölkədə  sakitlik  yarandıqdan  sonra  1921-ci  ilin  axırlarında 
partizan  dəstələri  tərxis  edilir.  Ələkbər  Sadıqov  "Qırmızı  ta- 
bor"dan  tərxis  olunduqdan  sonra  doğma  Sədərək  kəndinə  qa­
yıdır.
*
1  iyul  1934-cü  il  tarixdə  Ə.Sadıqova  Naxçıvan  M SSR-in 
"Qırmızı partizan"ı  adı  verilmişdir.3
O,  1974-cü  ildə  vəfat  etmişdir.
1.  Nax.  MRDA.  f.582.  siy.l.  iş.48.  vor.259.
2.  Nax.  MRDA.  f.582.  siy.l.  iş.48.  vər.253; f.574.  siy.2.  iş.90. vər.4-5
3.  Yenə  orada, vər.  3-4.
119


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə