FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə37/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

biri  də Əbdüləzim  Rüstəmov  idi.
Qarşımızdakı  bir  sənədə  nəzər  yetirək.  Bu,  Əbdüləzim  Rüs­
təmovun  həbs  olunması  haqqında  Naxçıvan  M SSR  Ali  Məh­
kəməsinin  21  dekabr  1941-ci  il  tarixli  121  №-li  hökmüdür.1
Hökmdə  yazılır:  "Azərbaycan  SSR-i  adından  Naxçıvan 
M SSR  Baş  Məhkəməsinin  iclasında  işə  baxılaraq  məlum  oldu 
ki,  Naxçıvan  şəhərində  yaşayan  Rüstəmov  Əbdüləzim  Talib 
oğlu  müəllimlər  arasında  mütamadi  olaraq  aşağıdakı  əksinqi­
labçı  təbliğat aparmışdır:
1.  1936-cı  ilin  noyabr  ayında  Əbdüləzim  Rüstəmov  milli 
əksinqilabçı  təbliğat aparmışdır.  Təsdiq  olunur  işindəki vərəq­
lər.  26,  28,  32,  47  v.  məhkəmə prosesində verilən  ifadələr.
2.  Əbdüləzim  Rüstəmov  mütamadi  olaraq  gənc  sovet  kadr­
larına  bilik  verən  mənbələrə  qarşı  əksinqilabçı  təbliğat  apar­
mışdır.  Təsdiq  olunur:  26,  29,  32,  51,  53,  54,  57,  59,  60,  64 №- 
li  vərəqələr.
3.  Əbdüləzim  Rüstəmov  1938-1939-cu  illərdə  mütamadi 
olaraq  çarizm  şəraitində  olan  yaşayışı  tərifləmiş,  sovet  höku­
məti şəraitində olan yaşayışı əksinqilabçı cümlələri ilə pisləmiş­
dir.  Bununla  birlikdə  sovet  hökumətinə  qarşı  həqiqətən  əksin- 
qilabi  təbliğat  aparmışdır.  Təsdiq  olunur:  işindəki  26,  28,  29, 
30,  47,  48,  50,  51  və  s.  vərəqlərlə.
4.  Əbdüləzim Rüstəmov  1939-cu  ilin yanvarında  Sovet döv­
lətinin  müdafiə  iqtidarına  qarşı  əksinqilabçı  təbliğat  aparmış­
dır.  Təsdiq  olunur  işindəki  51,  53,  86,  88  və  s.  vərəqələrlə.
Beləliklə  Əbdüləzim  Rüstəmovun  cinayət  hərəkəti  sübuta 
yetirilmiş  hesab  edilməklə  hərəkəti  cinayət  məcəlləsinin  72-ci 
maddəsinin  1-ci hissəsinə aid edilir.  Bunlara əsasən cinayət mə­
cəlləsinin  316,  317  maddələrini  əldə  rəhbər  tutaraq  məhkəmə 
hökm edir:  R.üstəmov Əbdüləzim Talib oğlu,  54 yaşında,  orta- 
ali  savadlı,  sənəti  müəllim,  evli,  8  baş  ailəsi,  əvvəllər  məhkum 
olunmayıb,  bitərəf,  1919-cu  ildə  OİKP  sıralarından  xaric  edi­
lib,  milli  müsavat  komitəsinin  üzvü  olub,  əksinqilabi  təbliğat 
aparması  sübut  olunduğundan  azadlıqdan  məhrum  edilsin. 
Azərbaycan  SSR   cinayət  məcəlləsinin  72-ci  maddəsinin  1-ci
1.  N a x .  M R D A .  f .2 3 6 .  siy.  4 .  iş. 19.  v ər. 1-6
114


hissəsi  ilə  8  (səkkiz)  il  müddətinə,  seçki  hüququndan,  36-cı 
maddə  ilə  4  il müddətinə məhrum edilsin.
Cinayət  məcəlləsinin  32-ci  maddəsinə əsasən  həbsdə yatdığı 
müddət  21  iyun  1941-ci  ildən  hesab  edilsin.  Həbs  qəti  tədbiri 
qüvvədə  saxlanılsın.  Höküm  qətidir,  narazı  tərəf 5  günə  kimi 
Azərbaycan  SSR   Ali Məhkəməsinə  şikayət verə  bilər.
Ə.  Rüstəmov Azərbaycan  Ali Məhkəməsinə  buna qarşı  qal­
dırılmış  düzgün  olmayan  cinayət  işi,  eləcə  də  hökmün  ləğv 
olunması  haqqında xahiş  ərizəsi  yazdı.  Bəs  nəticəsi? Nəticəsini 
aşağıdakı sənəddə oxuyuruq:  "Azərbaycan  SSR  üzrə Ali Məh­
kəməsinin cinayət işləri üzrə məhkəmə komissiyası sədri Aydə- 
mirov,  üzvlər:  Aydınov,  Şəfəzadə,  vəkil:  Amidi  Məryam.  14 
fevral  1942-ci  il.  Məruzəçi:  Aydınov  qeyd  edir  ki,  Naxçıvan 
M SSR  Baş  Məhkəməsinin  birinci  dərəcəli  cinayət  işləri  üzrə 
məhkəmə  kollegiyası  31  dekabr  1941-ci  il  bağlı məhkəmə  icla­
sında  Rüstəmov  Əbdüləzim Talib  oğlunun...  Azərbaycan  SSR 
cinayət  məcəlləsinin  72-ci  maddəsinin  1-ci  hissəsi  ilə  müqəssir 
hesab olunması haqqındakı cinayət işinə baxaraq Ə.  Rüstəmo­
vu Azərbaycan SSR  cinayət məcəlləsinin 72-ci maddəsinin  1-ci 
hissəsi  ilə  müqəssir  bilib  onu  8  il  müddətinə  azadlıqdan  və  ci­
nayət məcəlləsinin 36-cı maddəsi ilə 4 il müddətinə seçki hüqu­
qundan məhrum etmişdir.  Müttəhim hökmdən narazı qalıb  şi­
kayət ərizəsi  verərək hökmün ləğv edilməsini xahiş  edib.
Azərbaycan Ali məhkəməsinin cinayət işləri üzrə məhkəmə kol­
legiyası  verilmiş  ərizə  ilə  bağlı  cinayət  işini  yoxlayıb  və  müəyyən 
edib  ki,  müttəhimə  istinad  edilmiş  cinayət  üzrə  Naxçıvan  M SSR 
Ali  Məhkəməsinin  hökmü  Ə.  Rüstəmovun  cinayət  işindəki 
sənədlər əsasında düz qurulmuşdur. Hökmün ləğvinə əsas yoxdur.
Yuxarıdakılara  əsasən  Azərbaycan  SSR  Ali  məhkəməsinin 
cinayət  işləri üzrə  məhkəmə kollegiyası  qərara  alır:
1.  Azərbaycan  SSR cinayət məcəlləsinin 400,  401  maddələri 
üzrə  Naxçıvan  M SSR  Ali  Məhkəməsinin  hökmünü  qüvvədə 
saxlamaq.  Şikayəti  biəncam buraxmaq".
Sənədlərdən  məlum  olur ki,  Ə.  Rüstəmov  bir  neçə il  günahsız 
həbsxanada yatmışdı. Nəhayət ki, günahsız olduğunu sübut edən 
Ə.  Rüstəmov  həbsxanadan  azad  edilmiş  və  yenidən  ömrünün 
sonunadək Naxçıvan şəhər məktəblərində müəllimlik etmişdir.
1 1 5


17  iyun  1930-cu  il  7  №-li  protokol  ilə Ə.  Rüstəmova  Naxçı­
van  MSSR-in  qırmızı  partizanı  adı  verilmişdir.1
Əbdüləzim Rüstəmov  1953-cü  ildə vəfat  etmişdir.
Sədiyarov  Həşim
Sədiyarov  Həşim  Aslan  oğlıı  1891-ci 
ildə  İrəvan  quberniyasının  Böyük- 
Yedi  rayonunun  Kolanı  kəndində 
fəhlə  ailəsində anadan  olmuşdur.
Həşim  Sadiyarov  1918-ci  ildən 
1920-ci  ilə  qədər Abbasqulu bəy  Şad- 
linskinin  rəhbərliyi  ilə  daşnaklara 
qarşı  amansız mübarizədə  iştirak  et­
mişdir.
O, Naxçıvana gəldikdən sonra  İb­
rahim  Fərzəliyev,  Qasım  Hüseynov 
və Nəcəf Əliyevlə  birlikdə  Abbasqu­
lu  bəy  Şadlinskinin  rəhbərliyi  ilə  təşkil  olunmuş  qırmızı  ta­
borun  əsgərləri  sırasında  daşnaklara  qarşı  mübarizəyə  qo­
şulur.  O,  Qarabağlar,  Əznəbürd,  Xok,  Şərur  və  başqa  yerlərin 
düşmənlərdən təmizlənməsində yaxından iştirak edərək,  özünü 
fəal  və cəsur döyüşçü  kimi  göstərir.
İrəvan qəzasının  Gecəzur kəndində daşnaklara  qarşı döyüş­
lərdə  yaralanır.
Sadiyarov  Həşim  Aslan  oğlu  ordudan  tərxis  olunduqdan 
sonra  yenicə  məskən  saldığı  Nehrəm  kəndinə  gəlir.
Qırmızı  qvardiya  və  qırmızı  partizan  işlərinin  mərkəzi  ko­
missiyası Sədiyarov Həşim Aslan oğlunun təqdim etdiyi sənəd­
ləri  nəzərdən  keçirərək  27  may  1934-cü  ildə  ona  Naxçıvan 
MSSR-in qırmızı partizanı adı verilməsini  təsdiq etmişdir. 1.  O, 
1966-cı  ildə vəfat  etmişdir.
1.  N a x .  M R D A .  f.5 7 4 .  siy .2 .  iş.2 .  vər. 1 7 -1 9 .
116


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə