15
HAQQIN
DƏRGAHINA
GEDƏN YOL İLƏ
16
MÜNACAT
Sən ey Kainatı, Ərşi yaradan,
Sən ey düşüncəyə hökmran Allah.
Sən ey yaranışın fövqündə duran,
Sən ey yaranmışa mehriban Allah.
Sən necə varlıqsan, nə cür möcüzə,
sığmırsan idraka, anlama, sözə?
Ağlın fəzasından genişdir yerin,
ucu görünməyən göylərin dərin.
Sənin hüdudların ölçüyə gəlməz,
kimsə səni tamam dərk edə bilməz.
Ey kərəm sahibi, ey Kərim Allah,
ruha hakim olan sərvərim Allah.
Sənin istəyinlə gəldik dünyaya,
Sənin hikmətinlə kamala dolduq.
Bizi zinət etdin Ərşi - əlaya,
sevginlə ucalıb peyğəmbər olduq.
Səni nə eşidib, gördük bir vədə,
nə də təsəvvürə gəlmirsən qəti.
Sənə bənzətməyə səy göstərsək də,
sonralar sındırdıq yüzlərlə bütü.
Ey hünər sahibi, ey qadir olan,
əhli - təmkin olan, pak tədbir olan.
Yaratdın bəşərçün Kürreyi – Ərzi,
Günəşin şəfəqi hər gün üzündə.
Allahım, nə qədər sevirsən bizi,
necə qiymətliyik Sənin gözündə!
Hələ vəd etdiyin Cənnətdən öncə
Yer üzü özü bir cənnətməkanmış.
Həyat başdan-başa hikmət, əyləncə,
cəmi yaranmışlar sirri – pünhanmış.
Bir yandan göyərir, bir yandan solur,
dünya nə boşalır, nə də ki, dolmur.
Sənin varlığına inanmaq olur,
Sənin qüdrətini anlamaq olmur.
Noyabr, 2004
17
QƏZAVAT
*
M.Babayev musiqi bəstələmişdir.
Böyük Qafqazın əzəmətli oğlu
Şeyx Şamilin ruhuna töhfə.
Ey hər kəsdən uca olan,
Hər şeyə qadir Allah.
Mürid bizik, Mürşid bizik,
qalib bizik, inşaallah.
Hidayətçimiz Qurandır,
haqq, ədalət gəzirik.
Düşdüyümüz savaşları
sınaq bilib dözürük.
Ey İslamın düşmənləri,
yolumuzu kəsməyin.
Zaman özü qaziləri
qəzavata səsləyir.
Azadlıq mücahidiyik,
Şeyx Şamil imamımız.
Halaldır iman uğrunda
tökülərsə qanımız.
Qoy oyanmış ehtiraslar
qızışmasın daha da.
İman deyən insanları
sövq etməyin cihada.
Qorxun Məhşər sorğusundan,
zülm, istibdad yetər.
Hamımız Adəm övladı,
deyək, Allahu Əkbər!
16.09.02
* Qəzavat –Şeyx Şamilin uzun illər apardığı müqəddəs azadlıq müharibəsinin adı.
18
ƏFQAN MÜCAHİDLƏRİNƏ
(gecikmiş etiraf)
Sən də əfqan döyüşçüsü idin, mən də,
neçə illər bir-birimizə qarşı
vuruşduq zahirdə, gizlində.
Sən Vətənini, əqidəni qorumaq üçün,
mən orada yeni rejim qurmaq üçün.
Mənim qarşımda o vaxtki hökümətimin tapşırığı,
sən isə azadlıq mücahidi,İslam aşiqi.
Mən öz vəzifə borcumu yerinə yetirirdim,
sən isə vuruşmasaydın, mənəviyyatını itirirdin.
Odur ki, səni bu əməlindən
yayındırmaq çətin idi.
Bu vuruş sənin varlığın, kişiliyin,
qətiyyətin idi.
Sən demə, birə beş artırmış
inamla vuruşanların qüdrəti.
Vətənin hər daşına, kəsəyinə yazılırmış
onların şücaəti.
Zaman ən böyük hakim idi,
kimin haqlı olduğunu göstərdi.
Sən öz azadlığını, torpağını itirmədin,
yenidən qazandın.
Mən isə apardığım səmərəsiz
döyüşlərdən usandım.
Sən ey rəqibim, həmdinim, əzizim,
mücahidim, əqidəsindən dönməzim.
Həmişə gözümdə ucasan,
layiqsən alqışa.
Olub keçənlər üçün, sən Allah,
məni, lütfən bağışla.
Avqust, 2005
19
ZİNA – EHTİRAS – SEVGİ
Əzəldən bizə haram buyurulub zina,
onun gizlisi də günah, aşkarı da günah.
Quranda bir neçə ayə də var bu barədə,
bu da əlavə qorxu, təşviş yaradır hərədə.
Yazılır ki, zinakara gərək 40 çubuq
zərbəsi vurula.
Özü də bu ilkin cəzadır,
axirətdə isə ona əsl divan qurular.
Zina – yəni qanunsuz cinsi əlaqə.
Zinanın bir neçə yüngül forması da var
bundan əlavə.
Var təmas zinası, var göz zinası,
var fikir zinası, var söz zinası.
Hamısının da kökündə durur qadağa, şər.
Hamısı da əsas zinaya tutulur bərabər.
Çünki eyni cür, eyni adda səslənir hamısı,
təxminən, elə bu cür də anlaşılır mənası.
Biri xəyali təmasdır, biri fiziki təmas,
zina – deməli ağıla üstün gəlib şəhvət, ehtiras.
O qədər güclü hissdir ki, bu miras,
hətta Adəm babamızı da çıxarıb yolundan.
Unudub Allahı, tutanda Həvvanın qolundan.
Heyrət, heyrət!
Tanrının öz yaratdığı deyilmi bu ecazkar təbiət?!
Gözəlliyi görməməkmi olar,
sevgiyə, istəyə “yox” deməkmi olar?
Biz də Adəmdən törəmələrik,
yəqin peyğəmbər babamızdan
dözümlü də ola bilmərik.
Tanrı özü bəxş etməyibmi bizə
cəzbedici gözəlliyi, cilvəni, ehtirası?
Bəs niyə qabağımızı qılınc kimi kəsir
axirətin imtahanı, qiyamətin qisası?
Sən ey gözəlliyi, sevgini
Tanrı qədər uca tutan,
işvə - nazdan doymayan,
sevgiyə can atan insan.
20
Bu cür qadağaların hamısı
cahillik dövrü üçün yazılıb, inan.
Sevgidə günah işlədə bilməz
gözəllikdən zövq alan,
istəyinə əsir olan,
təfəkkürü dərin insan.
Allah ki, seviləndir, sevəndir.
O Əkbərdir, Kərimdir, ümid verəndir.
Allah həm də Rəhimdir, Rəhmandır,
deməli bizi bağışlayandır.
Axı o hər şeyi duyandır, görəndir.
Əgər ürəkdən vurulubsansa, sevilirsənsə,
Tanrı səni bağışlayar, inan,
Tanrını həqiqətə, sevgiyə inandırmaq asan!
May, 2006
İSLAM DİNİMİZ
İ.Abdullayev musiqi bəstələmişdir.
Ey böyük, möhtəşəm dinimiz,
sən bizim hidayət yolumuzsan.
Vəsfinlə açılır dilimiz,
əbədi səadət yolumuzsan.
Ucalsın göylərə “əzan” sədası,
yayılsın qəlblərə “İslam” nidası.
Ən əzəl sözümüz “Allahu Əkbər”,
ən gözəl sözümüz “Allahu Əkbər”.
Sən dostluq, qardaşlıq dinisən,
əmniyyət, hürriyyət məramın.
Nə qədər bəşər var, yenisən,
Quranla bağlı hər qərarın.
Sevginlə Məhəmməd Mustafa
yetişdi Məqami – Mahmuda.
Səndədir hər hikmət, hər səfa,
sənindir həm hünər, həm vəfa.
Yanvar, 2003
Dostları ilə paylaş: |