30
Kimi uşaqlıqdan qüsurlu, miskin,
kimi cavanlıqdan dərdə tuş, bədbin.
Milyonlar zavallı, ac-susuz - neyçün?
Sən ey adil Allah, ixtiyar Allah,
Sənin varlığını kim danar, Allah.
Bir adın Əkbərdir, bir adın Həmid,
bir adın Səbrdir, bir adın Ümid.
Ya üz səbrimizi, ya eylə səid,
Sən ey Kərim Allah, ümidvar Allah,
şübhəni qəlbimdən qır, qopar, Allah,
Sənin varlığını kim danar, Allah.
Yanvar, 2001
MÖMİNLİKDƏ ... ALLAH GÖRSƏNİR
Ey dərd əhli,
bədbinlikdən çox üzülmə,
inşallah,
hər gecənin zülmətində
bir xoş sabah görsənir.
Nikbin ruhla dindirəndə
qəm əriyir, dərd sınır,
xəstə sağlam, ahıl cavan,
yorğun gümrah görsənir.
Möminlikdə, abidlikdə
səbr, ümid ümmünca,
ağıl, kamal dünyasından
vallah, Allah görsənir.
Dekabr, 2007
31
HAQQIN DƏRGAHINA GEDƏN YOL İLƏ
Haqqın dərgahına gedən yol ilə
gedirik görünməz sabaha doğru.
Cahillik, nadanlıq etsək də hələ,
bilirik, axirət bu yolla bağlı.
Haqqın dərgahına gedən yol ilə
hər gedən inamla, ümidlə getməz.
Hamı bu hikməti anlamaz hələ,
hamının imanı cücərməz, bitməz.
Haqqın dərgahına gedən yol ilə
hərdən istəsək də, gedə bilmirik.
Daha nə İbrahim, nə İsmayıl var,
imana can qurban edə bilmirik.
Haqqın dərgahına gedən yol ilə
abidlər axirət dalınca gedər.
Ömrü ibadətsiz keçirənlərin,
sanarlar hər iki dünyası hədər.
Haqqın dərgahına gedən yol ancaq
Məbədə, Kəbəyə gedən yol deyil.
Səndən keçməlidir hər şeydən öncə,
batinin yoxdursa, olmazsan kamil.
Haqqın dərgahına gedən yol öncə
Vətəni, milləti sevmək yoludur.
Əsl doğmalıqla, ürəklə, məncə
hər bir soydaşına kömək yoludur.
Haqqın dərgahına gedən yol, elə
həqiqət yoludur, düz, kəsə, doğru.
Hərdən yolumuzu azsaq da belə,
məslək – amalımız bu yolla bağlı.
İyun, 2007
32
KAMİL OLMAQ İMANDANDIR
Sən ey əqidə qardaşım,
dəyişməyim zamandandır,
biz əzəldən bir olmuşuq,
bu can elə o candandır.
Hardan gəlir ibtidamız –
bir nütvə var, bir gen vardır,
bir də ana bətni vardır,
əlbət, gələn qan qandandır?
Harda nurlu bir üz görsən,
tamaşa qıl camalına,
o nur Tanrı sevgisidir,
zinət verən Yaradandır.
Yer üzündə təriqət çox,
dinlər bir – birindən gözəl,
kim Allahı tanıyırsa,
o şəxs elə islamdandır.
İbadətdən savab ummaq
abidlərin şakəridir,
xəyal ilə yaşamağın
bünövrəsi gümandandır.
Əməl saleh deyildirsə,
əqidənin faydası yox,
cəhənnəmin dayaqları
naqislikdən, yamandandır.
İndi zəka əyyamıdır,
bəşər daim tərəqqidə,
bilik, ədəb kamillikdə,
kamil olmaq imandandır.
Aqillərdən hidayət et,
anla sözün məqamını,
Fəxrəddin, axirət varsa,
ömrün sonu imtahandır.
Aprel, 2002
33
ALLAH QOYSA
Uşaq ikən arzuların qanadında böyüyürdüm,
ən adi bir sevincimlə, uğurumla öyünürdüm.
Hər fikrimi, niyyətimi,
ilk olaraq, mən anama danışardım:
Böyüyəndə kim olaram, nə edərəm.
Hər hissimi, hər duyğumu söyləməyə çalışardım.
Hər dəfə də mənim yüz cür istəyimə
anam ancaq bir ifadə işlədərdi:
- Allah qoysa!
Nə söyləsəm – Allah qoysa,
nə istəsəm – Allah qoysa!
Bu minvalla mənim uşaq yaddaşımda
iz salmışdı “Allah qoysa”,
ümidimin, gümanımın fəzasına
yol tapmışdı “Allah qoysa”.
İllər ötdü, mən böyüdüm,
ömür yetdi yaşın yetkin hissəsinə.
Xəyal uçdu istəyimin zirvəsinə.
Könlüm quşu qanadlandı, butalandı duyğularım,
ürəyimdə yüz həvəsim, coşub – daşdı qayğılarım.
Həyat məni azdıraraq qoydu yolun yarısında,
acı ruzgar sıxdı, əzdi, məngənələr arasında.
Bir səs verən tapılmadı harayıma, “heey” səsimə,
mən ram oldum zaman adlı bir hakimin diktəsinə.
Unuduldu uşaqlığım, neçə arzum, neçə andım,
öz – özümün qarşısında sarsılaraq mən utandım.
Bir zamanlar ürəyimdə gecə-gündüz at çapan “söz”,
məni tez – tez Məlikməmməd nağılına aparan “söz”
əriyərək cılızlaşdı, adiləşdi bir anlığa,
çıxarmadı bir arzumu qaranlıqdan aydınlığa.
Nə fanatam, nə dindaram, nə sufiyəm, nə romantik,
hər kəlməmdə, hər duyğumda var bir azca həyatilik.
Ürəyimdə bir az boşluq, bir az ümid, bir az inam,
taleyə həm inanır, həm inanmıram.
Odur hərdən qayğı ilə gözləyirəm yeni ayı, yeni ili,
nə Allahın xoş sabahı görünməyir,
nə arzumun son mənzili.
Mart, 2002
34
AXUND QARDAŞ
Mükəddər məclislərimizin müşərrəfləndiricisi, elimizin cavan “ağsaq-
qalı”, qəmli, həzin və məlahətli səsi, kamil dini, yaxşı ədəbi savada və
möhkəm hafizəyə söykənən moizələri ilə dinləyicilərini ovsunlayıb köv-
rəltməyi bacaran axund Şadullaya, məhəbbət və ehtiramla!
Dəlir yenə də qəlbimi hicran, axund qardaş,
hər nalən ilə bağrım olur qan, axund qardaş.
Hansı yerdə ki, qəmli bir qəzəl oxuyursan,
o məclis olur sənəti-ürfan, axund qardaş,
“Segah”üstündə yanğıyla zəngulə vurduqca,
odunla edirsən bizi büryan, axund qardaş.
Sən oxşadıqca mərhumu göz yaşı içində,
hıçqırtına, hönkürtünə qurban, axund qardaş.
Oxu indi də, bir qəsidə “Mahur” üstündə,
səsindəki qəmdə tapım dərman, axund qardaş.
Heç bir mükəddər məclisimiz olmasın sənsiz,
min-min ürəkdə salmısan məkan, axund qardaş.
Bu sirli səsin Fəxrəddin də sehrinə düşmüş,
olmuş şirin avazına heyran, axund qardaş.
27.10.99.
TƏZAD
Qışda büzüşürük yorğan altında,
soyuqdan donuruq, qardan bezirik.
Yayın cırhacırı, isti vaxtında
sərin axtarırıq, soyuq gəzirik.
Yayın istisində tövşüyən insan,
qışın soyuğunda üşüyən insan
nə yayı bəyənir, nə qışı sevir.
Bir yol bu hikməti anlayıb demir,
bu qədər təzada, heyrətə şükür,
Tanrım, yaratdığın qüdrətə şükür!
Avqust, 2005
Dostları ilə paylaş: |