11
KÖNÜL PIÇILTILARI
“Həkim”, “loğman”, “doktor” – dilimizdə eyni mənanı daşı-
salar da, heç biri türkcə deyil. Bu söz rus dilində “vraç” adla-
nır ki, onun da kökü “vrat”, yəni aldatmaq anlamına gəlir.
Başqa sözlə, müalicə edən yox, ”aldadan”. Bu yandan da
böyük klassikimiz deyir ki, “aldanma ki, şair sözü, əlbəttə
yalandır”. Deməli həkimlə şair az qala eyni işlə məşğuldur-
lar. Niyə belə yazıram? Axı əlimin altındakı qovluqdakı şeir-
lərin müəllifinin peşəsi həkimlikdir. Heç kəsə sirr deyil ki,
başqa peşə sahiblərinə nisbətən ədəbiyyata bağlılıq həkim-
lər arasında daha çoxdur. Zənnimcə bunun bir səbəbi var.
Ədəbiyyat demək olar ki, başdan-başa romantiklərin “vətəni-
dir”. Gənclik çağlarında həkimlik peşəsini özü seçənlər də
adətən onun romantikasına vurulurlar. (“insanı yenidən hə-
yata qaytarmaq”, “şəfa vermək” və s.) Odur ki, həyati məsə-
lələrdə həkimlərin də çox az bir hissəsi praqmatik olur. Ro-
mantikanın bir ucu isə mütləq və mütləq poetik duyğulara
bağlanır.Deməli həkimlərin sırasında xeyli sayda yaradıcı
ədəbiyyat adamının olması heç də göydəndüşmə deyil.
... 80-cilər adlandırdığımız ədəbi nəslin içərisində ədəbiy-
yata həkimlikdən gələnlər daha qabarıq göründülər və zən-
nimcə bu gün də ədəbiyyatımızın həmin nəslinin ən aparıcı
simaları arasındadırlar.
Tamamilə yad bir adam hər-hansı tibb ocağına ayaq qo-
yan kimi birinci yod qoxusunu hiss edir və bir daha özünün
harada olduğunu anlayır.
Fikrimcə, adlarını çəkmədiyim, ümumilikdə yuxarıda dedi-
yim “ədəbiyyat həkimləri” bizim ədəbiyyatımızı xeyli zəngin-
ləşdirdilər, ən azından öz peşələrindən doğan müşahidələri
12
ilə – cürbəcür qoxularla zəngin olan ədəbiyyat məbədinə bir
“yod qoxusu” da gətirdilər.Güman edirəm ki, ədəbi havanı
korlamadılar, bu məbədin daxili aurasını bir az da zəngin-
ləşdirdilər.
Bu yaradıcılarımızdan biri də həmişə öz baxış məsafəsi,
baxış bucağı və deyim tərzi ilə seçilən şair Fəxrəddin Ziya-
dır. Məlum məsələdir ki, sahibi öz pis malını daha çox tərif-
ləyər.Yaxşının isə qiyməti öz üstündədir, sadəcə “xiridar”
olub onu qiymətləndirməyi bacarmaq lazımdır.Odur ki, mən
Ziyanın yaradıcılığı haqqında elə də geniş danışmayaca-
ğam. Buna heç ehtiyac da yoxdur.Amma burada bir şeyi
mütləq deməliyəm: Şeirin nə olduğunu tamamilə bilməsəm
də, onu bilirəm ki, poeziya ilk-öncə duyma “sənətidir” və
həm də bu, duyğuları ifadə etmək “sənətidir”.Bütün yaradıcı
adamlar bu “duymaq və ifadə etmək sənətində” həm birləşir,
həm də müxtəlif səviyyələrə, cərəyanlara, özünə məxsus-
luqlara ayrılırlar. Fəxrəddin Ziyanın yazılarında bu “birləşmə
və ayrılma” məqamlarının çox yüksək səviyyədə olduğunu
isbatlayan istənilən sayda nümunələr var: –
...Əvvəl ürəyimdən qopub gəlirdi,
indi idrakımın məhsulu şeirim.
...Təbii seçmədə nəsil artırmaq
yalnız güclülərin payına düşür.
...Atanı bu ağrı içindən əzər
anasız qızlara toy çalınanda.
...Nə söyləsəm təsəllidir
daha özümdən-özümə...və s.
13
Uzun illər yaxından tanıdığım üçün yaxşı bilirəm ki, Fəx-
rəddin çox ciddi adamdır.Bu xarakter onun şeirlərinə də ho-
pub. Onun bütün yazılarında, səviyyəsindən asılı olmaya-
raq, bir dəqiqlik, sərrastlıq və fikir ayadılığı var. Çünki, məq-
səd aydın olan yerdə fikir aydın bildirilir.
Ciddi adamlar az-az hallarda dəb dalınca düşürlər. Çağ-
daş ədəbiyyatımızda müxtəlif forma və cərəyanlar yaransa
da (mən bunları alqışlayıram) şair öz əvvəlki dəst-xəttinə, öz
əvvəlki yoluna sadiqdir – bu yolu uğurla davam və inkişaf et-
dirir. Ümumiyyətlə onun yaradıcılığı daim yüksələn xəttlə
gedir.
Fəxrəddin həm də klassik ədəbiyyatımızı çox gözəl bilir,
ilahiyyatçılığa dərindən bəllidir. Çox uzun müddət ədəbiyya-
tımızda təsadüfən müraciət olunan əruz və qəzəl son za-
manlar bir dirçəliş dövrünə qədəm qoymaqdadır. Ədəbiyya-
tımız üçün son dərəcə gərəkli olan bu işdə də Fəxrəddinin
xidmətləri böyükdür. O uzun illərdir ki, yüksək səviyyəli, tam
bitkin qəzəlləriylə mətbuatımızda ardıcıl olaraq çıxış edir,
onları kitablarına daxil edir. Bu isə, ən azından sonrakı nəs-
lin diqqətini istər-istəməz həmin istiqamətə cəlb etməkdir.
Axı gənclik üçün qəzəl, az qala, ancaq tarixdə qalıb.Amma
birdən-birə çağdaş zaman, çağdaş düçüncə, çağdaş dövrün
qəzəli... Bunun özü elə ədəbiyyata edilən ən gərəkli xidmət-
lərdən biridir.
Adətən yaradıcı adamlarda hansısa bir mövzu aparıcı
xətt olur. F.Ziyanın yaradıcılığının maraqlı cəhətlərindən biri
də, onda belə bir aparıcı xəttin olmamasıdır. Yəni şairin
mövzu dairəsi həddən ziyadə genişdir və bu mövzuların hər
biri, artıq müdriklik yaşında olan müəllif tərəfindən, yüksək
sənətkar ustalığı ilə şeirə gətirilir, ədəbiyyatın malına çev-
rilir. Bu isə hər şairə qismət olmur. Fəxrəddin həm də çox
14
populyar olan bir çox lirik mahnıların mətn müəllifidir – nəğ-
məkar şairdir.
Mən bu maraqlılığı və özünəməxsusluğu ilə seçilən şairin
bir daha görüşünə gələn, yaxud onunla ilk dəfə görüşən hər
bir oxucunu əmin etmək istəyirəm ki, əlinizdəki kitabda Sizin
hər biriniz öz könül pıçıltılarınızı eşidəcəksiniz.Əsl sənətin
sirri də elə bu “eşidilmədədir”.
Tofiq Nurəli
Dostları ilə paylaş: |