49
Yaradılan şey məxluqdur, Uca Allahın feli isə məxluq deyildir.
Allahın sifətləri əzəlidir, məxluq və sonradan var olmuş deyildir.
Allahın sifətlərinin məxluq və sonradan var olduğunu söyləyən,
bunda tərəddüd və ya şübhə edən kimsə Uca Allahı inkar etmiş
kafirdir.
Qurani Kərim Allahın kəlamıdır, mushaflarda yazılmış,
qəlblərdə hifz edilmiş, dil ilə oxunur və Peyğəmbərə – sallallahu
aleyhi və səlləm - nazil olmuşdur. Bizim Qurani Kərimi tələffüzümüz
məxluqdur (insanın felidir), yazmağımız və oxumağımız
məxluqdur, fəqət Quran məxluq deyildir. Allahın Quranda Musa -
əleyhissəlam - və digər Peyğəmbərlər barəsində bəhs etməsi, Firon
və İblisdən xəbər verməsi bunların hamısı Allahın kəlamıdır, onlar
barəsində xəbərlərdir. Allahın kəlamı məxluq deyildir, lakin Musa
- əleyhissəlam - və digər yaradılmışların kəlamı məxluqdur. Quran
isə Allahın kəlamı olub Qədim və əzəlidir
44
, onların kəlamı isə
qədim deyildir. Musa - əleyhissəlam - Allahın kəlamın eşitmişdir:
“Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı”. (ən-Nisa 164). Allah
Musanı xəlq etməmişdən öncə də Kəlam sifətinə sahib idi. Allah
məxluqatı xəlq etməmişdən öncə də Xaliq (yaradıcı) idi. Allah
Musaya - əleyhissəlam - xitab etdiyi zaman əzəli sifəti olan Kəlam
sifəti ilə danışdı. Onun heç bir sifəti məxluqlarının sifətlərinə
bənzəməz (yaratdıqlarının sifətləri kimi deyildir). Onun bilməsi
bizim bilməyimiz kimi deyil. Qüdrəti var, lakin bizim qüdrətimiz
kimi deyil. O Görür, lakin görməsi bizim görməyimiz kimi deyil. O
44
Qidəm – qədim sözündəndir. Bəqa - əbədilikdir. Sələflər bu ismi qəbul eməmişlər. Çünki
Quranda dəlili yoxdur. Allah barəsində Xəbər formasında gəlmişdir. Əsməul Husnədən
deyildir. Allahın İsimi olan Əvvəl və Əxir vardır ki, bu daha gözədlir. Əzəli - Əbədi - əvvəli
olmayana deyilir. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: “...Allahım! Sən
Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən
Zahirsən, Səndən üstə heç nə yoxdur. Sən Batinsən, Səndən iç üzdə heç nə yoxdur! Borcumu
ödə və məni yoxsulluqdan qurtarıb zənginləşdir!”. İbn Məcə 3831, Tirmizi 3481, İbn Hibban
966, əl-Albani “Səhih”. Çünki Qədim köhnə olan bir şeyə də deyilir. “Nəhayət, o tədricən
dönüb xurma ağacının qurumuş (Urcunul Qadim) budağı kimi əyri olur”. (Yəsin 39) İkincinin
varlığı zamanına qədər qala bilər, yenisi ortaya çıxan kimi birincisinə qədim deyilir. “Onlar
bununla doğru yola gəlmədikləri üçün: "Bu, köhnə yalandır!"– deyəcəklər”. (əl-Əhqaf 11). Bu
söz ən çox kəlam əhli arasında məşhur olan bir kəlimədir. Sələflər bu sözü işləməyiblər.
50
Eşidir, lakin eşitməsi bizim eşitməyimizə bənzəməz. O Danışır,
lakin danışması bizim danışığımız kimi deyildir. Biz (qulları dil və
dodaq) kimi üzvlərlə və hərflərlə danışırıq. Allah isə üzvsüz və
həriflərsiz danışır. Hərflər məxluqdur, lakin Allahın kəlamı məxluq
deyildir
45
. O, şeydir, lakin digər şeylər kimi deyildir. Allah
haqqında şeyin mənası: Cism, Cövher (özəyi, əsli), Araz (keçici,
müvəqqəti), ziddi, oxşarı və bənzəri olmaqdan uzaqdır
46
. Allahın
Quranda zikr etdiyi kimi Əli, üzü və nəfsi vardır. Allahın Quranda
zikr etdiyi kimi əl, üz və nəfs kimi şeylər Onun keyfiyyəti
bilinməyən sifətlərindəndir. Onun əli qüdrətdir və ya nemətdir
deyilməz. Çünki bu zaman sifəti inkar (ləğv) etmiş olur. Bu da
Qədəriyyə
47
və Mötəzilə görüşüdür. Onun əli keyfiyyəti
bilinməyən sifətlərdən olduğu kimi, qəzəbi və rızası da Allahın
keyfiyyəti bilinməyə sifətlərindən iki sifətidir.
Allah hər bir şeyi yoxdan yaratmışdır. Allah hər bir şeyi onu
yaratmamışdan öncə əzəldən bilirdi. O hər bir şeyi təqdir və qəza
edəndir. Dünya və Axirətdə Allahın diləməsi, Elmi, qəzası, təqdiri
və Lövhi Məhfuzda yazısı olmadan baş verməz. Lakin Onun Lövhi
Məhfuzdakı yazısı hökm (əmr) olaraq deyil, vəsif olaraq
yazılmışdır. Qəza, Qədər və diləmək Onun necəliyi (keyfiyyəti)
bilinməyən əzəli sifətlərindəndir. Allah, yox olan bir şeyi yox ikən
də bilir, onu yaratdığı zaman necə olacağını da bilir. Var olan bir
şeyi var ikən də bilir, onun yoxluğunun necə olacağını da bilir.
Allah ayaqda duranın ayaqda durmaq halını, oturduğu zaman
45
Bu söz Qurana məxluqdur deyənlərin dinə əlavə etdikləri çirkin bidətlərdəndir. İmamın
sözlərindən deyildir. Çünki İmamın zamanında hələ bu bidət Quran məxluqadur bidəti
ortaya çıxmamışdır. Qurani Kərimin mənası yaradılmş deyildir, lakin hərfləri yaradılmışdır.
Sələfləin etiqdıdır ki: Quran – hərfləri, mənası, sözlərilə Allahın kəlamıdır. Allah söz və
hərflərlə buyurmuşdur.
46
Kəlam əhlinin gətirdiyi nə Qurandan, nə Sünnədən heç bir məna kəsb etməyən sözlərdi.
47
Qədərilər kimlərdir? – Qədərilər insanın öz əməllərinin yaradıcısı olmasına və Allahın
istəyi olmadan öz əməllərini etməsini etiqad edən bir təriqətdir. Onlar deyirlər ki, Allah bilir,
qeyd edir, istəyir və yaradır əməlləri onlar baş verəndən sonra. Bu təriqətin başçısı Məbəd
İbn Cuhənidir. Xəlifə Abdul Məlikin əmri ilə H. 80-ci ildə çarmıxa çəkilmişdir. Onun tələbəsi
Ceylan İbn Dəməşqi də Xəlifə Hişamın əmri ilə əl və ayaqları kəsiləndən sonra çarmıxa
çəkilmişdir. Bütün bu etiqadları Xiristianlıqdan alınmışdır. Çünki özləri də Ərəb olmamışlar.
Dostları ilə paylaş: |