54
edənə verilən isimdir. Biz Uca Allahı kitabında Özünün vəsf etdiyi
bütün sifətləriylə haqqıyla tanıyırıq. Heç bir kimsə Allaha, Onun
şəninə layiq şəkildə haqqıyla ibadət etməyə qadir deyildir. Lakin
insan ancaq Allahın Kitabında, Rəsulunun bildirdiyi şəkildə Allaha
ibadət edir. Bütün möminlər (imanın əslində) – mərifət, yəqin,
təvəkkül, məhəbbət, Rıza, qorxu, ümüd və imanda bərabərdilər.
Bütün bu şeylərdə fərqlidirlər hansı ki, imana daxil deyildir
52
.
Uca Allah qullarına qarşı lütfkardır, adildi, qulun haqq etdiyi
savabı lütfüylə qat-qat artıqlamasıyla verir. Qulunu ədalətli olaraq
etdiyi günahdan dolayı cəzalandıran, Özündən bir lütf olaraq
bağışlayandır.
Peyğəmbərin – sallallahu aleyhi və səlləm - şəfaəti haqdır,
Peyğəmbərin – sallallahu aleyhi və səlləm - günahkar möminlərə və
onlardan əzabı haqq etmiş böyük günah sahiblərinə şəfaəti haqdır
və sabitdir. Qiyamət günü əməllərin mizanda çəkilməsi haqdır,
Peyğəmbərin – sallallahu aleyhi və səlləm - hovuzu haqdır. Qiyamət
günü rəqiblər arasında yaxşılıqlar alınaraq qisas və haqq-hesab
haqdır. Yaxşılıqları bitdiyi zaman (haqlarını tapdaladığı insanların)
günahlarıyla yüklənməkdə haqdır. Cənnət və Cəhənnəm
yaradılmışdır, əbədiyyən də yox olmayacaqlar. Hurilər əbədiyyən
ölməzlər. Allahın əzabı da, savabı da əbədidir. Allah dilədiyi
qulunu bir lütf olaraq hidayətə yönəldər, dilədiyini də ədalətli
olaraq sapıqlığa yönəldər. Allahın azdırması Hizlanıdır. Hizlanın
mənası: Allahın razı olacağı şeylərdə onu müvəffəq etməməsi,
yardımını ondan kəsməsidir. Bu da Allahın ədalətidir. Həmçinin
günahkarları üsyanları səbəbiylə cəzalandırması da ədalətilədir.
Şeytan imanı insandan zorla çəkib alar deməyimiz caiz deyildir.
Daha doğrudur demək: Qul imanı tərk etdikdən sonra şeytan
ondan alar deyərik. Qəbirdə Munkər və Nəkirin sorğusu haqdır,
qəbirdə ruhun cəsədə qayıtmas haqdır, Qəbr sıxıntısı və əzabı
52
Bu söz xətadır. Çünki bizim təvəkkülümüz, məhəbbətimiz, qorxumuz, ixlasımız
Peyğəmbərlərin təvəkkül, məhəbbət, qorxu və ixlasları kimi ola bilməz.
55
haqdır, bütün kafirlər və asi möminlər üçün qəbr sıxıntısı və əzabı
haqdır.
Alimlərin – Allahın sifətlərini Farsca söyləmələri caizdir. Lakin
Əl – kəlməsi Allahın sifəti olaraq Farsca söylənilməz
53
. Lakin
Farsca Pərvəi Xuda – Uca və Böyük olan Allah demək caizdir.
Təşbihsiz və keyfiyyət vermədən. Allahın yaxınlıq və uzaqlığı,
məsafənin uzunluq və qısalığı kimi (mənasında) deyildir. Allahın
yaxınlıq və uzaqlığı (qulunu) ucaltması, kəramətli etməsi və ya
zəlil edib alçatmasıdır. İtaətli olan qul Allaha keyfiyyətsiz olaraq
yaxın, asi olan qul isə keyfiyyətsiz olaraq Allahdan uzaq olur.
Yaxınlıq, uzaqlıq və (Allaha dua edənin) yönəlməsi, Cənnətdə
qonşuluq və Allahın qarşısında durmaq keyfiyyəti bilinməyən
şeylərdir.
Qurani Kərim Allahın Rəsuluna nazil olmuş, mushaflarda
yazılmışdır. Quran ayələrinin hamısı Allahın kəlamı olduğuna
görə fəzilət və əzəmət baxımından bir-birinə bərabərdirlər. Fəqət
bəzisində zikr və zikr edilənin fəziləti vardır. Ayətul Kursi buna
misaldır. Burada zikr edilən Allahın ucalığı, əzəməti və sifətləridir.
Bu ayədə iki fəzilət: Həm ayənin (Allahın kəlamı olduğu üçün)
zikri, həm də orada zikr edilənin fəziləti bir yerə cəm olmuşdur.
Digər ayələrdə isə yalnız ayənin fəziləti vardır, orada zikr edilənin
fəziləti yoxdur. Kafirlərin qissələri kimi. Bu ayələrdə zikr
olunanların heç bir fəziləti, dəyəri yoxdur. Həmçinin Allahın İsim
və Sifətləridə əzəmət və fəzilət baxımından bərabərdilər, onlar
arasında fərlilik yoxdur.
(Peyğəmbərin – sallallahu aleyhi və səlləm - ana və atası İslam
gəlmədən öncə vəfat etmişdilər. Əmisi Əbu Talib, Peyğəmbərin –
sallallahu aleyhi və səlləm – dinini qəbul etməyərək ölmüşdür).
Qasım, Tahir və İbrahim Allah Rəsulunun oğulları, Fatimə,
Ruqiyyə, Zeynəb və Ummu Gülsüm qızlarıdır. İnsan Tövhid
elminin incəlikərindən birində çətinliklə qarşılaşarsa (hər hansısa
bir məsələ ona qaranlıq qalarsa), soruşub öyrənəcəyi bir alim
53
Fars dilində Əl – Dəst deməgdir. Dəst - ərəb dilində qazan, qab deməkdir.
56
tapana qədər: “Bu məsələdə Allah qatında doğru olana inandım”
deməsi lazımdır. Belə bir kimsənin axtarıb tapmaqda gecikməsi (bu
məsləni öyrənməkdə gecikməsi) caiz deyildir. (Bu məsələ ona
bəyan olduqdan sonra qəbul edib etməməkdə) tərəddüd edərək
gözləmək üzürlü sayılmaz. Əgər tərəddüd edərək gözləyərsə
(qəbul etməzsə) kafir olar. Merac xəbəri haqdır, Onu rədd edən
sapıq bir bidət əhlidir. Dəccəl, Yəcuc və Məcucun çıxması, günəşin
batdığı yerdən doğması, İsanın - əleyhissəlam - göydən enməsi və
səhih hədislərdə bildirilən Qiyamətin əlamətlərinin hamısı haqdır.
Uca Allah dilədiyi doğru yola yönəldər.
əl-VASİYYƏ (TÖVHİD VƏSİYYƏTİ)
Rahmən Və Rəhim Olan Allahın Adıyla:
İman - dil ilə iqrar, qəlb ilə təsdiqdir. Sadəcə iman iqrar olmaz.
Çünki sadəcə iqrar iman olsaydı bütün münafiqlərin mömin
olmaları lazımdır. Həmçinin sadəcə təsdiq də iman olmaz. Əgər
sadəcə təsdiq iman olsaydı bütün Kitab əhli mömin olması
lazımdır. Halbuki Allah: “(Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar)
sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın
Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun
həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis
yalançı olduqlarına şəhadət verir”. (əl-Munafiqun 1) və “Kitab
(Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz
oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların
bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir”. (əl-Bəqərə 146)
buyurur. İman artmaz və azalmaz. Çünki imanın artması yalnız
küfrün azalmasıyla, əskilməsi də küfrün artmasıyla təsəvvür oluna
bilər. Bir şəxsin eyni halda mömin və kafir olması necə mümkün
ola bilər? Mömin həqiqi iman edən, kafir də həqiqi inkar edəndir.
İmanda şübhə olmaz. “Onlar həqiqi möminlərdir”. (əl-Ənfal 4) və
“Bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən
ötrü alçaldıcı əzab hazırlamışıq!”. (ən-Nisa 151). Əməl imandan
Dostları ilə paylaş: |