79
əl-Hərəvi, AbdurRahman İbn Mehdidən rəvayət edir ki, İmam
Məlikin - rahmətullahi aleyhi - yanına daxil oldum. Yanında ona sual
verən bir kimsə vardı. İmam: “Deyəsən sən Amr İbn Ubeydin
adamlarındansan. Allah Amr İbn Ubeydə lənət etsin. Çünki o,
Kəlam ilə Dinə yeni bidət gətrmiş bir kimsədir. Əgər kəlam bir elm
olsaydı səhabə və tabiin əhkam və şəri məsələlər haqqında
danışdıqları kimi onun haqqında da bir şeylər deyərdilər”
107
.
əl-Hərəvi, Əşhəd İbn AbdulAzizdən rəvayət edir ki, İmam
Məlikin - rahmətullahi aleyhi - belə dediyini dinlədim: “Bidətlərdən
çəkinin». Ona: “Ey Abdullahın atası, Bidət nədir?” deyə soruşuldu.
O: «Bidətçilər Allahın isimləri, sifətləri, kəlamı, elmi və qüdrəti
haqqında danışan, səhabələrin və gözəl bir şəkildə onlara tabe
olanların susduqları (mövzuda) yerdə susmayan kimsələrdir»
108
.
Əbu Nuaym, İmam Şafii - rahmətullahi aleyhi - rəvayət edir ki,
İmam Məlikin - rahmətullahi aleyhi - yanına (mübahisə üçün) sapıq
bir firqə mənsubu gəldiyi zaman ona: “Mən Rəbbimdən və
Dinimdən açıq-aydın bir dəlil üzərindəyəm (şübhə etməyən). Sən
isə şübhə içində olan bir kimsəsən. Bu səbəblə də şübhə edən bir
kimsənin yanına get və onunla da mübahisə et”
109
.
Təqlid Barəsində Sözləri
İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Mən bir bəşərəm
doğrunu da söyləyə bilərəm, xəta da edə bilərəm. Sizlər mənim
görüşümə baxın. Allahın Kitabı, Rəsulunun sünnətinə uyğun
gələni götürün, uyğun gəlməyəni buraxın»
110
.
107
“Zəmmul Kəlam” vr. 173 b.
108
Bəğavi «Şəhu Sunnə» 1/217, «Zəmmul Kəlam» vr. 173 a.
109
əl-Hilyə 6/324.
110
İbn Abdil Bərr «Cəmi» 2/32, İbn Həzm «İhkam» 6/149.
80
İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər -
sallallahu aleyhi və səlləm – dən başqa bəzi insanların sözü alına da
bilər, tərk edilə də bilər»
111
.
Abdullah İbn Mubarək
- rahmətullahi aleyhi -
Əbu AbdurRahman Abdullah İbn Mubarək əl-Hanzali. Hişam
İbn Urvə və Humeyd İbn Tavildən hədis dinləmişdir. Fudeyl İbn
İyad - rahmətullahi aleyhi - deyir ki: “Bu evin (Kəbə) Rəbbinə and
olsun ki, iki gözüm İbn Mubarək kimisini görmədi”. H. 181-ci il
Ramazan ayında vəfat etmişdir”. Şöbə - rahmətullahi aleyhi - deyir
ki: “Yanımıza onun kimisi gəlmədi”. İmam Əhməd - rahmətullahi
aleyhi - deyir ki: “Dönəmində elm tələb etmək üçün ondan daha
çox çalışan heç kimsə yoxdur”
112
.
İbni Mubarək - rahmətullahi aleyhi - deyir ki: “Məkkədə,
Mədinədə, Kufədə, Bəsrədə, Misirdə və Xorasanda insanların
sünnət və cəmaat üzərə olmalarını açıqlayarkən ittifaq etdiklərini
gördüm: Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına,
Muhəmmədin Onun qulu və Rəsulu olduğuna şəhadət edən, bütün
işləri Əziz və Cəlil olan Allaha həvalə edib, hər bir şeyin xeyrin və
şərin, küfrün və imanın Allahın qəza və qədəri ilə olduğuna,
Allahın Peyğəmbəri – sallallahu aleyhi və səlləm - üçün səhabə
olmaları üçün seçdiyi keçmiş Sələfin haqqını etiraf edib qəbul edən,
Əbu Bəkr əs-Sıddıq, Ömər İbn Xattab, Osman İbn Əffan, Əli İbn
Əbu Talibi (fəzilətdə) irəli keçirən, istər kiçik, istərsə də böyük
olsun səhabələrin hamısına rəhmət oxuyan, onların fəzilətindən
danışan və aralarında baş verən anlaşılmazlıqları danışmayan, iki
bayram namazını, Ərafatda qılınan namazı və cəmaatla qılınan
namazları yaxşı və ya günahkar olan hər bir imamın arxasında
qılan, Quranı Allahın kəlamı və Onun nazil etdiyi kitab olaraq bilib
111
İbn Abdil Hədi «İrşadus Salik» s. 227/1, Təqiyyiddin əs-Subki «Fətva» 1/148.
112
İbnul İmad “Şəzəratuz Zəhəbi” 1/295-297.
81
məxluq olduğunu söyləməyən, imanın – söz, əməl və niyyət olub,
sünnətə uyğun hərəkət etmk olduğuna, imanın qəlb və əzaların
(əməli) ilə artıb əskildiyini qəbul etmək, cihadın Muhəmmədin
Allah tərəfindən Peyğəmbər olaraq göndərildiyi zamandan
etibarən Dəccəl ilə savaşacaq son mömin topluluq gələnə qədər
davam edəcəyinə, zalım bir kimsənin zülmünün (buna) zərər verə
bilməyəcəyinə, qəbr əzabına, Munkər və Nəkira, Hovuza, şəfaətə,
mizana, Cənnət əhlinin Əziz və Cəlil olan Rəblərini görəcəklərinə
iman edəndir. Peyğəmbərlərin və Rəsulların gətirdiklərinə iman
edərik. Bu xüsusda onlara qarşı misallar gətirmərik. Əhli Sünnətin
xüsusiyyətindən: Allahın kitabını, Peyğəmbərin – sallallahu aleyhi və
səlləm - hədislərini və səhabələrinin sözlərini qəbul etmək, Fərdi
görüşü və qiyası tərk eməkdir. Köhnə (qədim) alimlrimizin
üzərində ittifaq etdiklərini gördüyüm budur. Allah bizlərə də,
sizlərə də (doğru yolda olmağı) İstiqamət və Salehlərə qovuşmağı
nəsib etsin”. Bizlər Yəhudi və Xristianların sözlərini nəql edirik,
lakin Cəhmilərin sözlərini nəql etmirik”.
Sufyan İbn Uyeynə
- rahmətullahi aleyhi -
Əbu Muhəmməd Sufyan İbn Uyeynə əl-Hiləlidir. Kufəlidir. Şəfii
- rahmətullahi aleyhi - deyir ki: “Əgər Məlik və Sufyan olmasaydı
Hicazın elmi yox olardı”. İbn Vəhb - rahmətullahi aleyhi - deyir ki:
“İbn Uyeynədən daha çox təfsiri yaxşı bilən bir kimsə tanımıram”.
İmam Əhməd - rahmətullahi aleyhi - deyir ki: “İbn Uyeynədən daha
çox Sünnəti bilən tanımıram”. H. 198-ci ildə Rəcəb ayının
əvvələrində vəfat etmişdir
113
.
Lələkai - rahmətullahi aleyhi - deyir ki: “Bizə Ubeydullah İbn
Muhəmməd İbn ət-Tuci xəbər verdi ki: Bizə Muhəmməd İbn İshaq
İbn Abbad ət-Təmmar dedi ki: Bizə AbdulAziz İbn Muvaiyə dedi
113
İbn Həcər “Təhzibut Təhzib” 4/105, Şəzəratuz Zəhəbi” 1/354-355.
Dostları ilə paylaş: |