85
barəsində söz açdılar: “Mən hər bir məslədə ona müxalifəm. Hətta
Lə İləhə illəllah sözündə də belə. Mən onun dediyi kimi demirəm.
Mən Musa - əleyhissəlam - ilə pərdə arxasından danışan Allahdan
başqa ibadətə layiq heç bir ilah yoxdur deyirəm. O, isə pərdə
arxasından Musaya - əleyhissəlam - yaratdığı bir kəlamı eşitdirən
Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur deyir”
125
.
Lələkai, ər-Rabi İbn Suleymandan rəvayət edir ki, İmam Şəfii -
rahmətullahi aleyhi - dedi: “Kim Qurana məxluqdur deyərsə kafir
olar”
126
.
Beyhəqi, Əbu Muhəmməd əz-Zubeyridən rəvayət edir ki, bir
nəfər İmam Şəfiiyə - rahmətullahi aleyhi - dedi: “Mənə Quran
barəsində xəbər ver. O, yaradandırmı?”. İmam: “Xeyr” dedi.
Adam: “O, yaradılmışmıdır” dedi. İmam: “Xeyr” dedi. Adam: “O,
yaradılmamışdır?” dedi. İmam: “Bəli” dedi. Adam: “Bəs onda
onun yaradılmamış olduğunun dəlili nədir?” deyə soruşdu. İmam
başını qaldıraraq dedi: “Sən Quranın Allahın kəlamı olduğunu
qəbul edirsənmi?”. Adam: “Bəli” dedi. İmam: “Bu hal səndən
öncədə dilə gətirilmişdir. Uca Allah buyurur: “Əgər (basqına
uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki,
Allah kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi
təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır.
Çünki onlar (haqqı) bilməyən bir tayfadır!”. (ət-Tövbə 6), “Və
Allah Musa ilə sözlə (vasitəsiz) danışdı”. (ən-Nisa 164). Şəfii: “Sən
Allahın əzəldən bəri var olduğunu və kəlamının da eyni şəkildə
var olduğunu qəbul edirsənmi? Yoxsa Allahın əzəldən bəri var
deyir ki: “Bu şəs Şəfii məzhəbinə uyğun Məkkədə fətva verirdi”. “Təhzibul Əsmə Vəl
Luğət” 2/120, İbn Hibətullah “Tabaqatuş Şəfii” s. 29.
124
Zəhəbi - rahmətullahi aleyhi - deyir ki: “Cəhmiyyəyə mənsub həlak olmuş birisidir.
Quranın məxluq olduğunu söyləyənlərdəndir”. H. 218-də vəfat etmişdir. “Mizanul İtidal”
1/20, “Lisanul Mizan” 1/34-35.
125
əl-İntiqa s. 79, “Lisanul Mizan” 1/35.
126
Lələkai “Şərhu Usuli Etiqadi” 2/252.
86
olduğuna, lakin kəlamı yoxdur deyirsən” deyə soruşdu. Adam:
“Xeyr, Allah vardı, kəlamı da vardı” dedi. Şəfii gülümsədi və dedi:
“Ey Kufəlilər! Sizlər həqiqətən təhlükəli bir söz söyləyirsiniz.
Çünki Allahın hər şeydən öncə var olduğuna, kəlamının da Onunla
var olduğunu qəbul etdiyinizə görə kəlam Allahın özüdür,
Allahdan ayrıdır, Allahdan başqadır və ya Ondan fərqlidir
sözlərini haradan çıxardırsınız?”. Adam susdu və getdi”
127
.
Əbu Talib əl-Uşarinin
128
rəvayəti ilə İmam Şəfiiyə - rahmətullahi
aleyhi - nisbət edilən etiqada aid cüzdə bunları söyləyir: Əziz və
Cəlil olan Allahın sifətləri və iman edilməsi lazım olan məsələlərə
dair ona sual verildikdə dedi: “Uca və böyük olan Allahın İsim və
Sifətləri vardır. Bunlar Allahın kitabında zikr edilmiş, Peyğəmbəri
– sallallahu aleyhi və səlləm – bunları ümmətinə xəbər vermişdir.
Qurani Kərimin bunları bildirdiyinə, Peyğəmbərdən – sallallahu
aleyhi və səlləm – ədalətli şəxslərin (səhabələrin) rəvayət etdiyi
sözlərinin səhih olduğuna dair əlində dəlil olan Allahın yaratdığı
hər hansı bir kimsənin buna müxalif olması mümkün deyildir.
Onun nəzdnində hüccət sabit olduqdan sonra buna müxalif olarsa
o kimsə Allahı inkar etmiş bir kafirdir. Lakin xəbərin ona çatması,
ona qarşı dəlilin sübutundan öncə isə bilmədiyinə görə üzürlü
sayılır. Çünki belə bir bilik (Allahın İsim və Sifətləri) ağıl ilə,
düşünmək ilə də idrak edilməz. Uca Allahın hər bir şeyi eşidən
olduğuna, iki əlinin olduğuna dair buyurduqları da bu
qəbildəndir: “Əksinə, Onun hər iki Əli açıqdır...”. (əl-Maidə 64).
Sağ əlinin olduğuna: “...Göylər isə Onun sağ əli ilə büküləcəkdir...”.
(əz-Zumər 67). Onun üzünün olduğuna: “Onun Üzündən başqa hər
127
“Mənakibuş Şafii” 407-408.
128
Muhəmməd İbn Əli əl-Uşari doğru sözlü və tanınan bir elm adamıdır. Şəfiidən “əl-İtiqad”
cüzünü tək başına rəvayət etmişdir. Lakin bu Şəfii adına uydurulmuşdur. O, da yaxşı
niyyətlə bunu nəql etmişdir. Bu açıqlamanı Zəhəbi “Mizan” 3/656 zikr etmişdir. Lakin bir
çox Sələf imamları əqidə ilə bağlı məsələlərdə bu cüzə etimad etmişlər. İbn Qudamə “Sifətul
Uluv” s. 124, İbn Əbi Yala “Tabaqat” 1/283, İbn Qeyyim “İctimaul Cuyuş” s. 165, Z əhəbi
“Siyer” 10/79.
87
şey məhv olacaqdır”. (əl-Qasas 88). “Ancaq Rəbbinin əzəmətli və
kəramətli Üzü əbədidir”. (ər-Rahmən 27). Peyğəmbərin – sallallahu
aleyhi və səlləm – buyurduğu kimi Onun ayağı da vardır: Əbu
Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu
aleyhi və səlləm – buyurdu: «….Allah Cənnətə sən mənim
rəhmətimsən, mən səninlə qullarımdan istədiyimə rəhmət edirəm».
Cəhənnəmə də: «Sən mənim əzabımsan. Mən səninlə qullarımdan
istədiyimə əzab edirəm. Hər birinizə dolusu qədər var. Amma
Cəhənnəm dolmaq bilməz. Nəhayət Allah ayağını onun üzərinə
qoyar, o da: Bəsdi, Bəsdi! Deyib Cəhənnəm dolar. (Cəhənnəmi
doldurmaqla) Allah heç bir kəsə zülm etməz. Cənnətə gəlincə
Allah onun boşluqlarını doldurmaq üçün bir neçə varlılıqlar
yaradır»
129
. Ayrıca Peyğəmbərin – sallallahu aleyhi və səlləm –
buyurduğu kimi Allah yolunda öldürülmüş kimsə barəsində
buyurmuşdu: O, Allahın hüzuruna Allah ona güldüyü halda
çıxar”
130
. Uca Allah Rəsulullahın – sallallahu aleyhi və səlləm –
verdiyi xəbərə görə hər gecə dünya səmasına enər. Uca Allahın
gözü Peyğəmbərin – sallallahu aleyhi və səlləm – buyurduğu kimi tək
(kor) deyildir. Çünki o, Dəccəldən söz açarkən buyurdu: “Ənəs İbn
Məlik - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu
aleyhi və səlləm – buyurdu: «Elə bir Peyğəmbər yoxdur ki, ümmətini
yalançı, bir gözü kor Dəccəldən çəkindirməsin. Diqqət edin.
Dəccəlin bir gözü kordur
131
. Sizin Rəbbiniz isə tək göz deyildir»
132
.
Möminlər on dördüncü günü ayı gördükləri kimi Qiyamət günü
gözləriylə Rəblərini görəcəklər. Uca Allahın Peyğəmbərinin
buyurduğu kimi barmaqları vardır. Abdullah İbn Amr İbn əl-As -
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və
129
Buxari, Müslim.
130
Buxari 2826, Müslim 1504, 1890.
131
Hədislərdə Dəccəlin sağ gözünün kor olduğu haqqında məlumatlar vardır. Lakin sol
gözünün kor olması haqında da hədislər vardır. Sağ gözünün kor olduğu haqqında olan
hədislər sənəd baxımından daha sağlamdır.
132
Buxari 7131,7408, Müslim 2933, Tirmizi 2245, Əbu Davud 4316, əl-Albani "Səhih Cəmius
Sağir" 3402,5578,5789, "Şərh Əqidətul Təhaviyyə" s. 500.
Dostları ilə paylaş: |