94
anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri
bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və
ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə
edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)”. (ən-Nur 31).
Allahın kitabında məhrəm yerinin qorunmasını ifadə edən hər bir
buyuruq zinadan qorunmaq mənasındadır. Bu ayə müstəsnadır.
Bu baxmaqdan qorunmaq haqqındadır. Allahın gözə fərz etdiyi
budur. Bu da gözün əməli və imandandır.
Daha sonra qəlbə, qulağa və gözə fərz etdiyini bir ayədə zikr
edərək Allah buyurur: “(Ey insan!) Bilmədiyin bir şeyin ardınca
getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə).
Çünki qular, göz və ürək–bunların hamısı (sahibinin etdiyi əməl,
dediyi söz barəsində) sorğu-sual olunacaqdır”. (əl-İsra 36).
Allah məhrəm yerinə, Allahın haram etdiyi şeyləri edərək onun
məhrəmiyətini pozmamağı fərz etmişdir. “o kəslərdir ki, öz cinsi
orqanlarını
həmişə
qoruyurlar...”.
(əl-Muminun
5).
“Siz
qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət
verəcəklərinizdən qorxub (günah işləməkdən) çəkinmir, etdiyiniz
əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edirsiniz”. (əl-
Fussilət 22). Burada dərilərinizdən məqsəd məhrəm yerləri və iffət
yerləridir. Allahın məhrəm yerinə fərz etdiyi budur və bu da
məhrəm yerlərinin əməlidir.
Allah əllərə Allahın haram etdiyi şeyləri tutmamağı və onlarla
Allahın əmr etdiyi sədəqə, qohumluq əlaqələri, Allah yolunda
cihad, namaz üçün təharətli olmaq kimi şeyləri etməyi əmr
etmişdir. “Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və
dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara
qədər ayaqlarınızı yuyun...”. (əl-Maidə 6). “(Ey möminlər!)
Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını
vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar
deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə
bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da
fidyə müqabilində azad edin! (İstəsəniz əsirləri bağışlayıb pulsuz-
95
parasız azad edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ
pul, mal müqabilində buraxarsınız). (Əmr) budur! Əgər Allah
istəsəydi, onlardan (başqa cür – müharibəsiz də) intiqam ala
bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün
(vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin
əməllərini əsla puç etməz”. (Muhəmməd 4). Çünki kafirlərlə
döyüşmək, vurmaq, qohumluq əlaqələrini qurmaq və sədəqə
vermək əllərin işləri arasındadır.
Allah ayaqlarla haram etdiyi şeylərə doğru getməməyi əmr
etmişdir. “Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri
yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən”. (əl-İsra
37).
Uzə də gecə və gündüz namaz vaxtlarında Allaha səcdə etməyi
fərz etmişdir. “Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin,
səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki,
nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!)”. (əl-Həcc 77). “Şübhəsiz
ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!”.
(əl-Cinn 18). Burada məscidlər ilə Adəm oğullarının namaz
əsnasında səcdə etdiyi alnı və digər əzaları qəsd edilir. Allahın bu
əzalara olan fərzləri bunladır.
Allah kitabında dəstnamaza və namazlara iman – adını
vermişdir. Bu da uca Allahın Peyğəmbərini Beytul Məqdisə doğru
namaz qıldıqdan sonra Kəbəyə doğru namaz qılmasını əmr etdiyi
zaman olmuşdur. O, zaman müsəlmanlar Beytul Məqdisə doğru
namaz qılmaları əmr edilmişdir. On altı ay Beytul Məqdisə doğru
namaz qılmışdılar. Qiblənin dəyişməsindən sonra müsəlmanlar
Peyğəmbərin – sallallahu aleyhi və səlləm – yanına gələrək: “Ey
Allahın
Rəsulu!
Bəs
Beytul
Məqdisə
doğru
qıldığımız
namazlarımız necə olacaqdır” deyə soruşdular. Allah: “Allah sizin
imanınızı (bundan əvvəl Beytulmüqəddəsə üz tutaraq qıldığınız
namazlarnızı) əvəzsis buraxmaz. (əl-Bəqərə 143). Göründüyü kimi
namaza İman adı verilmişir. Kim də namazlarını və əzalarının
üzərinə düşən fərzləri mühafizə edərək yerinə yetirərək Allahın
96
hüzuruna gedərsə imanı kamil və Cənnət əhli olaraq qovuşmuş
olar. Kim də bunlardan bəzisini qəsdli olaraq tərk edərək Allaha
qovuşaqsa naqis bir imanla qovuşmuş olar”. Adam : “İmanın naqis
və tam olmasını öyrəndim. Bəs, artması necədir?” dedi. İmam: “Bir
surə nazil edildiyi zaman onlardan istehza ilə: "Bir surə nazil
edildiyi zaman onlardan (münafiqlərdən): “Bu sizin hansınızın
imanını artırdı?” – deyənlər də var. Möminlərə gəlincə, (hər bir
surə) onların imanını artırar və onlar (bu surələrin nazil olmasına)
sevinərlər. Qəlblərində mərəz (şəkk-şübhə, nifaq) olanlara gəldikdə
isə, (hər bir surə) onların murdarlığı (küfrə, nifaqı) üstünə bir
murdarlıq da gətirər və onlar kafir olaraq ölərlər!”. (ət-Tövbə 124-
125). “(Ya Rəsulum!) Biz onların xəbərini sənə doğru söyləyirik.
Onlar Rəbbinə iman gətirmiş bir neçə gənc idi. Biz də onların
hidayətini (imanını, səbatını və bəsirətini) artırmışdıq”. (əl-Kəhf
13). Əgər imanın artıb azalması olmasaydı bir kimsənin üstünlüyü
olmaz, insanlar bir-birilərinə (imanda) bərabər olardı. Fəzilət
məsələsi də aradan qalxardı. Lakin imanın artması ilə möminlər
Cənnətə, yalnız imanla bir-birilərinə qarşı fəzilət sahibi olurlar.
İmanlarında olan üstünlüyə görə Cənnətdə dərəcə qazanırlar
(dərəcələri bir-birindən üstün olur). İmanlarında olan naqislik
səbəbilə də Cəhənnəmə girəcəklər. Uca Allah atların bir-birilə
yarışdıqları kimi qulları arasında iman və əməldə bir yarış
etmişdir. Bu yarışda heç kəsin haqqı tapdalanmaz. Bu yarışmaya
görə dərəcə və mükafat alırlar. Hər bir kimsə imanına görə bir
dərəcədə olacaqdır. Allah o dərəcədə onun haqqından bir şey
əskiltməz. Başqası tərəfindən keçilən bir kimsə əsla onu keçənin
önünə gətirilməyəcəyi kimi. Buna görə də ümmətin Sələfini
onlardan sonra gələnlərdən daha fəsilətli və xeyirli etmişdir. Əgər
iman məsələsində ilk Sələflərin (önə keçənlərin) imanda onlardan
geri olanlara hər hansı bir üstünlüyü (fəziləti) olmasaydı bu
ümmtin sonradan gələnləri ilə Sələfin imamları arasında heç bir
dərəcə fərqi qalmazdı”
145
.
145
əl-İntiqa s. 81, “Mənakibuş Şəfii” 1/387-393.
Dostları ilə paylaş: |