97
Səhabələr Haqqında Etiqadı
İmam Şəfii – rahmətullahi aleyhi - deyir ki: “Uca Allah Quranda,
Tövratda və İncildə Peyğəmbərin – sallallahu aleyhi və səlləm –
səhabələrini tərif etmişdir. Peyğəmbəərdə – sallallahu aleyhi və
səlləm – onların fəzilət və üstünlüklərindən danışmış və heç
kimsənin onların dərəcəsinə çatması mümkün deyildir. Allahın
rəhməti onların üzərinə olsun. Onları sıddıqların, şəhidlərin və
əməlisalehlərin mətrəbəsinə yüksəltmişdir. Onlar vəhyin nazil
olmasını görmüş, Rəsulullahın – sallallahu aleyhi və səlləm –
sünnətini bizə çatdırmışlar. Onlar Rəsulullahın – sallallahu aleyhi və
səlləm – sünnətləri içində bizim bildiyimiz və bilmədiyimiz
sünnətləri bilirdilər. Onlar hər cür elimdə, ictihadda, təqvada və
ağılda bizdən üstündürlər. Bizim üçün onların görüşləri öz
görüşlərimizdən daha üstündür. Doğrusunu Allah bilir!”
146
.
Beyhəqi, Rabi İbn Süleymandan rəvayət edir ki, İmam Şəfiinin –
rahmətullahi aleyhi - belə dediyini dinlədim: Fəzilətdə öncə Əbu
Bəkr, Sonra Ömər, sonra Osman, sonra da Əlidir – Allah onlardan
razı olsun -”
147
.
Beyhəqi, Muhəmməd İbn Abdullah İbn AbdulHəkimdən
rəvayət edir ki, İmam Şəfiinin – rahmətullahi aleyhi - belə dediyini
dinlədim: “Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – sonra
insanlar arasında ən fəzilətli (xeyirli) olanlar Əbu Bəkr, sonra
Ömər, sonra Osman, sonra Əlidir – Allah onlardan razı olsun -”
148
.
əl-Hərəvi, Yusuf İbn Yəhyə əl-Buveytidən rəvayət edir ki, İmam
Şəfiidən: “Bidət əhli bir kimsənin arxasında namaz qılınırmı”
dedik. O, xeyr. Nə Bidət əhli, nə Qədəri, nə də Murciyə etiqadında
146
Mənakibuş Şəfii 1/442.
147
Mənakibuş Şəfii 1/432.
148
Mənakibuş Şəfii 1/433.
98
olan heç bir kimsənin axasında namaz qılma”. Mən: “Bizə onları
vəsf et!” dedim. İmam: “Kim iman yalnız sözdən ibarətdir deyərsə
Murciədir. Kim Əbu Bəkr və Ömər haqq xəlifə deyildir deyərsə
bidət əhlidir, kim də Allahın diləməsini özünə aid edərsə Qədəridir
(Yəni, mən istədikdən sonra Allah bilir)”
149
.
Kəlam Elmi Və Din Barəsində Mübahisəni
Qadağan Etməsi
əl-Hərəvi, Rabi İbn Süleymandan rəvayət edir ki, İmam Şəfiinin
– rahmətullahi aleyhi - belə dediyini dinlədim: “Bir adam bir
kimsəyə dini kitablarını vəsiyyət etmiş olarsa və kitabları arasında
kəlam barəsində kitablar olarsa bu kitablar vəsiyytin içinə daxil
olmaz. Çünki kəlam elm deyildir”
150
.
əl-Hərəvi, Həsən əl-Zəfəranidən rəvayət edir ki, İmam Şəfinin –
rahmətullahi aleyhi - belə dediyini dinlədim: “Mən kəlam barəsində
bir kimsə ilə mübahisə etdikdən sonra buna görə mütləq Allahdan
məğfirət diləmişəm (və ya: Kəlam barəsində bir dəfə cədəl etdim,
bundan ötrü Rəbbimdən məğfirət diləyirəm)”
151
.
əl-Hərəvi, Rabi İbn Süleymandan rəvayət edir ki, İmam Şəfii –
rahmətullahi aleyhi - dedi: “Mən hər hansı müxalif bir kimsəyə qarşı
(və ya şəriətə müxalif olan bir şey barəsində) kitab (rədd)
hazırlamaq istəsəm bunu edə bilərəm. Lakin kəlam ilə mənim işim
yoxdur, kəlamdan da hər hansı bir şeyin mənə nisbət edilməsini də
arzu etmirəm”
152
.
149
Zəmmul Kəlam vr. 215, Zəhəbi “Ziyer” 10/31.
150
Zəmmul Kəlam vr. 213, Zəhəbi “Siyer” 10/30.
151
Zəmmul Kəlam vr. 213, Zəhəbi “Siyer” 10/30.
152
Zəmmul Kəlam vr. 215.
99
İbn Batta, Əbu Sevrdən rəvayət edir ki, İmam Şəfii – rahmətullahi
aleyhi - mənə dedi: “Kəlamdan hər hansı bir şeyə baş vurub sonra
da ondan qurtulan kimsə görmədim”
153
.
əl-Hərəvi, Yunus əl-Misridən rəvayət edir ki, İmam Şəfii –
rahmətullahi aleyhi - dedi: “Allahın bir kimsəni şirk istisna hər hansı
bir (günahla) imtahan etməsi onun üçün kəlamla imtahan
etməsindən yaxşıdır”
154
.
(Yunus İbn Abdil Əla) demişdir: əş-Şəfii – rahmətullahi aleyhi -
dedi: “Kəlam əhlinin elə şeylər etdiyini gordum ki, Allahın nəhy
etdiyi hər şeyi edən birisini gorməyim mənə onları gorməkdən xoş
gəldi”. (Yunus İbn Abdil Əla) dedi: Ona belə dedim: “Bilirsənmi iki
sahibimiz – Maliki və Leysi - nə deyərdilər? Deyərdilər ki əgər
“Kəlam” sahibi birisini su uzərində yeriyən gorsən şərindən əmin
olma”. İmam: “Az deyiblər, hətta onu səma ilə yer arasında havada
gəzən gorsən şərindən əmin olma”
155
.
İbnu Əbil Həkəm dedi: əş-Şəfiini – rahmətullahi aleyhi - belə
deyərkən eşitdim: “İnsanlar “kəlam”da nə olduğunu bilsələrdi,
ondan şirdən qacdıqları kimi qacardılar”
156
.
Yenə Rabi bin Suleyman dedi: əş-Şəfiini – rahmətullahi aleyhi -
pilləkənlə enərkən gordum. Bu an bir topluluq məsciddə “kəlam”la
bağlı sohbət edirdi. Qışqıraraq belə dedi: “Ya yanımızda xeyirlə
qalın, ya da bizi tərk edin”.
Əbu Sevr dedi ki, İmam Şəfiini – rahmətullahi aleyhi - belə
dediyini eşitdim: “Kəlam əhli haqdakı hokmum budur ki cubuqla
153
İbanətul Kubra s. 535-536.
154
İbn Əbu Hətim “Mənakibuş Şəfii” s. 182.
155
İmam Zəhəbi “Siyer”.
156
İmam Zəhəbi “Siyer”.
Dostları ilə paylaş: |