82
ki: Bizə Muhəmməd İbn AbdulCəbbar əs-Suləmi dedi ki: Bizə Bəkr
İbn əl-Fərrac Əbu Ala dedi ki: Mən Sufyan İbn Uyeynənin -
rahmətullahi aleyhi - belə dediyini dinlədim: Sünnətə uyğun etiqad
on xüsusdur. Hər kimdə bu on xüsus olarsa o, sünnəti tamamlamış
olar. Onlardan bir şeyi tərk edən isə Sünnəti tərk etmiş olar: Qədəri
qəbul etmək, Əbu Bəkr və Ömərnu hamıdan önə keçirmək, Hovuz,
Şəfaət. Mizan və Sıratı qəbul etmək. İman – söz və əməldir, Quran
Allahın kəlamıdır, qəbr əzabı və qiyamət günü dirilmək haqdır,
heç bir müsəlman haqqında (Cənnətlik və ya Cəhənnəmlik olduğu
barəsində) qəti şəhadət etməyin”. Sufyan İbn Uyeynə, Bişr əl-
Mərisinin Quranın məxluq olduğuna dair olan kitabını gördükdə
dedi: “Bu Xristianların sözlərinə nə qədər də bənzəyir”
114
.
Muhəmməd İbn İdris Əş-Şəfii
- rahmətullahi-aleyhi -
Əbu Abdullah Muhəmməd İbn İdris İbn əl-Abbas İbn Osman
İbn Şəfii İbn əs-Saib İbn Ubeyd İbn Abd Yəzid İbn Hişam İbn
AbdulMuttalib İbn AbdulManaf əl-Qureyşi əl-Məkki. Nəsli
Peyğəmbər – sallallahu aleyhi və səlləm – nəsli ilə AbdulMənaf İbn
Kusayda birləşməkdədir. İmam Şəfiinin babalarından Səid əl-
Muttalibin anası Şifa bint Ərkam İbn Nadlə isə Peyğəmbərin –
sallallahu aleyhi və səlləm – babası AbdulMuttalibin qardaşı idi.
Bundan başqa Şəfiinin babalarından Şafi İbn Said səhabə olduğu
da söylənilir
115
. H. 150-ci ildə Qəzada (bəzi rəvayətlərə görə isə:
Qəzadan 6 km aralıda yerləşən Əskələndə) dünyaya gəlmiş. Böyük
İslam alimlərdən biridir. Məkkədə dövrünün ən məşhur alimləri
olan Sufyan İbn Uyeynə, Fudeyl İbn İyad və s. dərs almışdır. İmam
Məlikdən - rahmətullahi aleyhi - də dərslər almış və demişdir:
«Allahın kitabından sonra ən faydalı kitab Məlik İbn Ənəsin
kitabıdır». H. 204-cü ildə Misirdə dünyasını dəyişmişdir.
114
İbn Teymiyyə “Şərh Əsbəhaniyyə” s. 65.
115
İmam Zəhəbi «Siyer» 10/9.
83
Tövhid Barəsində Etiqadı
Beyhəqi, ər-Rabi İbn Suleymandan, o da İmam Şəfiidən -
rahmətullahi aleyhi - nəql edir ki: “Kim Allaha və ya Onun
isimlərindən birinə and içər və andını pozarsa kəffarə verməsi
lazımdır. Kim: Kəbənin haqqı üçün, atamın haqqı üçün, filankəsin
və filankəsin haqqı üçün deyə Allahdan qeyrisinə and içər və
andını pozarsa kəffarə verməsi lazım deyil. Həyatına and içmək də
bu qəbildəndir. Beləsinin də kəffarə verməsi lazım deyildir.
Allahdan qeyrisinə and içmək məkruhdur (haramdır). Peyğəmbər
tərəfindən qadağan edilmişdir. İbn Ömər – radıyallahu anhu -
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
"Diqqət edin! Allah atalarınıza and içməyi qadağan edir. Kim and
içərsə ya Allaha and içsin, ya da sussun"
116
.
117
İmam Şəfii - rahmətullahi aleyhi - bunula Allahın İsimlərinin
yaradılmış (məxluq) olmadığını vurğulamaq istəmişdir. Buna görə
də kim Allahın adı ilə and içərsə sonra da andını pozarsa kəffarə
ödəməlidir”
118
.
İmam Şəfii - rahmətullahi aleyhi - deyir ki: “Mənim izlədiyim
Sünnət ilə gördüyüm və elm öyrəndiyim yoldaşlarım Sufyan,
Məlik və s. Kimsələrin izlədikləri sünnət: Allahdan başqa ibadətə
layiq haqq ilah olmadığıana, Muhəmmədin Allahın Rəsulu
olduğuna şəhadəti iqrar etmək, Allahın göydə və Ərşi üzərində
olduğuna və dilədiyi şəkildə yaatdıqlarına yaxınlaşdığına, Uca
Allahın dünya səmasına dilədiyi şəkildə endiyinə inanmaqdır”
119
.
116
Fəthul-Bəri 11/ 530, Müslim 3/1266, 1646.
117
“Mənakibuş Şafii” 1/405, İbn Əbi Hatim “Adabuş Şafii” s. 193, Əbu Nuaym “Hilyə” 9/112-
113, Beyhəqi “Əsma” s. 255-256, Bəğavi “Şərhu Sunnə” 1/188, “Uluv” s. 121, “Muxtəsər
Uluv” s. 77.
118
İbn Əbu Xatim “Ədəb əş-Şəfii” s. 193, Abu Nuaym “əl-Hilyə” 9/112-113, Beyhəqi “Sunnən
Kubra” 10/28, “İsim” s. 225-226, Bəğavi “Şərh Sunnə” 1/188, Zəhəbi “Uluv” s. 121.
119
İbn Qeyyim “İctimaul Cuyuşil İslamiyyə” s. 165, İsbatu Sifətul Uluv s. 124, Məcmuul
Fətava 4/181-183, Zəhəbi “Uluv” s. 120, “Muxtəsər Uluv” s. 176.
84
Zəhəbi “Siyer” adlı əsərində İmam Şəfiinin - rahmətullahi aleyhi -
belə dediyini nəql edir: “Quranın söz açdığı və Sünnətdə varid
olmuş (Allahın) sifətlərini qəbul edər və eyni zamanda Allahın zatı
haqqında Təşbihin (bənzətmənin) mümkün olmadığı kimi
(məxluqa) bənzətməni biz də qəbul etmərik. Çünki: “Onun heç bir
bənzəri yoxdur. O, Eşidəndir, Görəndir”. (əş-Şura 11)
120
.
İbn Əbdil Bərr, ər-Rabi İbn Suleymandan rəvayət edir ki, İmam
Şəfii - rahmətullahi aleyhi - Uca Allahın: “Xeyr, həmin gün onlarla
Rəbbi arasına pərdə çəkiləcək!”. (əl-Mutaffifin 15) buyurduğu
haqqında bunları deyərkən dinlədim: Bu buyurduqla Allah bizlərə
qarşı pərdələnməyəcəyini, Ona baxacaq və Onu görməkdə hər
hansı bir çətinliklə qarşılaşmayacaq bir topluluq olacağını
bildirmişdir”
121
.
Lələkai, ər-Rabi İbn Suleymandan rəvayət edir ki, mən
Muhəmməd İbn İdris əş-Şəfiinin - rahmətullahi aleyhi - yanında
idim. Ona (Misirin) Səid bölgəsindən: “Xeyr, həmin gün onlarla
Rəbbi arasına pərdə çəkiləcək!”. (əl-Mutaffifin 15) ayəsilə bağlı bir
məktub gəldi. İmam: “Onlara qəzəb edildiyi üçün (Rəbblərilə)
aralarında pərdələnmiş olacaqlar. Bu Onun razı olacaq kimsələrin
Onu görəcəklərinə dəlildir”. Ər-Rabi dedi: “Ey Abu Abdullah! Sən
bu fikirdəsənmi?” dedim. İmam: “Bəli, mən bu etiqadımın Allaha
bağlılığımın ifadəsi olan dinimin bir hissəsi olaraq görürəm”
122
.
İbn Əbdil Bərr, əl-Carudidən
123
nəql edir ki, İmam Şəfiinin -
rahmətullahi aleyhi - yanında İbrahim İbn İsmail İbn Uleyyənə
124
120
Siyer 20/341.
121
əl-İntiqa s. 79.
122
Lələkai “Şərhu Usuli Etiqadi” 2/506.
123
Musa İbn Əbul Caruddur. Nəvəvi - rahmətullahi aleyhi - deyir ki: “Şəfiinin yoldaşlarından
və ondan elm alan və rəvayət edən kimsələrdəndir”. İbn Hibətullah - rahmətullahi aleyhi -
Dostları ilə paylaş: |